20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
14-12-2022, 20:34
DSX hərbi qulluqçusu qəfildən vəfat edib


DSX hərbi qulluqçusu qəfildən vəfat edib

Dekabr ayının 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbərli Miran Qamət oğlu xidmətdən qayıtdıqdan sonra istirahət edərkən səhhəti qəfil pisləşib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan rayon Ağalı kənd xəstəxanasına çatdırılıb. Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin rəyə əsasən hərbi qulluqçunun ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib. Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
14-12-2022, 20:30
Hərbi qulluqçumuz odlu silahla özünü öldürüb


Hərbi qulluqçumuz odlu silahla özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun 14 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub. Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirib. "İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib". Qurum rəsmisinin sözlərinə görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
14-12-2022, 20:25
Üç ölkə arasında memorandum imzalandı


Üç ölkə arasında memorandum imzalandı

Dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. İmzalanmış sənədlər sırasında “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u da yer alıb. Memorandumu Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu imzalayıblar.
14-12-2022, 20:20
Dövlət çevrilişinə cəhd edənlər Şoltsu öldürmək istəyiblər


Dövlət çevrilişinə cəhd edənlər Şoltsu öldürmək istəyiblər

Almaniyada dövlət çevrilişi hazırlayanlar kansler Olaf Şoltsun öldürülməsini planlaşdırıblarmış. Bu barədə “Nyu York Times” qəzeti istintaqa yaxın mənbələrə istinadən məlumat yayıb. Axtarışlar zamanı polislər sui-qəsdçilərin öz planlarını gizli saxlamağa and içdikləri yüzdən çox gizlilik müqaviləsini üzə çıxarıblar. Bunlara parlament üzvlərinə hücum və onların həbsi, həmçinin kanslerin öldürülməsi daxildir. Müqavilənin pozulması, müqavilələrdə göstərildiyi kimi, ölümlə cəzalandırılmalıymış. Bundan əlavə, reydlər zamanı müstəntiqlər 40 odlu silah aşkar edib, həmçinin gizli anbarlarda hələ də tapılmayan digər silahlar üçün minlərlə patron ələ keçiriblər. Məqalədə deyilir ki, indiyədək polis hökuməti devirmək planında şübhəli bilinən 23 nəfəri həbs edib və daha 31 nəfəri araşdırır. Xatırladaq ki, dekabrın 7-də Almaniya polisi sağ ekstremistlərin planlaşdırdıqları dövlət çevrilişinin qarşısını alıb. Hücum edənlər Bundestaqa basqın etmək istəyiblər.
14-12-2022, 20:12
“13 İran dronundan heç biri hədəfə çata bilməyib” - Podolyak


“13 İran dronundan heç biri hədəfə çata bilməyib” - Podolyak

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya tərəfindən İran dronları ilə Kiyev və digər şəhərlərə zərbələr endirilməsi ilə bağlı yeni məlumatlar açıqlayıb. Podolyak bu barədə twitter səhifəsində yazıb. "13 İran dronundan heç biri hədəfə çata bilməyib. Hamısı havada məhv edilib. Bu, "müdafiəçilərin nə qədər güclü olmasını" və "müttəfiqlərinin dəstəyinin nəticəsini" göstərir. Ukraynanın hava hücumundan müdafiə sistemləri həyatları xilas edir", - deyə müşavir qeyd edib. Xatırladaq ki, bu gün, səhər saatlarında Rusiya ordusu pilotsuz uçuş aparatları vasitəsilə Ukrayna şəhərlərinə hücum etmişdi. 24 fevralda başlayan müharibə davam etməkdədir.
14-12-2022, 18:56
Ermənistan parlamenti müxalifətin Azərbaycanı pisləyən layihəsini rədd etdi


Ermənistan parlamenti müxalifətin Azərbaycanı pisləyən layihəsini rədd etdi

Ermənistan parlamenti bugünkü iclasında müxalifətin Azərbaycanın hərəkətlərini pisləyən bəyanat layihəsini rədd edib. Əvəzində hakim “Mülki müqavilə” fraksiyasının təklif etdiyi variant qəbul edilib. Bu barədə jurnalistlərə parlamentin “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib. O deyib ki, “Mülki müqavilə” fraksiyasının təklifi ilə qəbul edilən bəyanatın mətni heç nə demir, dişsiz bəyanatdır. Ohanyan müxalifət deputatlarının tezliklə başlayacaq növbədənkənar sessiyada iştirak edib-etməyəcəyini söyləməkdə çətinlik çəkib. Deyib ki, bunu öz aralarında müzakirə edəcəklər. Ermənistan Milli Məclisinin növbədənkənar iclası saat bu gün saat 14:00-dan sonraya təyin edilib. Hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan bildirib ki, bugünkü iclasda həm müxalifətin, həm də onların bəyanat layihələri müzakirə olunub, lakin razılığa gəlməyiblər. Onun sözlərinə görə, mətnlərlə bağlı ortaq məxrəc olduğu üçün hər iki layihə səsə qoyulub və müxalifətin təqdim etdiyi bəyanat layihəsi rədd edilib. Konjoryan konkret hansı məqamlarla razılaşmadıqlarını açıqlamayıb, sadəcə qeyd edib ki, parlamentin bəyanatı Ermənistan hakimiyyətinin apardığı xarici siyasətə uyğun olmalıdır.
14-12-2022, 18:48
Türkmən və azərbaycanlı qardaşlarımızla işbirliyinə hazırıq - Ərdoğan


