Müdafiə naziri general-polkovnik Zakir Həsənov təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi qulluqçularla hərbi vətənpərvərlik, liderlik və idarəetmənin əsasları mövzularında məşğələlər keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, plana uyğun olaraq şəxsi heyətin mənəvi-psixoloji dayanıqlığı və hərbi intizamının möhkəmləndirilməsində komandir-rəis heyətinin üzərinə düşən vəzifələrdən, həmçinin xidmət zamanı informasiya təhlükəsizliyinin təmin olunması, beynəlxalq hüquq norma və prinsipləri barədə maarifləndirici söhbətlər aparılıb. Məşğələlərdə Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilib.
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı
44 günlük Vətən Müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 44 tibb işçisi - 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.
Separatçılar Qarabağda qəzaya düşdülər - Ölən və yaralılar var
Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər. Butov.az xəbər verir ki, artıq miqdarda spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin 3 üzvü avtoqəzaya düşüb. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb, digər “könüllü”lər isə ağır yaralanıb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Xankəndidə tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Məlumat ört-basdır edilsə də, qəza və ölüm faktı ilə əlaqədar hərbi polis tərəfindən araşdırmaya başlanılıb.
Mənzildə 10 il əvvəl ölən yaşlı qadının meyiti tapılıb. Hadisə Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən binaların birində qeydə alınıb. Məlum olub ki, Yelifolida Strelkovanın cəsədi 10 ildir binanın 2-ci mərtəbəsində bağlı mənzildə qalıb. Cəsədi qonşular tapıblar.