Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
28-11-2022, 21:02
"Narkomaniya və zərərli vərdişlərə qarşı"

Tibb Universitetində "Narkomaniya və zərərli vərdişlərə qarşı" tədbir keçirilib.

"Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində növbəti tədbir Azərbaycan Tibb Universitetində həyata keçirilib. Layihə rəhbəri Vidadi Fətullayev, ölkəmizdə narkomaniyaya qarşı hüquqmühafizə orqanları tərəfindən aparılan mübarizə,bu sahədə 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı, habelə vətəndaşların sağlamlığının qorunması sahəsində aparılan islahatlar, narkotik vasitələr və zərərli vərdişlərin insan
sağlığı və cəmiyyətimiz üçün fəsadları barədə danışdı və gənclərimizi bütün zərərli vərdişlərdən uzaq durmağa çağırdı.

Tədbirdə çıxış edən Bakı Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva tələbələrə, Mərkəzin fəaliyyəti, narkotik və psixotrop maddələr, onların səbəb olduğu bulaşıcı xəstəliklər, narkoloji asılılıq, onun psixoloji təsirləri, narkomaniya ilə bağlı bir hadisə ilə qarşılaşdıqlarında atılması lazım olan addımlar barədə geniş məlumat verdi və onları maraqlandıran sualları
cavablandırdı. Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən tələbələr mövzu barədə öz fikirlərini səsləndirdilər, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı
səsləndirdiyi fikirlərin onlar üçün bir Şüar olduğunu bildirdilər və tədbirin həyata keçməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Tibb Universiteti və Bakı Narkoloji Mərkəzin rəhbərliklərinə minnətdarlıqlarını
bildirdilər.


Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin sədri
28-11-2022, 20:19
Dünyanın ən böyük vulkanı püskürdü


Dünyanın ən böyük vulkanı püskürdü

Havay adalarında yerləşən Mauna Loa vulkanı püskürməyə başlayıb. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda vulkanın lavaları hələlik zirvədə dayanıb. Buna baxmayaraq, xəbərdarlıq edilib ki, vulkan püskürməsi çox dinamik ola və lava axınlarının yeri və irəliləməsi sürətlə dəyişə bilər. Dünyanın ən böyük aktiv vulkanının yerləşdiyi Mauna Loa zirvəsi Havay adalarına daxil olan Böyük Adanın yarısından çoxunu tutur. 4169 metr hündürlükdə olan vulkan sonuncu dəfə 1984-cü ilin mart və aprel aylarında püskürüb.
28-11-2022, 20:17
Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir -  Ceyhun Bayramov


Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı, Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü də daxil sülh müqaviləsinin elementləri üzrə aparılan ikitərəfli danışıqlar və bundan irəli gələn məsələlər, kommunikasiyaların açılması və delimitasiya prosesi üzrə cari vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mina təhdidlərini davam etdirdiyini, öhdəliklərə zidd olaraq Laçın yolundan hərbi məqsədlər üçün istifadə olunduğunu diqqətə çatdırıb. O, qeyd edilən destruktiv addımların qarşısının alınmasının vacib olduğunu vurğulayıb. Nazir eyni zamanda, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib. Filip Riker ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
28-11-2022, 20:15
Ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək


Ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək

Azərbaycanda ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək. Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir. Belə ki, qanuna yeni "Ərzaq bazarının dövlət tənzimlənməsi" adlı maddə əlavə olunur. Yeni maddəyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, habelə həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər. Qanunun 31.2-ci və 31.3-cü maddələrində müəyyən edilmiş məlumatları təqdim etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunurlar. Ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
1. qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;
2. qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;
3. ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;
4. istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;
5. ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi.
28-11-2022, 20:12
Qida təhlükəsizliyi ilə bağlı yeni rüsumlar


Qida təhlükəsizliyi ilə bağlı yeni rüsumlar

Qida təhlükəsizliyi sahəsində yeni rüsumlar müəyyənləşir. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq parlamentə tövsiyə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə qeyd olunub. Dəyişikliyə əsasən, qida təhlükəsizliyi ilə bağlı aşağıdakı rüsumlar müəyyənləşir:
- ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;
- Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;
- qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat.
Həmçinin, qida obyektlərinin təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə göstərilən hərəkətlərə görə qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) dövlət rüsumu tutulmayacaq. Qüvvədə olan qanuna görə yalnız qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 25 manat dövlət rüsumu ödənilir. Eyni zamanda qüvvədə olan qanuna əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
- reyestrdən çıxarışın verilməsi - 150 manat;
- reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;
- reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat rüsum nəzərdə tutulur. Yeni qanun layihəsində bu rüsumların ləğvi təklif edilir. Qeyd edilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunda qida və yem məhsullarının idxalı və ixracı zamanı müvafiq olaraq sağlamlıq sertifikatının və idxal sağlamlıq aktının verilməsi nəzərdə tutulmuş, qida obyektlərinin təsdiq olunması ilə bağlı müddəalar əks olunub. Həmçinin qeyd olunub ki, həmin sənədlərə görə dövlət rüsumunun məbləği və dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən olunur. Həmin hərəkətlərə görə alınan dövlət rüsumunun məbləğinin və azadolma hallarının müəyyənləşdirilməsi məqsədilə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi zərurəti yaranır.
28-11-2022, 20:10
Türkiyə hökuməti Suriya əməliyyatını müzakirə edir - Ordu əmr gözləyir


