Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-11-2022, 13:28
Quru Qoşunları döyüşə hazır vəziyyətə gətirildi


Quru Qoşunları döyüşə hazır vəziyyətə gətirildi

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir. Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir. Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.


24-11-2022, 13:24
Orduda islahatlar aparılır - Zakir Həsənov


Orduda islahatlar aparılır - Zakir Həsənov

Ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə islahatlar həyata keçirilir. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib. O, ən yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.
24-11-2022, 13:20
Paşinyan niyə Putinin maşınına mindi…


Paşinyan niyə Putinin maşınına mindi…

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan 6 ölkədən 5-nin prezidenti KTMT Şurasının növbəti sessiyasında iştirak etmək üçün dünən Ermənistana gəlmişdi. Ev sahibi kimi Ermənistanın təşkil etdiyi sessiya bir sıra maraqlı məqamlarla yadda qalıb. Diqqət çəkən məqamlardan biri dövlət başçılarının İrəvan hava limanında necə qarşılanmağı olub. Belə ki, İrəvana gələn 5 dövlət başçısından 4-nü Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. O, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistan prezidentləri Kasım-Jomart Tokayev, Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmonu aeroportdan KTMT iclasının keçirldiyi “Dvin” mehmanxanasına qədər müşayiət edib. Yalnız Rusiya Federasiyasının prezidenti Vladimir Putini şəxsən erməni baş nazir Nikol Paşinyan qarşılayıb. Digər maraqlı hadisə prezidentlərin hərəkət etdiyi maşınlarla bağlı olub. Belə ki, 5 ölkənin liderlərindən yalnız Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xidməti maşınlarını özləri ilə İrəvana gətiriblər ki, burada öz avtomobilləri ilə hərəkət etsinlər. Qırğızıstan, Belarus və Tacikistan prezidentləri - Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmon isə erməni tərəfinin verdiyi zirehli maşınlarla qarşılanıb. İrəvan hava limanında müşahidə olunan digər maraqlı fakt Paşinyanın Putinin maşınına minməsi olub. Rusiya prezidentini şəxsən qarşılayan erməni baş nazir “Dvin” mehmanxanasına yola düşərkən Putinin avtomobilinə əyləşib. Maraqlı hadisələrdən biri də Putinin İrəvana Rusiya istehsalı olan “Aurus” zirehli maşınlarından ibarət kortejini gətirməsi olub. Putin özü ilə ayrıca təyyarədə 6 hamısı zirehli olan “Aurus” maşını gətirib, 3- sedan, 3-ü mikroavtobus. Putinin özü Paşinyanla birgə sedanlardan birində əyləşib. Putini müşayiət edən karvanda Ermənistanın verdiyi avtomobillər olub.



Diqqət çəkən məqamlardan biri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin avtomobilinin nisbətən sadə olması idi: W222 kuzovlu zirehli Mercedes Maybach. Digər ölkələrin liderlərini - Belarus Prezidenti Aleksandr Lukaşenkonu, Qırğızıstan Prezidenti Sadir Japarovu və Tacikistan Prezidenti Emomali Rahmonu Ermənistanın təqdim etdiyi köhnə W221 kuzovlu S-Class Mercedes avtomobilləri aparıb. Onlar zirehli olsalar da fiziki cəhətdən köhnəlmiş maşınlar idi. Dövlət başçılarının zirehli maşınlarla qarşılanması protokol tələbidir. Yəni böyük tədbirlərə ev sahibi edən ölkə yüksək rütbəli qonaqları qarşılamaq, lazım gəldikdə onların təhlükəsizliyini təmin etmək üçün zirehli maşınlara malik olmağa borcludur. Erməni mətbuatı yazır ki, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin avtomobil parkı kifayət qədər bərbad və acınacaqlı vəziyyətdədir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra büdcə hesabına W222 kuzovlu iki zirehli Mercedes alınıb ki, onlardan biri və ya bəlkə hər ikisi növbə ilə baş nazirə xidmət edir. Təhlükəsizlik Xidmətinin avtomobil parkındakı digər maşınlar daha yaşlı, təxminən on və ya daha çox yaşı olan W221 gövdəli S-klass Mercedeslərdir. Həmin maşınlardan biri üçüncü prezident Serj Sarkisyana həvalə olunub. Ermənistan mətbuatının məlumatına görə, həmin maşın tez-tez texniki problemlər yaradır, mühərriki daha çox "yağ yandırır". Təhlükəsizlik Xidmətinin avtomobil parkında bir vaxtlar sabiq prezident Armen Sarkisyana xidmət etmiş bir zirehli BMW-760 da var. Amma onun da yaxşı texniki vəziyyətdə olmadığı qeyd edilir. 2018-ci ildə Almaniya kansleri Angela Merkel həmin BMW ilə qarşılanıbmış. Həmin gün Armen Sarkisyan qarşılanma mərasiminə şəxsi Cadillac avtomobili ilə getməli olub, çünki ona təyin edilmiş zirehli BMW Angela Merkelə verilmişdi.

24-11-2022, 12:56
Erməni nazir Şoyqu ilə müzakirələr apardı


Erməni nazir Şoyqu ilə müzakirələr apardı

Ermənistanın müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında söhbət olub. Bu barədə Ermənistanın müdafiə naziri feysbuk səhifəsində məlumat paylaşıb. "İclasdan dərhal sonra Rusiya Federasiyasının müdafiə naziri ilə qısa söhbətim oldu. Biz Sergey Şoyqu ilə ikitərəfli maraq doğuran bir sıra məsələlər, eləcə də müdafiə sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq", - Papikyan qeyd edib. Qeyd edək ki, noyabrın 23-də Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin milli təhlükəsizlik şuraları katiblərinin, xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.
24-11-2022, 12:54
ABŞ İrana qarşı sanksiyaları genişləndirdi


ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. İrandakı etirazları zorakılıqla yatırdıqlarına görə 3 iranlı məmur "qara siyahı"ya salınıb. Qeyd edək ki, İranda əxlaq polisinin nəzarəti altında vəfat edən Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində yüzlərlə şəxs həlak olub.
24-11-2022, 12:52
Rusiya Moldovanı qaranlığa qərq etdi


Rusiya Moldovanı qaranlığa qərq etdi

Rusiya Moldovanı qaranlığa qərq edib. Bunu Moldova Prezidenti Maya Sandu özünün "Twitter" hesabında yazıb. "Rusiyanın Ukraynadakı müharibəsi insanları öldürür, yaşayış məntəqələrini və enerji infrastrukturunu raketlərlə məhv edir", - o qeyd edib. Moldovada elektrik enerjisinin bərpa olunacağını vurğulayan Sandu müvafiq qurumların bu istiqamətdə işlərini davam etdirdiyini deyib. Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku paytaxt Kişinyov da daxil olmaqla bütün ölkədə elektrik enerjisinin kəsildiyini açıqlayıb. Nazir Rusiya səfirinin Moldova Xarici İşlər Nazirliyinə çağırılacağını qeyd edib. Ukraynanın “Ukrenerqo” enerji şirkəti Rusiya ordusunun raket hücumları nəticəsində bütün ölkə ərazisində su və elektrik enerjisinin kəsildiyini bəyan edib.
24-11-2022, 00:13
“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi icra olunur
“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi icra olunur

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir. Layihənin fəaliyyət planı çərçivəsində növbəti tədbiri, 50 nəfər şagird və gənc müəllimlərin iştirakı ilə Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbin akt zalında keçirilmişdir. Tədbiri Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbin direktoru Hüseynova Esmira açaraq məktəbin Elm və Təhsil Nazirliyinin təlimatları əsasında qurulan informasiya təhlükəsizliyinin təminatı və bu barədə görülən işlərdən danışdı.

Layihənin rəhbəri Kənan Qubadzadə iştirakçılara Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Mərkəzi İctimai Birliyi haqqında, o cümlədən, “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi barədə geniş məlumat verdi. O, bildirdi ki, layihə müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlara, yeniyetmələrə zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır. Tədbirdə layihənin eksperti Anar Sarıyev çıxış edərək uşaqların, gənclərin kiber mühitdə təhlükəsizliyi, zərərli informasiyalardan qorunmağın yolları barədə geniş məlumat verdi. Tədbirdə layihə çərçivəsində nəşr olunan “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı kitabça iştirakçılara paylanıldı. Sonda şagirdlərə və gənc müəllimlərə göstərdiyi xidmətlərə, diqqət və qayğıya görə Kəlbəcər rayonu 17 nömrəli tam orta məktəbin direktoru Hüseynova Esmira “Gənclərin Dostu” fəxri mükafatı, tədbirin fəal iştirakçılarına isə təşəkkürnamə təqdim edildi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!