Çubindərdə Cavad Heydərinin qardaşı Məhəmməd Heydərinin həyatı təhlükədədirGüney Azərbaycanın Qəzvin mahalından olan və etiraz aksiyalarında öldürülən Cavad Heydərinin qardaşı, Qəzvin şəhərinin Çubindər zindanında saxlanılan Məhəmməd Heydərinin həyatı təhlükədədir.
Noyabrın 16-da Qəzvin prokuroru Hüseyn Rəcəbinin hökmü əsasında təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq zindana salınan Məhəmməd Heydəri aclıq aksyası keçirir.
Həbsinin ilk günündən qanunsuz saxlanılmasına etiraz edərək aclıq aksiyasına əl atan azərbaycanlı Heydərinin aksiyanın 9-cu günündə vəziyyətinin ağırlaşdığı və huşsuz vəiyyətdə həbsxananın tibb məntəqəsinə köçürüldüyü bildirilir.
Onun ailəsi ilə telefon danışığı və görüşünə icazə verilmir.
Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.
Hökumətin ölüm səbəbini saxtalaşdırmaq və məsələni ictimailəşdirməməklə bağlı təkliflərinin onun ailəsi tərəfindən qəbul edilmədiyinə görə, ailəyə qarşı təzyiq göstərilir.
Bundan bir neçə gün öncə ailənin başqa üzvü, Cavad Heydərinin digər qardaşı Höccət Heydəri də həbs edilib və ailəyə yaxın 15 nəfər barədə cinayət işi açılıb.