20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
9-12-2022, 17:19
Sabir Rüstəmxanlı: “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur...”


Sabir Rüstəmxanlı: “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur...”

İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bəri 146 dəyişiklik edilib. 4-5 ildə bu qədər dəyişiklik olarmı? Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Onun fikrincə, dəyişikliklərin çoxu rüsum və cərimələrin artırılması ilə bağlıdır. “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur. Ya cərimələr artır, ya da qiymətlər dəyişir. Anlayıram, müəyyən dəyişiklik olmalıdır. Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Qanunvericilik yaradıcılığı, qanun və onun strateji hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm”, - deputat vurğulayıb.
9-12-2022, 17:15
Kanada bu ölkələrə sanksiya tətbiq etdi


Kanada bu ölkələrə sanksiya tətbiq etdi

Kanada Rusiya, İran və Myanmaya qarşı sanksiyalar tətbiq edib. Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiyalara Ukraynaya hərbi təcavüzün əleyhinə olan rusiyalılara qarşı insan hüquqlarının sistematik pozulmasında ittiham olunan Rusiyanın 33 yüksək vəzifəli məmuru və altı təşkilatı daxil edilib. Bundan əlavə, İranda 22 nəfərə, o cümlədən məhkəmə və penitensiar sistemlərin yüksək vəzifəli şəxslərinə, hüquq-mühafizə orqanlarının və dövlət mediasının bəzi xadimlərinə, həmçinin İran İslam Respublikasının ali dini lideri Əli Xameneinin müşavirləri də daxil olmaqla, siyasi dairələrin bir sıra nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub. Sanksiyalar siyahısına Myanmanın hərbi orqanları ilə əlaqəsi olan və hərbçilərin zorakılığına şərait yaradan 12 fiziki və üç hüquqi şəxs də daxil edilib.
9-12-2022, 17:13
Aİİ-yə üzv ölkələr arasında 15 sənəd imzalandı


Aİİ-yə üzv ölkələr arasında 15 sənəd imzalandı

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti yekunlaşıb. Aİİ-yə üzv ölkələrin dövlət başçılarının toplantısının sonunda 15 sənəd imzalanıb. Kremldən verilən məlumata görə, imzalanan sənədlərlə əldə olunan razılaşmalar müxtəlif sferaları əhatə edir. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının sammitində Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri, habelə Ermənistanın baş naziri iştirak edib.
9-12-2022, 17:10
Ərdoğandan etirazçı çıxış


Ərdoğandan etirazçı çıxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizindəki adaların silahlandırılmasına etirazını bildirib. Prezident bu barədə “TRT World Forum”da çıxışı zamanı danışıb. “Biz hələ “F-16” məsələsini həll edə bilməmişik. Egey dənizində, Aralıq dənizində Yunanıstanı hesabsızca dəstəkləyərək təcavüzçü və təxribatçı cəhdlərə cəsarət verənlərə “eyvallah” demədik, deməyəcəyik. NATO-da bərabərik, amma adaları silahla doldurursunuz, təyyarələrlə doldurursunuz”, - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, 1924-cü ildə imzalanan Lozanna, eləcə də 1947-ci ildə imzalanan Paris müqavilələrinə əsasən, Yunanıstanın Egey dənizində Türkiyə sahillərinə yaxın ərazidə yerləşən adaları hərbiləşdirməsi qadağan edilib.
9-12-2022, 17:08
Qriqoryandan sülh müqaviləsiylə bağlı açıqlama


Qriqoryandan sülh müqaviləsiylə bağlı açıqlama

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında imzalanması ehtimal olunan sülh müqaviləsi ilə bağlı yeni məlumatlar açıqlayıb. Qriqoryan bu barədə Ermənistan parlamentinin iclasında danışıb. “Azərbaycanla sülh müqaviləsinin sadəcə 1 maddəsi razılaşdırılıb. Bu, Vyana Konvensiyasına uyğun olaraq, ölkələr arasında diplomatik əlaqələrin qurulması ilə bağlıdır. Başqa məsələlərdə dəqiq razılaşma yoxdur”, - deyə Qriqoryan bildirib. Onun sözlərinə görə, sülh müqaviləsinin mətni indiyə qədər 3 dəfə redaktə olunub: “Hazırda müqavilənin üzərində Ermənistan tərəfi işləyir”.
9-12-2022, 17:06
Baş nazir ərzaq bahalaşmasından danışdı


