Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
21-11-2022, 19:26
“Pəncə Qılınc” əməliyyatı təsadüfi deyil - Türkiyə lideri


“Pəncə Qılınc” əməliyyatı təsadüfi deyil - Türkiyə lideri

Türkiyənin Suriya və İraqın şimalında həyata keçirdiyi “Pəncə Qılınc” antiterror əməliyyatı təkcə hava hücumu ilə məhdudlaşmayacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib. "Bunu asanlıqla deyə bilərəm ki, İraq və Suriyanın şimalındakı bu əməliyyat təsadüfən həyata keçirilən əməliyyat deyil. Əvvəl də dediyimiz kimi, əgər kimsə ölkəmiz, torpaqlarımıza təcavüz edirsə, bunun cavabını verəcəyik. “Pəncə Qılınc” əməliyyatında 70-ə yaxın döyüş təyyarəsi və PUA-lar iştirak edib", - Ərdoğan vurğulayıb. Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında “Pəncə Qılınc” adlı xüsusi antiterror əməliyyatına start verib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.
21-11-2022, 19:24
Ərdoğan İlham Əliyevi təbrik etdi


Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Cənab Prezident, əziz qardaşım, Yeni Azərbaycan Partiyasının qurulmasının 30 illiyi münasibətilə bütün YAP üzvlərini və qardaş Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin yaratdığı YAP ilk gündən etibarən böyük xidmətlər göstərib, Azərbaycanın qabaqcıl siyasi partiyası olub və bu gün güclü rəhbərliyiniz altında bütün sahələrdə uğurlar əldə etməyə davam edir. Torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə tam əminəm. YAP-ın qarşıdakı vaxtda da Azərbaycanın rifahı və dünyadakı mövqeyinin güclənməsi istiqamətindəki fəaliyyətini uğurla davam etdirəcəyinə əminəm”.
21-11-2022, 19:22
Fələstinin XİN rəhbəri Azərbaycanın qərarını alqışladı


Fələstinin XİN rəhbəri Azərbaycanın qərarını alqışladı

Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki Azərbaycan Respublikasının Ramallahda Təmsilçilik Ofisi açması barədə qərarını alqışlayıb. Bu barədə Fələstinin WAFA agentliyinə bu dövlətin Xarici İşlər Nazirliyində bildiriblər. Fələstin XİN-in bəyanatında qeyd olunub ki, rəsmi Bakının bu qərarı ikitərəfli münasibətləri möhkəmləndirmək istiqamətində göstərilən diplomatik səylərdə yeni qələbədir. “Azərbaycan Milli Məclisinin Fələstinlə həmrəylik və xalqımızın hüquqlarını dəstəkləyən bu qərarı Azərbaycanla əlaqələrdə yeni mərhələnin başlanğıcıdır”, -deyə bəyanatda vurğulanıb.
21-11-2022, 19:20
Suriyadan Türkiyəyə raket atıldı - Ölənlər var


Suriyadan Türkiyəyə raket atıldı - Ölənlər var

Bu gün Suriya ərazisindən Türkiyəyə 5 raket atılıb. Butov.az xəbər verir ki, YPG/PKK terror təşkilatı üzvləri tərəfindən atılan raketlər Karkamış rayonun ərazisinə düşüb. Nəticədə bir ev və yük maşını sıradan çıxıb. Qaziantəp valisi Davud Gül bildirib ki, raket zərbələri nəticəsində azı üç nəfər ölüb, altı nəfər yaralanıb.



21-11-2022, 19:06
Partiyalara üzvlük haqları, ianələr vergidən azad olunacaq


Partiyalara üzvlük haqları, ianələr vergidən azad olunacaq

Pensiyaçılar və digər sosial müdafiəyə ehtiyacı olanlara, tələbələrə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edilə bilər. Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapmayıb. Qanun layihəsinin yeni redaksiyasına əsasən, siyasi partiya üzvlərinin bəzi kateqoriyasına (pensiyaçılar və digər sosial müdafiəyə ehtiyacı olanlara, tələbələr və s.) münasibətdə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edə bilər. Siyasi partiyanın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri üzvləri arasında bölüşdürülmür və yalnız nizamnaməsi ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edilir. Qanun layihəsinin əvvəlki redaksiyasında da olduğu kimi, siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyanın aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunacaq.
21-11-2022, 19:03
İranda etirazçılara atəş açılıb


