Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
22-11-2022, 13:46
İranda 40-dan çox xarici vətəndaş həbs edilib


İranda 40-dan çox xarici vətəndaş həbs edilib

İranda hökumət əleyhinə etiraz aksiyaları zamanı 40-dan çox xarici ölkə vətəndaşı həbs edilib. Bu barədə İranın Məhkəmə Sisteminin səlahiyyətli nümayəndəsi Məsud Setayeşi bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir. Lakin onlar haqqında məlumatlar açıqlanmayıb. Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Molla rejiminin əleyhinə keçirilən aksiyalar zamanı ümumilikdə 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılan şəxslərdən 5-nin edam olunmasına qərar verilib.
22-11-2022, 13:44
70-dən çox gəmi Ukraynaya giriş icazəsi gözləyir


70-dən çox gəmi Ukraynaya giriş icazəsi gözləyir

90 min 428 ton taxıl və digər ərzaq məhsulları daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib, daha 76 gəmi isə limanlara daxil olmaq üçün icazə gözləyir. Bu barədə Odessanın regional hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçuk bildirib. Onun sözlərinə görə, hazırda 76 gəmi Ukrayna limanlarına daxil olmaq üçün icazə gözləyir, yüklənən 33 gəmi isə təyinat nöqtəsinə getmək üçün Türkiyənin ərazi sularında baxışdan keçməyə hazırlaşır. Ukraynanın Aqrar Siyasət Nazirliyinin məlumatına əsasən, “taxıl dəhlizi” əməliyyatının davam etdiyi müddət ərzində ölkədən 12 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edib.
22-11-2022, 13:42
Sabahın havası - Duman, çiskin, külək...


Sabahın havası - Duman, çiskin, külək...

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.
22-11-2022, 13:41
Şuşadakı məscidlərin bəziləri muzey olacaq


Şuşadakı məscidlərin bəziləri muzey olacaq

"Şuşada olan məscidlər əsasən aidiyyəti üzrə fəaliyyət göstərəcək. Çünki məscidin məscid funksiyası var". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, elə məscidlər var ki, onlardan muzey kimi də istifadə etmək olar: "Bu da Şuşanın simasına əlavə gözəllik və yaraşıq gətirəcək". S.Salahlı qeyd edib ki, azad edilmiş ərazilərdə dağıdılan tarixi-dini abidələrin hamısını mümkün qədər bərpa ediləcək: "Məsələ orasındadır ki, ermənilər dünya ictimaiyyətinin qınağından çəkindiklərindən misal olaraq, Gövhərağa, Ağdam və digər məscidləri dağıda bilməyiblər. Dağıdıb bərbad günə salsalar da, yerlə-yeksan edə bilməyiblər. Elə məscidlər də olub ki, təməlinə qədər dağıdıblar. Həmin məscidləri yenidən bərpa etmək lazımdır. Dini ocaqları bərpa edəcəyik ki, yurd-yuvalarına qayıdan soydaşlarımız dini ibadətləri rahat edə bilsinlər". Şuşadakı Qazançı və rus kilsəsinin aqibətinə də aydınlıq gətirən sədrin birinci müavini əlavə edib ki, hər iki yerdə bərpa işləri davam edir: "Həmin yerlərdə də aidiyyəti üzrə tədbirlər keçiriləcək. Bütün Allah evlərinə hörmətlə yanaşırıq və oranı da məhz Allahın evi hesab edirik. Ermənilərdən bizim fərqimiz ondan ibarətdir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar qarşısına çıxan hər şeyi dağıdıblar, kökündən silib aparıblar ki Azərbaycanın orada izi qalmasın. Lakin unudublar ki, tarix var və biz orada yaşamışıq".
22-11-2022, 13:38
12 nəfərin başını qılıncla kəsib edam etdilər


12 nəfərin başını qılıncla kəsib edam etdilər

Səudiyyə Ərəbistanında son iki həftədə 12 nəfərin başını qılıncla kəsərək edam ediblər. Edam edilən şəxslər narkotik maddələrə görə ölüm cəzası alıb. "Reprieve" insan haqları təşkilatı bəyan edib ki, Səudiyyə rəhbərliyi dünyanın diqqətinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatına yönəlməsindən istifadə edərək edamları həyata keçirib. İddialara əsasən, bu il ölkədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Mart ayında Səudiyyə Ərəbistanı bir gündə 81 nəfəri edam etməklə dünyanın gündəminə gəlmişdi.
22-11-2022, 13:37
Əvvəl pensiyaçıya kömək etdi, sonra pulunu oğurladı


