19-12-2022, 16:58
Azad olunmuş bölgələrdə minalar aşkarlandıAzərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 94 mina aşkarlanıb. ANAMA-dan verilən məlumata görə, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə idə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
19-12-2022, 16:54
Temperatur aşağı düşəcək - 15 dərəcə şaxta gözlənilirBakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23- 28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 20-də hava arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-na keçən gecə şimal və dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə kəskin intensivləşəcəyi gözlənilir. Havanın temperaturu: dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gece saatlarında "0"-yǝ yaxınlaşacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.
19-12-2022, 16:51
Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış etdiQarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan erməniləri təxribata sürükləyən çağırışla çıxış edib. Şənbə günü Xankəndidə izdihamlı mitinq çağıran, lakin buna nail ola bilməyən R.Vardanyan əvəzində Ağdərə şəhərində və Xocavənd rayonunun mərkəzində təxribat məqsədli görüşlər keçirib. Ermənistan KİV-lərinin məlumatına görə, Ruben Vardanyanı bu görüşlərdə separatçı rejimin “deputatları” müşayiət ediblər. Vardanyan Ağdərədəki qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkətində olub, onun rəhbərliyi və işçiləri ilə görüşüb. Mövcud vəziyyətdən və Azərbaycanın həyata keçirdiyi siyasətdən danışan milyarder təxribatçı çağırışlar səsləndirib. Qarabağdakı mülki ermənilərlə görüşdə R.Vardanyan hazırkı vəziyyətdə iki ssenarinin olduğunu qeyd edib: “Birincisi döyüşməkdir. Etiraf etmək lazımdır ki, noyabrın 9-dan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. Hələ ki ciddi informasiya müharibəsi gedir...”. Ruben Vardanyan deyib ki, ikinci ssenari ermənilərin Qarabağdan getməsidir ki, bu da onlar üçün qəbuledilməzdir: “Buna heç vaxt yol verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. Ağıllı həllər tapmalı və mübarizəyə hazır olmalıyıq. Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz “Artsax”da qurmaq üçün gəlmişəm”. Sosial şəbəkələrin erməni seqmentindəki xəbərlərdən belə məlum olur ki, Ruben Vardanyanın revanşist çağırışlarına birmənalı reaksiya yoxdur.
19-12-2022, 16:31
Laçın yolunda keçid problemi yoxdurBiz hətta istənilən mülki erməninin aksiya yerindən keçidinə şərait yaradıla bilər;
- bizdən qorxmaq lazım deyil, biz sülh carçılarıyıq;
- biz “yolkəsən quldur” deyilik, biz sülhə yol açanlarıq;
- dinc ermənilər bizə xilaskarları kimi baxa bilərlər, biz onları girov saxlayan, alət kimi istifadə edən quldur rejimi lənətləyirik;
- bizim erməni uşaqları ilə, yaşıdlarımızla, mülki əhali ilə heç bir problemimiz yoxdur, bizim düşmənimiz ərazimizi talayan quldurlardır.
19-12-2022, 15:34
Dünya Çempionatının “ən yaxşıları” mükafata layiq görüldüQətərdə keçirilən futbol üzrə dünya çempionatının ən yaxşıları mükafatlandırılıb. Fərdi mükafatları bu futbolçular qazanıb:
Ən gənc oyunçu: Enso Fernandes (Argentina)
Ən yaxşı qapıçı ("Qızıl əlcək" mükafatı): Emiliano Martines (Argentina)
Ən yaxşı bombardir ("Qızıl buts" mükafatı): Kilian Mbappe (Fransa)
Ən yaxşı oyunçu ("Qızıl top" mükafatı): Lionel Messi (Argentina)
18-12-2022, 21:12
İran ilin sonuna qədər ən azı iki peyk buraxacaqİran bu ilin sonuna qədər kosmosa ən azı iki peyk buraxacaq. Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur bildirib. Kosmosa buraxılacaq peyklərə “Nahid1” və “Nahid2” adı verilib. İranlı nazir qeyd edib ki, növbəti peyklər buraxılmaq üçün hazırlıq mərhələsindədir. "Nahid" İranın Kosmik Tədqiqatlar İnstitutu tərəfindən qurulan telekommunikasiya peykləridir. Peyklərdən birincisi 2015-ci ildə təqdim edilib.