İranda etirazçılara atəş açılıb

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Cavanrud rayonunda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında təhlükəsizlik məmurları tərəfindən atəş açıldığı bildirilir. Təhlükəsizlik məmurlarının atəş açması nəticəsində ölən və yaralıların olduğu deyilir. Hazırda İranın bir çox şəhərində müxtəlif məkanlarda, o cümlədən universitetlərdə hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Etiraz aksiyalarında azadlıq və bərabərlik şüarları verilir. Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib. Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və sairəni əhatə edir.
21-11-2022, 18:59
İlham Əliyev Ərdoğanın müavinini qəbul etdi


İlham Əliyev Ərdoğanın müavinini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuşu qəbul edib. Numan Kurtulmuş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını ifadə etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirərək, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib. Görüşdə dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib. Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
21-11-2022, 18:57
Putin Tokayevi təbrik etdi


Putin Tokayevi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Kasım-Jomart Tokayevi yenidən Qazaxıstan prezidenti seçilməsi münasibətilə təbrik edib. Putin Rusiya və Qazaxıstanın strateji münasibətləri yaxşılaşdırmaqda davam edəcəklərinə ümidvar olduğunu bildirib. Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev prezident seçkilərində 81,31 faiz səslə qalib gəlib. İkinci yeri 3,42% səs toplayan “Ayıl” partiyasının namizədi Jiquli Dayrabayev tutub. Tokayev daha əvvəl bildirmişdi ki, Qazaxıstanda keçiriləcək prezident seçkiləri ölkədə hakimiyyət institutlarının hərtərəfli yenidən qurulması üçün başlanğıc nöqtəsi olacaq.
21-11-2022, 18:48
Sabah 17 dərəcə isti olacaq


Sabah 17 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
21-11-2022, 18:37
Müvəkkil Hüquq Mərkəzi daha bir layihəyə yekun vurdu

Müvəkkil Hüquq Mərkəzi daha bir layihəyə yekun vurdu

“Şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsi” layihəsinin yekun tədbiri keçirilib. Butov.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində keçirilən tədbirdə ziyalılar, QHT rəhbərləri iştirak ediblər. Müvəkkil Hüquq Mərkəzinin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə barədə Müvəkkil Hüquq Mərkəzinin Sosial Psixoloji Dəstək Departamentinin rəhbəri, psixoloq Vüsalə Vəkiloğlu ümumi məlumat verib.

layihənin icrası ilə bağlı təşkilatın sədri, layihə rəhbəri, hüquqşünas Səməd Vəkilov geniş məlumat verib. Bildirib ki, layihə çərçivəsində Tovuz, Şirvan, Siyəzən, Şabran rayonlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib və bu qrupdan olan şəxslərə hüquqi yardımlar edilib. Eyni zamanda şəhid adlarının əbədiləşdirilməsi, müharibə iştirakçılarının hüquqları ilə bağlı SƏS.TV -də 4 veriliş hazırlanıb. O, cümlədən şəhid ailələri və qazilərin hüquqlarının çap olunduğu bukletlər tədbirdən faydalanan şəxslərə təqdim olunub.

