20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
15-12-2022, 15:31
Hərbi kəşfiyyat peyki fəzaya buraxıldı


Hərbi kəşfiyyat peyki fəzaya buraxıldı

Çin fəzaya növbəti hərbi kəşfiyyat peyki buraxıb.
Bu barədə ölkənin "Xinhua" agentliyi məlumat yayıb. Geniş imkanlara malik "Yaogan-36" peykinin "Long March" raketi vasitəsilə kosmosa buraxıldığı bildirilib. Məlumata görə, peyk Çinin Siçuan əyalətinin Siçang Peyk Mərkəzi ərazisindən fəzaya buraxılıb. Bu, "Long March" raketləri vasitəsilə həyata keçirilən 455-ci buraxılışdır. Qeyd edək ki, Çin bundan əvvəl də eyni markalı peykləri fəzaya buraxmışdı.
15-12-2022, 15:28
Pakistanda terror aktı


Pakistanda terror aktı

Pakistanda terror aktı törədilib. Hadisə ölkənin Şimali Vəziristan vilayətinin Miranşah şəhərində baş verib. Kamikadzenin özünü partlatması nəticəsində biri hərbçi, digəri mülki şəxs olmaqla, 2 nəfər həyatını itirib. Hadisə nəticəsində, həmçinin 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və tibbi müdaxilə olunub. Terror aktını hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Araşdırmaların davam etdirildiyi qeyd edilib.
14-12-2022, 21:07
NATO-nun 2023-cü il üçün hərbi büdcəsi artırıldı


NATO-nun 2023-cü il üçün hərbi büdcəsi artırıldı

NATO-nun 2023-cü il üçün hərbi büdcəsi cari illə müqayisədə 25,8% artırılaraq 1,96 milyard avroya qaldırılıb. Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb. “Müttəfiqlər çərşənbə günü Şimali Atlantika Şurasının iclasında NATO-nun 2023-cü il üçün mülki və hərbi büdcələri barədə razılığa gəliblər. Mülki büdcə 370,8 milyon avro, hərbi büdcə isə 1,96 milyard avro səviyyəsində müəyyən edilib ki, bu da 2022-ci illə müqayisədə 27,8% və 25,8% çoxdur”, - mətbuat xidmətinin bəyanatında deyilir .
14-12-2022, 21:03
8 nəfər minaya düşdü, biri dünyasını dəyişdi


8 nəfər minaya düşdü, biri dünyasını dəyişdi

Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə məlumatında qeyd olunub. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb. Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
14-12-2022, 20:59
“Kəzılelma” pilotsuz təyyarəsi ilk uçuşunu həyata keçirdi


“Kəzılelma” pilotsuz təyyarəsi ilk uçuşunu həyata keçirdi

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Kəzılelma" pilotsuz döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib. Bu barədə "Baykar" şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sınaq Çorlu bölgəsində keçirilib və uğurla başa çatıb. Qeyd edək ki, pilotsuz təyyarə 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.
14-12-2022, 20:56
İmamoğlu həbsə məhkum edildi


İmamoğlu həbsə məhkum edildi

Türkiyə məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində 2 il 7 ay 15 gün həbs qərarı çıxarıb. Qərarda İstanbul merinə siyasi qadağanın qoyulması da nəzərdə tutulub. İmamoğlu Ali Seçki Komissiyasının üzvlərini təhqir etməkə ittiham olunur. Qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.
14-12-2022, 20:52
İlham Əliyevlə Ərdoğan Türkmənbaşıda görüşdü


İlham Əliyevlə Ərdoğan Türkmənbaşıda görüşdü

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulanıb. Birgə keçirilmiş hərbi təlimlərin müvəffəqiyyətlə başa çatdırıldığı qeyd olunub. Siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın bu il də uğurla davam etdirildiyi bildirilib. Görüşdə əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
14-12-2022, 20:49
Zelenskiyə mükafat təqdim edildi


Zelenskiyə mükafat təqdim edildi

Strasburq yerləşən Avropa Parlamentində 2022-ci il üçün Saxarov mükafatının təqdimat mərasimi keçirilib. Mükafatlandırma mərasimi Avropa Parlamentinin "Twitter" səhifəsində yayımlanıb. Mükafat Ukrayna xalqı adından tədbirdə iştirak edən Prezident Volodimir Zelenskiyə təqdim edilib.“Fikir azadlığına görə” İnsan Hüquqları Mükafatı 1988-ci ildə sovet fiziki və hüquq müdafiəçisi Andrey Saxarovun şərəfinə təsis edilib. 2021-ci ildə mükafat müxalifətçi Aleksey Navalnıya, 2020-ci ildə isə Belarus müxalifətinə verilib. Mükafatın pul məbləği 50.000 avrodur.
14-12-2022, 20:43
Çavuşoğlu aksiyayla bağlı Azərbaycanı dəstəklədi


Çavuşoğlu aksiyayla bağlı Azərbaycanı dəstəklədi

Laçın dəhlizinin yaradılma məqsədi bəllidir. Rusların orada sülhü qorumaq vəzifəsi var, amma digər tərəfdən də Azərbaycanın öz torpaqlarındakı sərvətlərinin qanunsuz şəkildə çıxarılıb satılması həm beynəlxalq hüquqa ziddir, həm də Azərbaycanın sərvətlərinin oğurlanması mənasına gəlir. Bu barədə bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündən sonra azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq qeyd edib. O bildirib ki, bir tərəfdən də nəzarətsiz ətraf mühit problemləri var və oraya müşahidəçi qismində gedən insanların qarşısının alınması pozuntuların nə dərəcədə şiddətli olduğunun göstəricisidir. "Rusiya tərəfi bu məsələdə Azərbaycanla əməkdaşlıq etməli, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər isə bu yoxlamaların qarşısını almamalıdır. Burada əsas vəzifə rusların üzərinə düşür, çünki Laçın dəhlizinin normal şəkildə işləməsi də onların məsuliyyətindədir. Bu məsələdə Azərbaycan hüquqi baxımından da, ədalətli olaraq qanunsuz fəaliyyətlərə qarşı çıxmaq baxımından da haqlıdır. Buna görə də biz Azərbaycanı bu haqlı mübarizədə də dəstəkləyirik", - deyə M.Çavuşoğlu bildirib
14-12-2022, 20:38
ABŞ-ın Ermənistandakı yeni səfiri


ABŞ-ın Ermənistandakı yeni səfiri

ABŞ Senatı (Konqresin Yuxarı Palatası) Kristina Kvinin Ermənistana səfir təyin olunmasını təsdiqləyib. Məlumatı Ermənistan KİV-i yayıb. Bildirilib ki, o, 2019-cu ildən ABŞ-ın Ukraynada səfir işləyib. 2016-2019-cu illərdə rəsmi Vaşinqtonun Fransadakı səfirinin iqtisadi məsələlər üzrə müavini olub. K.Kvin diplomatik xidmət ərzində ABŞ-ın Tailand, Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və Filippindəki diplomatik missiyalarında müxtəlif vəzifələrdə çalışıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!