Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
13-12-2022, 16:16
Laçın yolunda aksiya davam edir


Laçın yolunda aksiya davam edir

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir. Butov.az aksiyadan videonu təqdim edir:

[media=https://youtu.be/ptV1oBJ6_K0]
12-12-2022, 22:57
Etiraz aksiyası 12 saatdır davam edir


Etiraz aksiyası 12 saatdır davam edir

Bu gün səhər saatlarından başlayaraq Şuşa şəhəri ətrafında Rusiya sülhməramlılarının postunda etiraz aksiyası keçirən qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər. Aksiyaçılar problem həll olunana qədər qədər burada qalacaqlarını bildiriblər. Etirazçılar sülhməramlı kontingentin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.
12-12-2022, 22:54
Erməni mətbuatı aksiyayla bağlı yalan məlumatlar yayır


Erməni mətbuatı aksiyayla bağlı yalan məlumatlar yayır

Bu gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraza başlayan Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər. Ermənistanın bəzi mətbuat orqanları sosial şəbəkə hesablarında aksiya ilə bağlı yalan məlumat yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Belə ki, "Baqramyan 26" adlı teleqram kanalında guya Azərbaycan Ordusunun Laçın dəhlizini bağladığı, Azərbaycan ərazisində yaşayan erməni əhalisini blokadaya aldığı barədə yalan məlumatlar yayılıb. Ermənilərin dezinformasiya şəbəkəsi mülki təşkilatların dinc aksiyasını az qala hərbçilərin hücumu kimi qələmə verirlər. Qeyd edək ki, Xankəndi-Şuşa yolunda toplaşan etirazçılar arasında ekoloji fəallar daxil olmaqla, müxtəlif QHT-lərin nümayəndələri də var. Aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər.
12-12-2022, 22:43
Zelenski müharibəylə bağlı sualları cavablandırdı


Zelenski müharibəylə bağlı sualları cavablandırdı

"Qələbəmizə qədər mütləq prezident olacağam. Sonrasını heç düşünmürəm. Hələ düşünmürəm, hazır deyiləm". Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Netflix”də David Letterman ilə “Növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” adlı xüsusi proqrama müsahibəsində bildirib. Müharibə ilə bağlı sualı cavablandıran Zelenski Rusiyaya qarşı qələbədən sonra dənizə getmək və pivə içmək istədiyini söyləyib. Açığını deyim, David, mən dənizə getmək istəyirəm. Müharibədə qələbə qazanandan sonra dəniz və pivə içmək istəyirəm”,- deyə Ukrayna lideri qeyd edib. Zelenski onu da bildirib ki, Ukraynada gedən müharibə Rusiya Prezidenti Vladimir Putin öləndə bitəcək.
12-12-2022, 22:40
Fransa səfirliyinə “qeyri-adi hədiyyə” göndərilib


Fransa səfirliyinə “qeyri-adi hədiyyə” göndərilib

Fransanın Rusiyadakı səfirliyinə içində ölü siçan və hörümçək olan bağlama göndərilib. Bu haqda "RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, paket səfirliyə keçən həftə gəlib. Bağlamanı göndərən şəxs Krımdan olan Notariani adı ilə siyahıya salınıb. Səfirlik hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına müraciət edib.
12-12-2022, 22:35
Sülhməramlılar arasında erməni aşkar edildi


Sülhməramlılar arasında erməni aşkar edildi

Azərbaycanın QHT təmsilçiləri Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti arasında erməni aşkar ediblər. Bu barədə QHT nümayəndələri sosial şəbəkə hesablarında paylaşım ediblər. Bildirilib ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının içərisində olan bir nəfər erməni dilində danışmaqla diqqət çəkib. Sonra həmin şəxs gizlənmək istəsə də, azərbaycanlı fəallar tərəfindən ifşa olunub. Hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir. Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Həmin görüntüləri təqdim edirik:

[media=https://youtu.be/VkKrkTh4tKo]
12-12-2022, 22:30
Avropa Komissiyasından Türkiyəyə yardım


Avropa Komissiyasından Türkiyəyə yardım

Avropa Komissiyası Türkiyənin şərq sərhədində nəzarəti yaxşılaşdırmaq üçün 220 milyon avro yardım göstərilməsinə razılıq verib. Bu barədə Komissiyanın saytında məlumat yerləşdirilib. Beləliklə, təşkilatın 2022-ci ildə Türkiyədəki qaçqınlara dəstəyinin ümumi məbləği 1,235 milyard avro təşkil edib. Qeyd edək ki, Avropa İttifaqı 2021-ci ildən 2023-cü ilə qədər Türkiyədəki qaçqınlara 3 milyard avro yardım ayırıb.
12-12-2022, 22:28
Avropa İttifaqından Ukraynaya yeni hərbi yardım


Avropa İttifaqından Ukraynaya yeni hərbi yardım

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri 2023-cü ildə Avropa Sülh Fonduna ayrılan maliyyənin 2 milyard avro artırılması barədə razılığa gəliblər. Bu barədə Aİ-nin baş diplomatı Cozep Borrel məlumat verib. Qeyd olunan Fondun vəsaiti Ukraynaya hərbi yardım göstərmək üçün nəzərdə tutulub. 2027-ci ilə qədər fondun maliyyə həcminin ümumi artımı 5,5 milyard avroya qədər olacaq. "Bu qərar bizə tərəfdaşlarımızın silahlı qüvvələrinə hərbi dəstəyi davam etdirməyə imkan verəcək", - Borrel bildirib. Avropa Sülh Fondu Avropa Şurası tərəfindən 22 mart 2021-ci ildə yaradılıb. Fondun maliyyələşdirilməsi Aİ-yə üzv dövlətlərin yardımları hesabına həyata keçirilir. Hazırda Aİ fondunun vəsaitinin yarıdan çoxu Ukraynaya hərbi yardım üçün ayrılıb.
12-12-2022, 22:24
Ceyhun Bayramov erməni təxribatından danışdı


Ceyhun Bayramov erməni təxribatından danışdı

“Ermənistan minalanmış ərazilər haqqında tam və dəqiq məlumat paylaşmaqdan imtina edir. Habelə, Ermənistan Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirir". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib. O bildirib ki, bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 piyada əleyhinə mina aşkar edilib. Bu yaxınlarda yerləşdirilmiş Ermənistan istehsalı olan minalar yerləşdirilmiş sahə artıq Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri tərəfindən yoxlanılıb: "Sülh quruculuğuna hədə törədən və müharibə cinayəti hesab olunan minaların davamlı şəkildə yerləşdirilməsi 30 illik münaqişədən sonra barışıq istiqamətində aparılan səylərə xələl gətirir”. C.Bayramov qeyd edib ki, minaların Azərbaycan ərazisinə gətirilməsi yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsidir.
12-12-2022, 18:49
Erməni jurnalistlər geri qayıtmağa məcbur oldu


Erməni jurnalistlər geri qayıtmağa məcbur oldu

Gorus-Xankəndi yolunda aksiya keçirilən əraziyə Ermənistan dövlət nömrə nişanlı avtomobil yaxınlaşıb. Rusiya sülhməramlıları erməni jurnalist olduqları ehtimal edilən şəxslərin əraziyə yaxınlaşmasına icazə verməyiblər. Həmin şəxslər geri qayıtmaq tələbinə məcburən riayət ediblər. Qeyd edək ki, bu gün Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal bu gün Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!