17-11-2022, 22:51
Pelosi vəzifədən getdiyini açıqladıABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi vəzifəsini tərk edəcək. Bu barədə o, palatada çıxışı zamanı bildirib. Pelosi qeyd edib ki, Demokrat fraksiyaya yeni nəslin rəhbərlik etməsi lazımdır. "Çoxlarının bu böyük məsuliyyəti çiyninə götürməyə hazır olduqlarına görə minnətdaram” , - o deyib. Bundan əlavə, Pelosi ABŞ Konqresində qalıb işləməyə davam edəcəyini söyləyib.
17-11-2022, 22:50
İrana qarşı sanksiyalar genişləndirildiABŞ İranın neft sektoru ilə işləyən 13 şirkətə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyin saytında məlumat yayılıb. Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir. Sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.
17-11-2022, 22:47
Nazir helikopter qəzasında öldüMeksikanın mərkəzi Aquaskalientes əyalətində helikopter qəzaya uğrayıb.
Butov.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb. Ölənlərin biri Meksikanın ictimai təhlükəsizlik naziri Porfirio Xavyer Sançes Mendozadır. Ölkənin şimalında baş verən qəzanın səbəbi bəlli deyil.
17-11-2022, 22:38
İlham Əliyev və Putin telefonla danışdıNoyabrın 17-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
17-11-2022, 22:32
İrandan Türkiyəyə terrorçular keçdi - Biri öldürüldü İran sərhədindən Türkiyəyə daxil olan 2 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Muş bölgəsində terrorçularla Türkiyə komandoları arasında toqquşma yaşanıb. Qarşıdurma zamanı İran sərhədindən Türkiyəyə daxil olan 2 PKK/KCK terrorçusundan birinin ölü, digərinin isə sağ ələ keçirildiyi qeyd edilib.
17-11-2022, 22:29
Qanunsuz erməni dəstələri təxribata cəhd etdiNoyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır. Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.
17-11-2022, 22:24
Ermənistanın yaydığı bu məlumat yalandırNoyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə açıqlamada bildirilir.
17-11-2022, 22:21
İranda etirazçılar generalı öldürdüİranda kütləvi etirazlar davam edir. Bu gün Sənəndəc şəhərində keçirilən aksiya zamanı etirazçılar polis generalını bıçaqlayıb.
Butov.az xəbər verir ki, general ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb. Hazırda generalı öldürən şəxslərin axtarışı davam edir.
17-11-2022, 16:58
Təbriz həbsxanasında Azərbaycan bayrağına görə davaİranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki həbsxanada Azərbaycan Respublikasının dövlət bayrağına görə baş verən dava-dalaşda güney azərbaycanlı milli fəal yaralanıb. Bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, tanınmış idmançı və ictimai fəal Kərim İsmayılzadəyə təzyiq etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər. Məlumata görə, həbsxanada üç məhbus Azərbaycan bayrağını təhqir etdikdən sonra Kərim İsmayılzadəyə hücum çəkiblər. Məcburi davaya cəlb olunan milli fəal hücum edənlərdən ikisinə müqavimət göstərib, üçüncü isə qaçıb. Bundan sonra xüsusi təyinatlı dəstə hadisə yerinə gəlib. Yaralanan Kərim İsmayılzadə həbsxananın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb. Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır. Hadisənin həbsxana rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi də vurğulanıb.
17-11-2022, 16:50
Kiyevdə İranın PUA-ları vurulduUkraynanın paytaxtı Kiyev şəhərində İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatları məhv edilib. Bu barədə Kiyevin Hərbi Administrasiyası məlumat yayıb. Bildirilib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan qanadlı raketlər zərərsizləşdirilib. Məlumata görə, son bir saat ərzində Kiyev üzərində Rusiyanın azı iki qanadlı raketi vurulub. Bundan əlavə, Ukrayna Hava Hücumundan Müdafiə (HHM) Qüvvələri tərəfindən İran istehsalı olan 4 ədəd “Şahed-136” zərbə dronları zərərsizləşdirilib.