Türkmən və azərbaycanlı qardaşlarımızla işbirliyinə hazırıq - Ərdoğan

"Xəzər dənizindəki “Dostluq” yatağı üzrə türkmən və azərbaycanlı qardaşlarımızla işbirliyinə hazırıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib. Ərdoğan Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyətinə də toxunub: “Başda Avropa olmaqla bütün dünya üçün enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinin önəmi yenidən anlaşıldı. Əsasən Türkiyə olaraq biz bu istiqamətdəki addımları uzun müddət idi ki, atmaqda idik. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Cənub Qaz Dəhlizi bu baxımdan önə çıxmaqdadır. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) onurğa sütununu təşkil etdiyi bu dəhlizlə Xəzər qazını Avropaya daşıyırıq". Türkiyə Prezidenti vurğulayıb ki, Türkmənistanın təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqlinə yönəlmiş işlərə də başlamamız lazımdır. Xatırladaq ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”na əsasən, “Dostluq” yatağı üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Saziş layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə yaradılmış Birgə İşçi Qrupu fəaliyyət göstərir.
14-12-2022, 18:45
Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edildi


Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edildi

Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib. Bəyanat dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra qəbul olunub.
14-12-2022, 18:43
İlin baş məşqçisi və futbol klubu seçildi


İlin baş məşqçisi və futbol klubu seçildi

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) müxtəlif nominasiyalar üzrə 2022-ci ilin ən yaxşılarının adlarını açıqlayıb. "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov ilin baş məşqçisi adına layiq görülüb. Digər nominasiyaya görə, "Qarabağ" ilin futbol klubu elan edilib.
14-12-2022, 16:01
İranda etiraz aksiyaları davam edir


İranda etiraz aksiyaları davam edir

İranda etiraz aksiyaları davam edir. Şəhrikürd, Saqqız, Sənəndəc, Şiraz, Tehran, Məşhəd və bir sıra şəhərlərdə davam edən etirazlarda “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvəri, ruhun şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət”, “Məcid Rza, sən uyudun, biz hamımız oyandıq”, “Diktatora ölüm!”, “Azadlıq!” və digər şüarlar səsləndirilib. Kohgəliye-Buyer Əhməd əyalətinin Dehdəşt şəhərində etirazçı gənclər hərbi yardım qüvvələrinin bazasını “Kalaşnikov”la atəşə tutublar. Qərbi Azərbaycan əyalətinin Sarıdaş (Sərdəşt) şəhərində keçirilən aksiyalar zamanı həbs edilən Şəhriyar Adili adlı gənc İran rejiminin işgəncələri nəticəsində həlak olub. Şərqi Azərbaycan əyalətində bir qrup azərbaycanlı milli-mədəni fəal “21 Azər” (12 dekabr) münasibətilə divarlara milli şüarlar yazıblar. Fəallar 1945-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı əsasən aşağıdakı şüarları Təbrizdə divarlara yazmaqla milli hərəkatın tələblərini gündəmə gətiriblər: “21 Azər”, “Milli Hökumət”, “Pişəvəri”, “Azadlıq, Ədalət, Milli Hökumət” və s. Təbrizdə şəhərində Güney Azərbaycan Milli Hökumətinin ildönümü qeyd olunub. “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvəri, ruhun şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət!" şüarları səsləndirilib. Eyni zamanda, Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən azərbaycanlı fəal Hüseyn Məhəmmədiyan öz mağazasında həbs edilib. Tehran əyalətinin Əndişə şəhərində “Bəsic” qüvvələrinin bazası qəzəbli gənclər tərəfindən yandırılıb. “Human Rights Activists News Agency”nin məlumatında bildirilir ki, etirazlarda öldürülənlərin sayı 490 nəfərdir. Bunlardan 68-i uşaqdır, 62-si hökumət qüvvəsidir. İndiyədək 18 262 nəfər həbs edilib ki, bunlardan da 3788-nin şəxsiyyəti və saxlanma yeri müəyyənləşdirilib. Həbs olunanların 626-sı tələbədir. Bugünədək 1175 aksiya keçirilib. 161 şəhər və 144 universitetdə aksiyalar keçirilib. Avstriyada, Almaniyada, Parisdə və Londonda molla rejiminin əleyhinə aksiyalar keçirilib. İran İnsan Haqları Təşkilatı 1 nəfərin edam edildiyi və 2 nəfərin edam qabağı təkadamlıq kameraya köçürüldüyünü bildirib. İsrailin “Mako” informasiya saytı xəbər verir ki, “Black Reward” haker qrupunun “Fars” xəbər agentliyinə hücumu zamanı ələ keçirdiyi məlumatlara əsasən, İran ordusunun 115 əsgəri ölkədə davam edən etirazlar zamanı həbs edilib. BMT İnsan Haqları üzrə Ali Komissarlığı İranda edamların dayandırılmasına çağırış edib. Bundan başqa, Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən isə bildirilib ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən İran vətəndaşlarının sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!