“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
27-11-2022, 00:44
Türkiyənin 2 hərbçisi şəhid oldu


Türkiyənin 2 hərbçisi şəhid oldu

Türkiyə ordusu şəhid verib. Bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 hərbi qulluqçu isə yaralanıb.
27-11-2022, 00:40
6 milyon ukraynalı işıqsız qaldı


6 milyon ukraynalı işıqsız qaldı

Ukrayna ərazisində 6 milyondan çox abonent işıqsız qalıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O qeyd edib ki, noyabrın 25-i axşam saatlarında ölkənin əksər regionlarında və Kiyevdə işıqların kəsilməsi davam edib. Zelenski Ukrayna ərazisində elektrik enerjisindən qənaətlə istifadəni davam etdirməyə çağırıb.
27-11-2022, 00:38
10-dan çox ev torpaq altında qaldı - Ölənlər var


10-dan çox ev torpaq altında qaldı - Ölənlər var

İtaliyanın İskiya adasında əlverişsiz hava şəraiti səbəbindən sürüşmə baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb. Bildirilir ki, adada şiddətli yağışlar olub və bəzi evlər sürüşməyə görə dağılıb. İtaliya mətbuatının yaydığı xəbərə əsasən, sürüşmə zamanı 10 ev və çoxlu sayda nəqliyyat vasitəsi torpaq altında qalıb, 13 itkin düşmüş şəxsin axtarışları davam edir. Sürüşmənin baş verdiyi ərazidə 30-a yaxın ailə susuz və işıqsız qalıb.
27-11-2022, 00:36
Zelenski “taxıl dəhlizi” ilə bağlı çağırış etdi


Zelenski “taxıl dəhlizi” ilə bağlı çağırış etdi

Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir. “Taxıl dəhlizi”ni ölkənin digər limanlarına qədər genişləndirmək lazımdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitdə çıxışı zamanı deyib. Zelenskinin sözlərinə görə, taxıl təşəbbüsü tam gücü ilə işləmir və Rusiya tərəfinin günahı ucbatından Bosforda 80-dən çox gəmi qalıb. “Biz limanların sayının artırılmasının və bu mühüm təşəbbüsün qeyri-müəyyən müddətə davam etdirilməsinin, Rusiyanın bir daha buna mane olmamasının tərəfdarıyıq”, - Ukrayna lideri vurğulayıb.
27-11-2022, 00:34
Polşa Səudiyyəni məğlub etdi


Polşa Səudiyyəni məğlub etdi

Futbol üzrə dünya çempionatında Polşa milli komandası ilk qələbəsini qazanıb. Polşa kollektivi C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib. 3 xalı olan Səudiyyə Ərəbistanı 2-ci pillədə qərarlaşıb. Meksika 1 xalla 3-cü, xalı olmayan Argentina isə sonuncudur.
27-11-2022, 00:30
Daha bir ölkənin baş naziri Kiyevə gəldi


Daha bir ölkənin baş naziri Kiyevə gəldi

Belçikanın baş naziri Aleksandr Krou Kiyevə gəlib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. “Belçikanın Baş nazirinə salamlar. Biz danışıqlara başlayırıq. Əminəm ki, onlar hər iki tərəf üçün obyektiv və faydalı olacaq”, - o, Telegram kanalında yazıb. Şənbə günü səhər saatlarında Polşa və Litvanın baş nazirləri Mateuş Moravetski və İnqrida Simonite Kiyevə gələrək ukraynalı həmkarı Denis Şmıqalla birgə bəyanat imzalayıblar.
27-11-2022, 00:22
Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi


Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistandan düyü idxalının beş il müddətinə vergidən azad edilməsini təsdiqlədiyinə görə təşəkkür edirəm”. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" hesabında yazıb. “İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığı və əlaqəni inkişaf etdirməyə çalışacaq”, - hökumət başçısı bildirib. Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!