Baş nazir ərzaq bahalaşmasından danışdı

Cari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya əsasən, ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir: “Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub". Baş nazir vurğulayıb ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur: "Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bir sözlə qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22 % təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8 %)”.
9-12-2022, 17:02
Zelenski ölkə böhranından danışdı


Zelenski ölkə böhranından danışdı

“13 milyondan tondan artıq kənd təsərrüfatı məhsulunu 40-dan çox ölkəyə çatdırmışıq”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə keçirilən “TRT World Forum” tədbirinə ünvanlandığı müraciətində deyib. “Bizim cəsur əsgərlərimizin Rusiyaya ilə müharibədəki gücü, eləcə də diplomatiyamızın gücü sayəsində Qara dənizdəki üç limandan ixracatı bərpa etməyi bacardıq. Burada Türkiyə və BMT ilə birgə fəaliyyətimizlə aclıq böhranının qarşısını aldıq”, - deyə Zelenski bildirib. O, fəaliyyətin Afrika ölkələri tərəfindən hiss olunduğunu xüsusi vurğulayıb.
9-12-2022, 16:54
Ukrayna xalqı Qərbin qurbanına çevrilib - Putin


Ukrayna xalqı Qərbin qurbanına çevrilib - Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, hazırda çoxqütblü dünyanın inkişafında dəyişikliklər baş verir. Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclasının iştirakçılarına video müraciətində deyib. "Bu gün yeni kəskin çağırışlar yaranır, geosiyasi dəyişikliklər baş verir. Gözümüzün qarşısında həqiqətən çoxqütblü dünya nizamının konturları yaranır: Asiya, Afrika, Latın Amerikasında yeni inkişaf mərkəzləri formalaşır. Tarixin bu obyektiv proseslərinə müqavimət göstərmək sadəcə mümkün deyil”, - Putin qeyd edib. Rusiya prezidenti Ukrayna ilə aparılan müharibəyə də toxunub. Deyib ki, Qərb bütün vasitələrlə öz dominantlığını qorumağa çalışır, Ukrayna xalqı isə bu istəklərin qurbanına çevrilir. "Biz Ukraynada bu cür hərəkətlərin ağır nəticələrini görürük. Bir neçə ildir ki, Qərb həyasızcasına Ukraynanın resurslarını mənimsədi və istismar etdi, bu ölkəni faktiki olaraq müstəmləkəyə çevirdi. İndi də Ukraynanı silah və sursatla təmin etməklə, muzdlular göndərərək, onu intihar yoluna sövq edir”. Rusiya lideri bildirib ki, alternativ inkişaf modellərini saxlamaq üçün Qərb qeyri-qanuni sanksiyalar tətbiq edir, “rəngli inqilablar” texnologiyalarından istifadə edir və hərbi münaqişələri qızışdırır. Putin ŞƏT və MDB çərçivəsində daimi məlumat mübadiləsinin və hərbi-texniki əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib. O, həmçinin birgə sülhməramlı missiyaların müstəsna əhəmiyyətini qeyd edib.
9-12-2022, 16:50
Rusiya İran istehsalı yeni PUA-lar alıb


Rusiya İran istehsalı yeni PUA-lar alıb

Rusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) yeni partiyasını alıb. Bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. İddia olunur ki, Rusiya bir neçə yüz “Shahed-131” və “Shahed-136” pilotsuz uçan aparatlarından ibarət əvvəlki ehtiyatını tükəndirib və çox güman ki, indi əlavə PUA-lar alıb. Kəşfiyyat qeyd edir ki, 2022-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 pilotsuz uçan aparatın, o cümlədən 14 “Sahed-136”nın vurulması barədə məlumat verib.
9-12-2022, 16:46
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!