11-12-2022, 15:01
Konqres anti-Azərbaycan düzəlişlərini qəbul etmədiABŞ Konqresinin Nümayəndələr Palatası 2023-cü maliyyə ili üçün ölkənin müdafiə büdcəsi layihəsində ermənipərəst konqresmenlərin təklif etdiyi anti-Azərbaycan düzəlişlərini qəbul etməyib. Konqresin 350 üzvü 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyətləri Aktının (NDAA) lehinə səs verib. Erməniyönlü konqresmenlər sənədin əleyhinə səs veriblər: Demokratlar Adam Sciff, Frank Palon, Cudi Çu və respublikaçı Qus Bilirakis. Demokrat konqresmenlər Robert Menendez və Aleks Padilla tərəfindən ölkənin 2023-cü maliyyə ili müdafiə büdcəsi təklifinə iki düzəliş, Jackie Speier, Frank Pallon, Adam Schiff və Tony Cardenas tərəfindən beş düzəliş təklif edilmişdi. 682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbaycana yardımını qadağan etməyi nəzərdə tuturdu.
10-12-2022, 16:40
Müdafiə nazirindən yeni tapşırıqMüdafiə naziri Zakir Həsənov Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib. Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. Nazir döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulayıb. Z.Həsənov tərəfindən xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.
10-12-2022, 16:36
Sabahın hava şəraitiDekabrın 11-nə gözlənilən hava şəraitilə bağlı proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.
10-12-2022, 16:34
Fransanın ölkəmizə qarşı təxribatı davam edirFransa Azərbaycanda separatçı elan olunmuş Qarabağdakı terrorçu dəstənin başçısı Arayik Arutyunyan və onun “nümayəndə heyəti”ni qonaq saxlamağa davam edir. Bir həftədən çoxdur ki, Fransada səfərdə olan və bu ölkənin müxtəlif rəsmi şəxslərilə görüşlər keçirən separatçılar indi də Marsel şəhərində merin qəbuluna gediblər. Yerli rəhbərliklə görüşlərdə Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirilib, 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi "ermənilərə qarşı hərbi əməliyyat" kimi qiymətləndirilib. Arayik Arutyunyan Fransa Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsindən məmnunuluğunu vurğulayıb, bunu Qarabağ separatçılarına verilən böyük dəstək adlandırıb. Marsel meri Beyna Payan əmin edib ki, Qarabağ separatçılarına humanitar yardım proqramlarının artırılmasına yönəlmiş səylər davam etdiriləcək. Separatçıların başçısı Provans-Alp-Kot d'Azur regionunun rəhbəri Renaud Muselier ilə görüşdə Azərbaycanın “Artsaxa və Ermənistana qarşı təcavüzü”nü pisləyən və “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ”nu dəstəkləyən birgə “bəyannamə” imzalayıb. Qarabağ separatçılarının Fransada təxribatlarının hələ bir nüçə gün sürəcəyi bildirilir.
10-12-2022, 16:30
Hindistanın baş naziri Putinlə görüşdən imtina etdiHindistanın baş naziri Narendra Modi Ukrayna ilə bağlı Putinlə görüşməkdən imtina edib. Bu barədə "Bloomberg" məsələdən xəbəri olan yüksək vəzifəli məmura istinadən məlumat yayıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, Modi “Ukraynada nüvə silahından istifadə ilə bağlı təhdidlərdən” sonra Putinlə görüşdən imtina edib. Mənbə qeyd edib ki, indiki mərhələdə Rusiya ilə dostluq etmək Hindistanın baş naziri üçün sərfəli olmaya bilər. Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, Putin ilin sonuna qədər Modi ilə görüşməyi planlaşdırmır. Rusiya prezidenti Vladimir Putin daha əvvəl demişdi ki, Moskva nüvə silahını müdafiə vasitəsi və cavab zərbəsi vurmaq imkanı hesab edir. O, nüvə təhlükəsinin artdığını da vurğulamışdı.
10-12-2022, 16:28
İran XİN-dən Avropaya xəbərdarlıqİranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, Tehran Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalara və müdaxiləçi ifadələrə sərt cavab verəcək. Şənbə günü iranlı nazirlə Avropa İttifaqının Xarici siyasət üzrə rəhbəri Josep Borrell arasında telefon danışığı olub. İranın baş diplomatı Twitter-də yazıb: “Telefon zəngindən sonra Josep Borrell ilə danışdım. Dedim ki, əgər ABŞ və Avropa təzyiq yolu ilə danışıqlarda rıçaq yaratdıqlarını düşünürlərsə, yanılırlar! Biz sanksiyalara və müdaxiləyə cavab veririk”. Hüseyn Əmir Abdollahianın sözlərinə görə, o, Borrelə həm də "eyni zamanda, biz yaxşı, güclü və davamlı razılaşmanın son mərhələsinə doğru gedirik" söyləyib.
10-12-2022, 16:25
İran PUA-ları ilə Ukraynaya hücum edildiDekabrın 10-na keçən gecə rus işğalçıları İranın “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri (PUA) ilə Ukraynaya hücum ediblər. 15 pilotsuz təyyarədən 10-u məhv edilib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatında deyilir. Məlumata görə, gecə saatlarında Ukraynanın cənub bölgələri hücuma məruz qalıb. Pilotsuz təyyarələrin üçdə ikisi vurulub. "Dekabrın 10-na keçən gecə rus işğalçıları İran istehsalı olan "Şahed-136/131" kamikadze pilotsuz təyyarələri ilə Ukraynanın cənubuna hücum ediblər. Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Yuğ" hava komandanlığının bölmələri düşmənin 10 pilotsuz təyyarəsini vurub. Onlar Xerson, Nikolayev və Odessa vilayətləri üzərində məhv edilib”, - rəsmi məlumatda bildirilir.
10-12-2022, 16:21
Azərbaycandan Ukraynaya yardım Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə, Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bugün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb. Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub. Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.
10-12-2022, 16:19
Müharibənin müddəti Putini narahat etmirKreml rəhbəri Vladimir Putin Rusiyanın Ukraynada apardığı müharibənin müddəti haqqında danışıb. Putin qeyd edib ki, uzun proses müharibə deyil, Ukraynadakı vəziyyətin nizamlanmasıdır. Putin müharibənin uzanmasından narahat olmadığını göstərməyə çalışıb: “Heç bir problem yoxdur. Rusiya Federasiyasının Müdafiə Nazirliyi özünü şəffaf aparır - hesabatlarda hər şey öz əksini tapıb. Bütövlükdə nizamlanma prosesinə gəlincə, bəli: bu, yəqin ki, asan olmayacaq, müəyyən vaxt aparacaq”. Bundan əvvəl Putin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələrinin görünməsini uzun proses adlandırmışdı. “Əlbəttə, bu uzun proses ola bilər”, - deyə dövlət başçısı bildirmişdi.
10-12-2022, 16:14
Messi rekordu yenilədiArgentina millisinin kapitanı Lionel Messi əfsanəvi braziliyalı futbolçu Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox qol ötürməsi vermə rekordunu yeniləyib. Messi DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bu göstəriciyə çatıb. 35-ci dəqiqədə Nahuel Molinaya qol ötürməsi verən Messi pley-offlarda 5-ci assist müəllifi olub. Buna qədər isə Pele 4 qol ötürməsi ilə rekordçu idi. 35 yaşlı hücumçu hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan geri qalır. Maradona mundiallarda 8 qol ötürməsi edib.