Əvvəl pensiyaçıya kömək etdi, sonra pulunu oğurladı

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbəsindəki bankomatların birində 2 nəfərin Bakı şəhər sakini olan 62 yaşlı qadına hesabından pulunu çıxarmalarına kömək etmələri, sonradan isə onu təqib edərək içərisində 283 manatı, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talaması barədə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Orxan Cəfərov və Hacıqabul rayon sakini Əfqan Haqverdiyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
22-11-2022, 13:34
Kukla Teatrında yoxlamalar başladı


Kukla Teatrında yoxlamalar başladı

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır. Nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb. Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir. Qeyd edək ki, S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubleyində səsləndirib. Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.
22-11-2022, 13:32
Qarabağa icazəsiz getmək istədilər - Tutuldular


Qarabağa icazəsiz getmək istədilər - Tutuldular

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisinə müəyyən edilmiş marşurutdan kənar, qanunsuz yollarla daxil olan şəxslər saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Füzuli rayon sakini Xanlar Hüseynov və Beyləqan rayon sakini Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar. Yoxlama zamanı həmin şəxslərin müvafiq icazələrinin olmadığı və nəzarət-buraxılış məntəqələrindən kənar yollarla rayon ərazisinə daxil olduqları müəyyən edilib. Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.
22-11-2022, 13:30
İran Ukraynanı birgə ekspert qrupu yaratmağa çağırdı


İran Ukraynanı birgə ekspert qrupu yaratmağa çağırdı

İranın BMT-dəki nümayəndə heyəti bəyan edib ki, İslam Respublikası pilotsuz təyyarə (PUA) problemi ilə bağlı yaranmış anlaşılmazlıqları Ukrayna ilə qarşılıqlı əlaqəni davam etdirməklə aradan qaldırıla biləcəyinə inanır. İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi “Vaşinqton Post”a etiraz notası göndərərək, qəzetin Rusiyada pilotsuz təyyarə istehsal xəttinin işə salınması ilə bağlı yeni iddialarını təkzib edib. Qeyd edilib ki, İran Rusiyada belə bir istehsala başlamaq üçün heç bir addım atmayıb. Tehran rəsmiləri Ukraynadakı müharibədə İran pilotsuz təyyarələrini istifadə etdiyinə dair iddiaların araşdırılması üçün Ukrayna səlahiyyətliləri ilə birgə ekspert qrupu yaratılmasını istəyib. İranın nümayəndə heyəti həmçinin qeyd edib: “Qarşılıqlı razılaşmalar əsasında İran İslam Respublikası və Rusiya illərdir ki, Ukraynada müharibə başlamazdan əvvələ gedib çıxan müdafiə, elmi və tədqiqat sahələrində ortaq əməkdaşlıq ediblər. Bundan əlavə, 2020-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində İranın silah məhdudiyyətlərinin beş illik müddəti başa çatıb və İran öz ehtiyac və prioritetlərinə uyğun olaraq digər ölkələrlə müdafiə sahəsində əməkdaşlıq edə bilər”. İran nümayəndələri bildiriblər ki, İslam Respublikası Ukrayna böhranının başlanğıcından bəri aydın mövqe tutub və ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmət edir.
22-11-2022, 13:28
Sərhədçilərin düşdüyü qəzanın təfərrüatı - Yaralıların adları


Sərhədçilərin düşdüyü qəzanın təfərrüatı - Yaralıların adları

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının düşdüyü qəzanın təfərrüatı və yaralanan hərbçilərin adları məlum olub. DSX-yə məxsus “UAZ”ın çırpıldığı yük maşını işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə məşğul olan “Kalyon RSY” şirkətinə məxsus olub. Belə ki, N saylı hərbi hissənin giziri, 1995-ci il təvəllüdlü Pərviz Qaraşovun idarə etdiyi xidməti avtomobil Cəbrayılın Şükürbəyli kəndində hərəkətdə olarkən şirkətə məxsus olan və Ucar sakini, 1963-cü il təvəllüdlü Etibar Muradovun sürdüyü “Howo” markalı yük maşını qəfil onun qarşısına çıxıb. Nəticədə sərhədçilərin olduğu avtomobildə olan hərbçilər:
- gizir, 1995-ci il təvəllüdlü Pərviz Qaraşov;
- baş çavuş, 1998-ci il təvəllüdlü Elmir Abbasov;
- baş çavuş, 1988-ci il təvəllüdlü Elşən Kərimov;
- baş çavuş, 1985-ci il təvəllüdlü Bəhruz Nəzərov; - gizir, 1992-ci il təvəllüdlü Faiz Mürşüdov;
- kiçik gizir, 2001-ci il təvəllüdlü Asif Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq, baş çavuş Abbasov Elmir Sakit oğlunun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirib ki, Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!