Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
8-11-2022, 16:40
Prezidentdən Ermənistana Zəngəzur xəbərdarlığı


Prezidentdən Ermənistana Zəngəzur xəbərdarlığı

"Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb". Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, biz, sadəcə olaraq, bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşırıq: "Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk, amma Ermənistan yerinə yetirir? Yox! İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq".
"Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?", - deyə dövlət başçısı çıxışında bildirib.
8-11-2022, 16:38
ABŞ-da kritik səsvermə başlayıb: Bayden Trampa uduza bilər...


ABŞ-da kritik səsvermə başlayıb: Bayden Trampa uduza bilər...

Bu gün ABŞ-da keçirilən aralıq seçkilərdə səsvermə başlayıb. Bu seçkilər nəticəsində Amerika Konqresində Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də Senatın üçdə biri seçiləcək. Bundan başqa, əksər ştatlarda qubernatorlar müəyyənləşəcək. Amerikalı seçicilərin əhəmiyyətli hissəsi artıq vaxtından əvvəl - poçt vasitəsilə və ya belə imkanı verən ayrı-ayrı seçki məntəqələrində səs verib. Ümumilikdə, aralıq seçkilərdə artıq 42 milyondan çox insan səs verib ki, onların da əksəriyyəti (45%) Demokrat Partiyasının namizədlərini dəstəkləyir. ABŞ-ın hazırkı prezidenti Co Bayden də oktyabrın 29-da Delaver ştatının Uilminqton şəhərində erkən səs verib. Qeyd edildiyi kimi, amerikalılar Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) 435 üzvünün hamısını və Senatın (yuxarı palata) 100 üzvündən 35-ni seçməli olacaqlar. Həmçinin, 50 ştatdan 36-da qubernator seçkiləri keçiriləcək. Bundan əlavə, onların əksəriyyətində yerli administrasiyaların əsas nümayəndələrinin seçkiləri keçiriləcək. Proqnozlara görə, respublikaçılar Konqresin hər iki palatasında öz təmsilçiliyini artıra bilərlər ki, bu da onlara Demokratlar Partiyasından olan prezidentin qanunvericilik təşəbbüslərini əngəlləmək imkanı verəcək. Hazırda Konqresin Nümayəndələr Palatasında Demokratlar 220 yer, respublikaçılar 212 yer tutur, 3 yer boş qalır. Senatda demokratların 48 yeri var, lakin 2 müstəqil senator həmişə onların tərəfinə səs verir, respublikaçılar 50 yer tutur. ABŞ Konstitusiyasına görə, Senatda səslərin bərabər bölünməsi halında ABŞ-ın vitse-prezidentinin səsi həlledici sayılır. Bu postu demokrat Kamala Harris tutur. Proqnozlara görə, Respublikaçıların Konqresin hər iki palatasına nəzarəti ələ keçirmə şansı 53%, Demokratlar üçün eyni nəticənin şansı 16%-dir. Demokratların Nümayəndələr Palatasında uduzması müqabilində Senata nəzarəti ələ keçirmə şansı 30% təşkil edir.
8-11-2022, 16:36
İlham Əliyev: “Biz heç kimdən asılı deyilik”


İlham Əliyev: “Biz heç kimdən asılı deyilik”

"Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq". Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. "Nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq", - Ali Baş Komandan bildirib.
8-11-2022, 16:34
Prezident: “İki il ərzində bir manat belə yardım almamışıq”


Prezident: “İki il ərzində bir manat belə yardım almamışıq”

"Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik". Bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. "İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır". Dövlət başçısı vurğulayıb ki, bütün işlərin maliyyə mənbəyi Azərbaycan büdcəsidir: "Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək. Güclü iqtisadiyyat ordu quruculuğunda əsas amillərdən biridir. Biz bunu etdik, yaratdıq və iqtisadi asılılığı tamamilə aradan qaldırdıq. Əgər biz kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, müharibəni uğurla başa vura bilməzdik".
8-11-2022, 16:32
Rusiya tərəfi Zelenskinin şərtlərini fantastik hesab etdi


Rusiya tərəfi Zelenskinin şərtlərini fantastik hesab etdi

Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlar aparması üçün qoyduğu şərtlər fantastikdir. Bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik deyib. Ukrayna lideri danışıqların şərtlərini Qərb mediasının “Kiyevin Rusiya ilə dialoqa sövq edilməsi” xəbərindən sonra açıqlayıb. "Zelenskinin şərtləri demaqogiyadır və qeyri-müəyyən ifadələrlə zəngindir", – rusiyalı deputat vurğulayıb. Onun sözlərinə görə, ABŞ Ukrayna rəhbərliyinə göstərişlər verməkdə davam edir, lakin eyni zamanda, Zelenskinin elan etdiyi şərtlər real deyil.“Nə olursa olsun, Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə təsir etmək və Moskva ilə körpüləri yandırmamaq üçün Rusiya və Ukrayna arasında rabitə kanallarının saxlanmasının vacibliyini anlayır, çünki ABŞ Rusiya iləbirbaşa qarşıdurmaya girmək təhlükəsini anlayır”. Noyabrın 8-də Vladimir Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb. “Bir daha: ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün itkilərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət”, - deyə Ukrayna dövlətinin başçısı qeyd edib.
8-11-2022, 16:30
Rusiya Ukraynanın 500 təyyarə və helikopterini məhv edib


Rusiya Ukraynanın 500 təyyarə və helikopterini məhv edib

Rusiya qoşunları fevralın 24-dən bəri 500-dən çox Ukrayna təyyarəsi və helikopterini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib. “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 332 təyyarə, 171 helikopter, 2465 pilotsuz uçuş aparatı, 388 zenit-raket kompleksi, 6448 tank və digər zirehli döyüş texnikası, 884 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3563 sahə artilleriya silahı və minaatanlar, həmçinin 7127 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib”, - məlumatda deyilir.
8-11-2022, 16:29
İran səfirliyindən Azərbaycana təbrik


İran səfirliyindən Azərbaycana təbrik

İranın Azərbaycandakı səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin “Twitter“ hesabında paylaşım edilib. İran səfirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi münasibətilə Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edib. “Şəhidlərin ruhu şad olsun”, - deyə paylaşımda bildirilib.
8-11-2022, 16:17
Nensi Pelosi istefa anonsu verdi


Nensi Pelosi istefa anonsu verdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tutduğu vəzifədən istefa verə biləcəyini açıqlayıb. Butov.az xəbər verir ki, siyasətçi qərarını oktyabrın 28-də San-Fransiskoda ailə üzvünə qarşı həyata keçirilən sui-qəsdlə izah edib. Qeyd edək ki, Nensi Pelosinin evdə olmadığı vaxtda yaşadığı evə edilən hücum zamanı onun əri Paul Pelosi xəsarət alıb.
8-11-2022, 16:15
İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada


İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. Butov.az xəbər verir ki, dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edib.










8-11-2022, 16:08
Bayraktar xalqımızı təbrik etdi


Bayraktar xalqımızı təbrik etdi

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib. Butov.az xəbər verir ki, Səlcuq Bayraktar bu barədə "Twitter"də paylaşım edib.

"Dursa qarşımda bütün cəhan,
vermərəm öz torpağımdan”.

Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının 2. İl dönümü mübarək. Müqqəddəs Şəhidlərimizin ruhu şad olsun", - paylaşımda bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!