Ədliyyə Nazirliyinin hərbi hissəsində Zəfər Günü qeyd edildi
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayının N saylı hərbi hissəsində Zəfər Günü münasibəti ilə tədbir keçirilib. Azərbaycan Respublikasının himni səslədirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Zəfər Yolu” İB-in sədri, şair, publisist Pərvanə Abdullayeva əsgərləri Zəfər bayramı münasibəti ilə təbrik edərək, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Vətənimizi qalibiyyətə çatdıran igidlərimizin rəşadətindən soz açıb. Tədbirdə iştirak edən millət vəkili Jalə Əhmədova düşmən üzərində tarixi qələbəmizin əhəmiyyətindən danışaraq deyib ki, bu zəfəri bizə bəxş edən başda Prezident İlham Əliyev olmaqla ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. 44 günlük Vətən Müharibəsinin şəhidi Elmar Nəbiyevin anası, təqaüddə olan ədliyyə mayoru Çiçək Biləndərli deyib ki, məhz şəhidlərimizin və qazilərimizin sayəsindəm qələbə qazandıq. “Bu Zəfərdə mənim də balamın payı var. Oğlum şəhid olsa da, erməni vandallarının tapdağı altında olan, vətən torpaqlarını xilas edənlərdən, bayrağımızı daha da ucalara qaldıranlardan oldu. Mənə şəhid anası kimi oğul itirmək çox ağırdır, lakin şəhid anası kimi belə bir oğulun anası olduğumza görə qürurluyam. Həm də bu Zəfər bayramında cənab Prezidentin sərəncamı ilə mənim oğlum Elmar Nəbiyev də yenidən təltif olunanlar sırasındadır. “Üçüncü dərəcəli vətənə xidmət” ordeni ilə təltif edilib. Oğlumun bundan əlavə də 4 medalı da var. Biz bu qayğını hər gün hiss edirik”. Tədbirdə iştirak edən araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk 2016-cı ilin aprel ayında Vətən torpaqlarını düşməndən azad edən şəhid və qazilərin qəhrəmanlığına həsr etdiyi “Qalibiyyət: şahidlər və şəhidlər”, eləcə də türk düünyasının tarixindən bəxş edən kitablarını hərbi hissənin əsgərlərinə hədiyyə edib. O öz çıxışında qeyd edib ki, Türk Dövlətlərinin Birliyinin yolu Qarabağdan və Zəngəzurdan keçir. Azərbaycan oğullarının qazandığı Zəfər bütünləşən türk dünyasının zəfəridir. Bu zəfəri qoruyan, bu Vətəni qoruyan əsgərlərimiz xoşbəxtdirlər. Daha sonra əməkdar jurnalist Elnarə Dərziyeva 44 günlük Vətən müharibəsində jurnalist həmkarlarının və özünün də informasiya müharibəsindəki rolundan danışıb. Ədliyyə mayoru, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının “N” saylı hərbi hissəsinin komandiri Kamran Quliyev Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında mənfur düşmənlərimizi məğlub edərək 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad edən qəhrəmanlarımızın qanları ilə tarixə yazdıqları Zəfər günündən, hərbi hissənin əsgərlərinin hər zaman Vətənin müdafisəində şərəflə və vicdanla dayandıqlarından danışıb. İncəsənət və mədəniyyıt xadimlərimizin ifasında musiqi nömrələri səsləndirilib və əsgərlərimiz bayram əhval ruhiyyəsində rəqslərə qoşulublar.
Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü keçirilib. Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Yürüş Şəhidlər xiyabanından başlayaraq Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər davam edib. Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə keçirilib: - Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı; - Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli; - Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı; Şuşa şəhəri.
İsrailin Azərbaycandakı səfirliyi Zəfər Günü ilə bağlı paylaşım edib. Butov.az xəbər verir ki, paylaşımda deyilir:“Zəfər Günün mübarək, Azərbaycan! Bütün regiona sülh, firavanlıq və ümid dolu gələcək arzulayırıq!”
Ukrayna danışıqlardan imtina etmir - Podolyak şərtləri açıqladı
Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Moskva ən vacib işi görməli, qoşunlarını ərazimizdən çıxarmalıdır. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Twitter" hesabında yazıb. “Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz məlum və açıqdır: 1. Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. 2. Sonra qalan şeylər edilir”, - Podolyak bildirib. Onun sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir. Podolyak bildirib, Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq.