“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
27-11-2022, 14:23
Atası ilə eyni gündə dəfn olunan şəhidin oğlu dünyaya gəldi


Atası ilə eyni gündə dəfn olunan şəhidin oğlu dünyaya gəldi

Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib. Şəhid balasına Zeyd adı verilib. Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Xatırladaq ki, hərbi qulluqçunun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib, hospitala çatdırılsa da, dünyasını dəyişib.


27-11-2022, 14:20
Zəlzələ qurbanlarının sayı 318 nəfərə çatıb


Zəlzələ qurbanlarının sayı 318 nəfərə çatıb

İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 318 nəfərə çatıb. Hazırda 14 nəfərin itkin düşdüyü bildirilir. Məlumata görə, təbii fəlakət nəticəsində 7729 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 73 mindən çox insan hələ də evlərinə qayıda bilməyib. Xatırladaq ki, Yava adasında zəlzələ noyabrın 21-də baş verib. Yeraltı təkanların episentri paytaxt Cakartadan cəmi 74 kilometr cənub-şərqdə, ocağı 5 kilometr dərinlikdə yerləşib.
27-11-2022, 14:18
Ermənilər 4 rayonu atəşə tutdular


Ermənilər 4 rayonu atəşə tutdular

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
27-11-2022, 14:16
ABŞ ordusunda piylənmə - Hər il milyonlar xərclənir


ABŞ ordusunda piylənmə - Hər il milyonlar xərclənir

ABŞ ordusu hazırda piylənmədən əziyyət çəkir. Bu barədə hərbi jurnalist Stiv Beynon etibarlı mənbələrə istinadən sonuncu köşə yazısında qələmə alıb. Jurnalist bildirib ki, Birləşmiş Ştatların hərbi xidmət yaşına çatmış gənclərinin yalnız 23 faizi orduya yararlıdır və piylənmədən əziyyət çəkmir. Stiv Beynon onu da vurğulayıb ki, hər il ABŞ ordusu mövcud problemin aradan qaldırılması üçün milyonlarla vəsait xərcləyir. Üstəlik, bahalı təlimlər keçirir. Jurnalist bütün bunların ordudakı vəziyyəti düzəltmədiyini də vurğulayıb.
27-11-2022, 01:08
Türkiyə pilotsuz qırıcı istehsalına başlayır


Türkiyə pilotsuz qırıcı istehsalına başlayır

Türkiyə “Bayraktar Kızılelma" pilotsuz döyüş təyyarələrinin istehsalına başlayacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, “Baykar” şirkəti tərəfindən hazırlanan aviasiya vasitəsinin istehsalına 2023-cü ilin sonuna kimi başlanılacaq. "Kızılelma" pilotsuz qırıcıları ağır raket və sursatları daşıya biləcək. Sistem öncə xarici mühərriklə işləsə də, gələcəkdə yerli mühərrikdən istifadə edilməsi planlaşdırılır.
27-11-2022, 01:06
Xerson intensiv atəşə tutulur - 30-dan çox ölən var


Xerson intensiv atəşə tutulur - 30-dan çox ölən var

Ukraynanın Xerson vilayəti işğaldan azad edildikdən sonra Rusiya ordusu tərəfindən intensiv şəkildə atəşə tutulur. Bu barədə Ukrayna Milli Polisinin rəisi İqor Klymenko "Facebook" səhifəsində yazıb. Bildirilib ki, şəhər azad edildikdən sonra Rusiya ordusunun açdığı atəş nəticəsində azı 32 nəfər həlak olub. "Rusiyanın gündəlik atəşi şəhəri yerlə-yeksan edir və dinc yerli sakinləri öldürür. Ümumilikdə Rusiya Xerson vilayətində 32 dinc sakini öldürüb", - deyə İqor Klymenko vurğulayıb. Qeyd edək ki, noyabrın 11-də ruslar Xerson şəhərindən geri çəkilib. Onlar indi Dnepr çayının şərq sahilində yerləşirlər və oradan şəhəri müntəzəm atəşə tuturlar.
27-11-2022, 01:04
Ukraynaya verilən artilleriyanın üçdə biri yararsızdır


Ukraynaya verilən artilleriyanın üçdə biri yararsızdır

İndiyədək Ukraynaya təhvil verilmiş Qərb istehsalı artilleriya qurğuları köhnə olduğu üçün döyüşlərdə istifadə edilməyib. Bu barədə "New York Times" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, 350 artilleriya sistemindən təxminən üçdə biri sıradan çıxıb. ABŞ Polşada bu sistemlərin təmiri üçün mərkəz yaradıb. Qəzet yazır ki, Ukrayna təmir bazalarının döyüş meydanına yaxın ərazilərdə yerləşdirilməsini istəyir.
27-11-2022, 01:03
Norveç Ukraynaya yardım ayırdı - 2 milyard...


Norveç Ukraynaya yardım ayırdı - 2 milyard...

Norveç hökuməti enerji təchizatını dəstəkləmək üçün Ukraynaya 2 milyard Norveç kronu (təxminən 195 milyon dollar) məbləğində yardım ayırmaq qərarına gəlib. Bu barədə Norveç hökumətinin yaydığı rəsmi açıqlamada deyilir. Norveçin maliyyə naziri Trygve Slagsvoll Vedum Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi ilə müvafiq müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ukraynaya qaz almaq üçün maliyyə yardımı veriləcək.
27-11-2022, 01:00
Fransa Danimarkaya qalib gəldi


Fransa Danimarkaya qalib gəldi

Fransa-Danimarka görüşü başa çatıb. Qarşılaşma Fransa millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, Fransa millisinin üzvü Mbappe 61-ci dəqiqədə adını qol siyahısına yazdırıb. Cəmi 7 dəqiqə sonra Danimarka komandası hesabı bərabərləşdirib. Gərgin keçən matçın 87-ci dəqiqəsində Mbappe özünün və komandasının ikinci qolunu vurub.
Fransa - Danimarka - 2:1 (İkinci hissə)
Qollar: Mbappe, 61 (1:0), Kristensen, 68 (1:1), Mbappe, 86 (2:1)
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Stadium 974"
27-11-2022, 00:48
Tokayevin andiçməsi günü Astanada internet kəsildi


Tokayevin andiçməsi günü Astanada internet kəsildi

Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində internetə girişdə problem yaranıb. Bu barədə Qazaxıstanın "Vlast" portalı məlumat yayıb. Dövlət qurumu internetdə yaranan fasilələri avadanlıqların nasazlığı ilə izah edib. "Nasazlıq sistemlərin işinə təsir etməyib, lakin Astana və Akmola vilayətində internetin işində nasazlıqlar olub", - deyə rəsmi açıqlamada bildirilir. Qeyd edək ki, bu gün Astanada Qazaxıstan prezidenti seçilmiş Kasım Jomart Tokayevin andiçmə mərasimi keçirilib. O, noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Tokayev 81,31% səs toplayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!