18-12-2022, 21:08
Məşhurlar da dünya çempionatını gələnlər arasındadırFutbol üzrə dünya çempionatının finalında Argentina və Fransa yığmaları üz-üzə gəlir. Final matçını izləmək üçün Qətərə gələnlər arasında məşhurlar da var. Belə ki, Fransa Prezidenti Emmanuel Makron, amerikalı milyarder İlon Mask, "Milan"ın məşhur futbolçusu Zlatan İbrahimoviç və digərləri həlledici görüşü stadiondan izləyirlər.
18-12-2022, 21:05
Zelenski ABŞ-la olan danışıqlara münasibət bildirdiUkrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə danışıqlar aparıb. Bu barədə Zelenski Fransa telekanallarına müsahibəsində bildirib. O, danışıqların müsbət istiqamətdə getdiyini deyib. Zelenski, həmçinin bildirib ki, Ukraynaya mümkün hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsi ilə şəxsən özü məşğul olur. “Proses gedir, şəxsən mən bunu edirəm. Prinsipcə, bu, bizim üçün çox lazımdır. Mənim üçün vacibdir - bu, mənim prezident Baydenlə şəxsi münasibətimdir", - Zelenski qeyd edib.
18-12-2022, 21:01
Qarabağa sərmayə yatırmaq ərəblərin maraq dairəsindədirSəudiyyə Ərəbistan Krallığının Azərbaycana gələn nümayəndə heyətinin tərkibində olan investorlar azad edilmiş ərazilərə sərmayə yatırmaqda maraqlıdırlar. Bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Zəngilanda jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından Azərbaycana geniş nümayəndə heyəti gəlib, onlar yalnız dövlət sektorunda təmsil edilmirlər, həmçinin burada özəl sektorun nümayəndələri də var: "Nümayəndə heyətinin tərkibində Azərbaycanda energetika, xüsusilə "yaşıl energetika", kənd təsərrüfatı, eko-turizm, hotel kimi sahələrə investisiya yatırmağa maraqlı olan investorlar var. Hesab edirəm ki, azad edilmiş ərazilərdə infrastruktur tam olanda Səudiyyə Ərəbistanı və ətraf ölkələr üçün maraq kəsb edəcək. Bu ərazilərdə turizm cəlbedicidir". Nazir deyib ki, Səudiyyə Ərəbistanının texnologiya şirkətləri Azərbaycanın texnologiya sahəsinə investisiya yatırmağı nəzərdən keçirirlər. Xalid bin Əbdüləziz Əl-Falih qeyd edib ki, nümayəndə heyətinin tərkibində dövlət nümayəndələri də təmsil olunurlar: "Səudiyyə İnkişaf Fondu Azərbaycanda aktiv fəaliyyət göstərir. Fond 5 layihəni maliyyələşdirib. Onlar azad edilmiş ərazilərdə infrastruktur layihələrini maliyyələşdirməkdə maraqlıdılar". "Biz Azərbaycan dövləti ilə 30 ildir ki, yan-yanayıq. Bizim üçün ən önəmli məsələlərdən biri azad edilmiş ərazilərə normal həyatın qayıtmasıdır", - səudiyyəli nazir vurğulayıb.
18-12-2022, 20:57
Səudiyyə naziri ZəngilandaSəudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh və Azərbaycanın maliyyə naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Zəngilan rayonuna səfər ediblər. Zəngilan hava limanında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlara dair brifinq keçirilib. Brifinqdən sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevində iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığından gələn 50-dən çox qonaq Zəngilan məscidinin yenidən qurulması, Zəngilan şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb. Qonaqlar, eyni zamanda, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinə baxış keçirib və burada yaradılan infrastrukturla yaxından tanış olublar. Daha sonra səudiyyəli qonaqlar Zəngilan rayonunda yerləşən Ağalı kəndində “Ağıllı kənd” layihəsi ilə tanış olub, kənd sakinləri ilə görüşüblər. “Göyərçin” abidə-fəvvarə kompleksinə və meydana baxış keçirilib. Sonda səfərdə iştirak edən qonaqlar Zəngilan Beynəlxalq Hava Limanından Bakı şəhərlərinə yola salınıblar.