Sonra Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi, ehtiyatda olan polkovnik leytenant, Qarabağ müharibəsi iştirakçısı Mürsəl Qurbanov tədbir iştirakçılarına Qarabağ müharibəsi zamanı təhsil işçilərinin müharibədə iştirakı ilə bağlı məlumat verib:
“Qarbağ müharibəsində ümumilikdə 600 nəfərdən artıq müəllim iştirak edib və onlardan 17 nəfəri şəhid olub. Təkcə bu ay 22 nəfər müharibə iştirakçısı orta ümumitəhsil məktəblərində hərbi rəhbər vəzifələrinə qəbul edilib. Ümumilikdə Bakı şəhərindəki orta məktəblərdə 200 nəfərdən artıq müharibə iştirakçısı hərbi rəhbər vəzifəsində çalışır. Bu şəxslər daim bizim diqqət mərkəzimizdədir. Bu yaxınlarda Təhsil idarəsi tərəfindən “Qazi müəllimlər” adlı kitab da nəşr edilib”.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının əməkdaşı Rasim Mirzəyev layihənin əhəmiyyətini və aktuallığını qeyd edərək onun uğurla həyata keçirilməsinə görə öz minnətdarlığını bildirib. O, şəhid ailələrinin, qazilərin, veteranların il boyu təmənnasız xidmət göstərən Müvəkkil Hüquq Mərkəzinin çəkinmədən üz tuta biləcəyi ünvan olduğunu qeyd edib. R.Mirzəyev həmçinin layihə ilə bağlı aidiyyəti qurumlarla yaradılmış sıx əməkdaşlıq və informasiya mübadiləsinin də yüksək səviyyədə təşkil olunmasına diqqət çəkib. Yüksək vətənpərvərlik ruhunun gənc nəslə ötürülməsi üçün belə layihələrin davamlı və ardıcıl şəkildə aparılmasını dəstəkləyən Müvəkkil Hüquq Mərkəzinin hər zaman vətənpərvər insanlara diqqət göstərməsini alqışlayaraq gələcək işlərdə də qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu cür layihələri maliyələşdirməsini təqdirəlayiq hal hesab etdiyini, Müvəkkil Hüquq Mərkəzinin həsas sosial təbəqədən olan bu cür insanlara daimi qayğı göstərməsini alqışladığını vurğulayıb.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Tamxil Ziyəddinoğlu layihə rəhbəri Səməd Vəkilovun məruzəsindən çox maraqlı informasiyalar aldığını, cəmiyyətdə mövcud olan, lakin qanunvericilikdə necə həll olunması nəzərdə tutulmayan məsələlərin müəyyən problemlər yaratdığını bildirib. Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə belə layihələri dəstəklədiyinə görə təşəkkür edib.
“Şəhid ailələri və qazilərlə bağlı bu cür layihələrin həyata keçirilməsi dövlətin sosial təbəqəyə olan qayğısının təzahürüdür”.

Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Mahir Qəribov isə qeyd edib ki, bu cür layihələri icra etməklə şəhid ailələri və müharibə iştirakçılarına dəstək olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. M.Qəribovun eyni sinifdə təhsil alan 3 şəhidin tale yolundan bəhs edən “Üç dost, üç tale” adlı sənədli filimin çəklişi haqqında səsləndirdiyi fikirlər tədbir iştirakçılarının marağına səbəb olub.

Qazi adının Azərbaycan dilinin leksikonunda müxtəlif mənaları ifadə etməsi ilə bağlı fikir mübadiləsinə münasibət bildirən Qarabağ Qaziləri İctimai Birliyinin əməkdaşı, Qarabağ qazisi Rey Kərimoğlu Qazi sözünün eyni adlı təşkilatın adı ilə dövriyyəyə daxil olduğunu və bu anlayışın daha dolğun şəkildə qanunda təsbit olunmasını zəruri hesab etdiyini bildirdi.
Qazi sözünün etimologiyası ilə bağlı polemikaya qoşulan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, müharibə iştirakçısı Mobil Vəkiloğlu sözün Azərbaycan Cümhuriyyəti dönəmində bir çox müraciətlərdə öz əksini tapdığını söyləyib. Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı şəhid ailələrinə qarşı məmurları diqqətli olmağa çağırıb.

Aprel döyüşlərinin iştirakçısı Zaman Hüseynovun dayısı, şair-folklor araşdırmaçısı İlham Qəhrəman tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.
Tədbirdə Cəmiyyət və Medianın İnkişafı İctimai Birliyinin həmtəsisçisi, tanınmış jurnalist Nicat Sadıxlı, hüquqşünas Adil Gözəlov, Uşaqların Gələcəyi Naminə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva, Vikipediya hərakatının aparıcı siması Elnur Eltürk, şəhid ailə üzvü Fərizə Hacıyeva (şəhid Famil Hacıyevin qardaşı qızı), Nilufər Həsənli, Səlim Qədirov, Ayşən Hüseynzadə, Bakir Babayev, şair Elşad Bayramov, Azər Xudiyev, Hacı Möhübbət Dərələyəzli, "Bəhram Nəsibov Yaradıcılığının Təbliği" İctimai Birliyinin sədri Adil Nəsibov, hazırda Hollandiyada yaşayan Zeynəb Dilbazi, Müvəkkil Hüquq Mərkəzinin İnformasiya Texnologiyaları üzrə Departament rəhbəri tanınmış fotoqraf Rahim Qədimov da iştirak ediblər.

Butov.az

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!