Türkiyə hökuməti Suriya əməliyyatını müzakirə edir - Ordu əmr gözləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilir. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Mətbuatda yayılan məlumata görə, iclasda Türkiyənin Suriyanın şimalı və İraqda terrorçulara qarşı keçirdiyi “Pəncə Qılınc” hava əməliyyatının gedişatı və quru əməliyyatın keçirilməsinə dair ehtimallar müzakirə ediləcək. TRT kanalı bildirir ki, Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrdə hazırlığı başa çatıb. Ordu bölmələri sərhədək yaxın ərazilərdə quru əməliyyatının başlaması üçün əmr gözləyir.
28-11-2022, 20:08
Təbrizdə tarixi tikili dağıdılıb


Təbrizdə tarixi tikili dağıdılıb

Güney Azərbaycanın Təbriz şəhərindəki 270 yaşlı tarixi hamamda aparılan bərpa işləri yarımçıq qalıb. Bu barədə Təbrizdəki tarixi hamamın mülkiyyətçilərindən olan Məhəmmədhüseyn Abbasquluzadə bildirib. Onun sözlərinə görə, bərpa işləri yarımçıq qaldığından tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib. M.Abbasquluzadə deyib ki, 2005-ci ildə hamamın bərpası ilə bağlı aidiyyəti qurumlara çoxsaylı müraciətlərdən sonra təmir işlərinə başlanılıb. Amma hamamın günbəzi və bir neçə bölməsi dağıdıldıqdan sonra işlər dayandırılıb. Mülkiyyətçi vurğulayıb ki, abidəyə ögey münasibət onun Azərbaycana məxsus olmasından irəli gəlir. Onun sözlərinə görə, bu tarixi hamam İranın İsfahan və ya Şiraz kimi hakimiyyətin daha çox diqqət göstərdiyi şəhərlərdə olsaydı, bu aqibətlə üzləşməzdi. Qeyd edək ki, hamam Qacarlar dövrünə aiddir. Xatırladaq ki, Təbrizdə Ərk qalası da dağılmaq təhlükəsi ilə üz-üzədir
28-11-2022, 20:06
İrəvan Bakıdan sülh müqaviləsi təklifinə cavab alıb


İrəvan Bakıdan sülh müqaviləsi təklifinə cavab alıb

Ermənistan Azərbaycandan sülh müqaviləsi bağlamaq təkliflərinə cavab alıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, təkliflər hələ noyabrın 7-də iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə verilib. Noyabrın 25-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bəyan edib ki, İrəvan hələ də cavab almayıb. "Bildiyiniz kimi, biz Azərbaycana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərimizi və ya sülh müqaviləsi layihəsini təqdim etmişik və yalnız bir gün əvvəl onların cavablarını almışıq. Ona görə də müzakirələr davam edir", - Mirzoyan bildirib. O deyib ki, erməni tərəfi tezliklə konsensusa nail olmağa ümid edir və beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər. Xarici işlər naziri qeyd edib ki, İrəvan bir daha məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazır olduğunu bildirir. Mirzoyan əlavə edib ki, oktyabrın əvvəlində Praqada keçirilən danışıqlarda növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub. O bildirib ki, Ermənistan tərəfi bu razılaşmaya sadiqdir və həm də münasibətlərin normallaşmasında maraqlıdır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-nə planlaşdırılan görüşdən imtina etmişdi. Azərbaycan liderinin sözlərinə görə, erməni tərəfi Fransa Prezidenti Emmanuel Makronun iştirakında israr edib, ona görə də o, danışıqlara getməyəcək.
28-11-2022, 20:04
Azərbaycan 13 erməni hərbçinin meyitini qaytardı


Azərbaycan 13 erməni hərbçinin meyitini qaytardı

2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat açıqlayıb. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.
28-11-2022, 15:13
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq


Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq. Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub. Sərəncama əsasən, icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib. Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!