23-12-2022, 14:50
İran Ukraynanın ittihamlarını təkzib etdiUkrayna Prezidenti Vladimir Zelenski Rusiyaya silah tədarükü ilə bağlı əsassız ittihamlarla bağlı Tehranın səbrini sınamamalıdır. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Naser Kənani bildirib. Onun sözlərinə görə, İran Kiyevin Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə bağlı bəyanatlarını dəfələrlə təkzib edib. Kənani qeyd edib ki, Tehran öz hərbi texnikasını münaqişə tərəflərinin heç birinə göndərməyib. XİN rəsmisi Ukrayna Prezidentini ABŞ-ın dəstəklədiyi ölkələrin taleyinə diqqət yetirməyə çağırıb. Xatırladaq ki, Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etdiyi bildirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ordusu öz istehsalı olan dronlardan istifadə edir.
23-12-2022, 14:46
Hulusi Akardan Azərbaycana dəstək dolu çıxış “Türklərin gücünü dünyaya nümayiş etdirən Azərbaycan Ordusuna heç kimin pis gözlə baxmasına icazə verməyəcəyik”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib. "Azərbaycan hamının yaxşı bildiyi, lakin dünyanın eşitmək, görmək istəmədiyi çox ciddi qırğınlara və qətllərə məruz qalıb. Bu hadisələr baş verərkən Avropa İttifaqı, NATO, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı təəssüf ki, həmin məsələlərə toxunmadı. Onlar heç bir həssaslıq, maraq göstərmədilər, lazımi tədbir görmədilər. Rusiyanın həmsədr olduğu keçmiş Minsk Qrupu da bu mövzulara son dərəcə laqeyd münasibət göstərdi”,- deyə Akar vurğulayıb. Nazir onu da qeyd edib ki, Türkiyə azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verməyə hazırdır: “Biz savaşmaq üçün deyil, onun qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar”.
23-12-2022, 14:40
Ukrayna və NATO müttəfiqlərinə 45 milyard dollar ayrılacaqABŞ Konqresinin Senatı ölkənin 2023-cü maliyyə ili üçün təxminən 1,7 trilyon dollar büdcə layihəsini təsdiqləyib. Büdcədə nəzərdə tutulan ümumi xərclər bu rəqəmin 1,52 trilyon dollar müəyyən edildiyi 2022-ci ildəkindən daha yüksək olacaq. Məlumata görə, vəsaitlərin böyük hissəsi - 858 milyard dolları müdafiəyə yönəldiləcək, 722,5 milyard dollar isə qeyri-müdafiə xərclərinə ayrılacaq. Vaşinqton Ukraynaya, eləcə də NATO müttəfiqlərinə fövqəladə dəstək üçün 44,9 milyard dollar ayırmaq niyyətindədir. Eyni zamanda, bu ilin büdcəsində Ukraynaya ümumi dəstək 13,6 milyard dollar təşkil edib ki, bu da 2023-cü ildə nəzərdə tutulandan təxminən üç dəfə azdır.
23-12-2022, 14:29
ABŞ Putinlə görüşmək şərtini vurğuladıRusiya danışıqlarda ciddi iradə göstərərsə, Bayden Putinlə görüşməyə hazırdır. Bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirb. “Siz prezidentin Emmanuel Makronla görüşdə dediyini eşitdiniz. Əgər Putin ciddi istək nümayiş etdirsə, prezident mütləq onunla görüşməyə hazır olacaq”, - deyə Kirbi qeyd edib.
23-12-2022, 14:21
Putin: “Kiyevin ehtiyatları tezliklə tükənəcək”Ukraynaya əsasən sovet mənşəli silahlar göndərilir, həmin silahlar isə tükənmək üzrədir. Bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. O, Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin göndərilməsinə də toxunub və bildirib ki, bu, sadəcə münaqişənin uzadılması deməkdir. “Rusiya hərbi ehtiyatlarını istifadə edir, bu böyük rəqəmlərdir, lakin Ukrayna hərbi sənaye kompleksi ilə fərq böyükdür. Kiyevin ehtiyatları tezliklə tükənəcək. Biz silah istehsalını artırmaq niyyətindəyik”.
22-12-2022, 21:36
Qaribaşvili Əliyevi doğum günü münasibətilə təbrik etdiGürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: "İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə əmin-amanlıq, möhkəm cansağlığı və uğurlar arzulayım. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi səyləriniz böyükdür. Ölkələrimiz arasında mövcud olan dostluğu və ümumi maraqları nəzərə alaraq, inanıram ki, gündən-günə inkişaf edən yaxın münasibətlərimiz və strateji əməkdaşlığımız regionda sülhün, sabitliyin və rifahın bərqərar olunmasına öz töhfəsini verəcəkdir. Ümid edirəm ki, birgə səylərimizlə mövcud çağırışların öhdəsindən gələcəyik, ölkələrimizin və regionun rifahı naminə öz imkanlarımızdan səmərəli istifadə edəcəyik. Cənab Prezident, fürsətdən istifadə edərək Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan dövlətinin inkişafı və xalqınızın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
22-12-2022, 19:32
Qaribaşvili Əliyevi doğum günü münasibətilə təbrik etdiGürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: "İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə əmin-amanlıq, möhkəm cansağlığı və uğurlar arzulayım. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi səyləriniz böyükdür. Ölkələrimiz arasında mövcud olan dostluğu və ümumi maraqları nəzərə alaraq, inanıram ki, gündən-günə inkişaf edən yaxın münasibətlərimiz və strateji əməkdaşlığımız regionda sülhün, sabitliyin və rifahın bərqərar olunmasına öz töhfəsini verəcəkdir. Ümid edirəm ki, birgə səylərimizlə mövcud çağırışların öhdəsindən gələcəyik, ölkələrimizin və regionun rifahı naminə öz imkanlarımızdan səmərəli istifadə edəcəyik. Cənab Prezident, fürsətdən istifadə edərək Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan dövlətinin inkişafı və xalqınızın rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
22-12-2022, 19:29
Türk dövlətləri arasında sazişlər imzalandıQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistana səfəri zamanı bu ölkənin lideri Şavkat Mirziyoyevlə görüşüb. Görüş zamanı Qazaxıstan və Özbəkistan arasında dövlət sərhədinin demarkasiyası haqqında müqavilə imzalanıb. Tərəflər arasında imzalanan digər saziş müttəfiqlik münasibətləri haqqında olub. Dövlət başçılarının iştirakı ilə rəsmi nümayəndə heyətlərinin üzvləri ümumilikdə 15 sənəd imzalayıblar. Səfər zamanı imzalanan ticarət müqavilələri və investisiya sazişlərinin ümumi dəyəri 8 milyard dollardır.
22-12-2022, 19:26
Qazaxıstan prezidentindən İlham Əliyevə təbrik məktubuQazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ölkənizin işıqlı gələcəyi naminə fəaliyyətinizin uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin reallaşmasını arzu edirəm. Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq və çoxəsrlik dostluq qardaş xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək. Ümidvaram ki, qarşılıqlı hörmətimiz gələcəkdə də davam edəcək. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına firavanlıq, birlik və uğurlar arzu edirəm".
22-12-2022, 19:23
Kadırov mükafatlandırıldıRusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu Aleksandr Nevski ordeni ilə təltif edib. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özü məlumat paylaşıb. "Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə mən yüksək mükafat - Aleksandr Nevski ordeni ilə təltif olundum. Vətənimizin rifahı naminə təvazökar xidmətlərimin belə qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Mən hədsiz qürur duyuram", - Çeçenistan rəhbəri teleqram kanalında yazıb.