10-12-2022, 16:11
Gürcüstana hərbi yardım paketi təsdiqləndiAvropa İttifaqı Şurası Gürcüstanın müdafiə qabiliyyətini gücləndirmək üçün 20 milyon avroluq yardım paketini təsdiqləyib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Qərar Avropa Sülh Fondunun (APF) proqramı, Avropa İttifaqının ümumi müdafiə və təhlükəsizlik siyasəti çərçivəsində qəbul edilib. Yardımla əlaqədar Gürcüstana kibertəhlükəsizlik sahəsində dəstək veriləcək. Həmçinin yardım paketi hərbi tibb, hərbi mühəndislik və nəqliyyat potensialının gücləndirilməsinə yönəldiləcək.
10-12-2022, 16:09
ABŞ-dan Ukraynaya 275 milyon dollarlıq hərbi yardımABŞ Ukraynaya 275 milyon dollarlıq hərbi yardım ayırıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ prezidenti Co Bayden Ukraynaya 275 milyon dollar hərbi yardım ayrılmasına icazə verib. Hərbi yardıma nələrin daxil edildiyi açıqlanmayıb. Bir neçə gün əvvəl "Reuters" agentliyi öz mənbələrinə istinadən yazıb ki, yeni hərbi yardım paketinə pilotsuz uçuş aparatları əleyhinə mübarizə sistemləri, hava hücumundan müdafiə sistemləri, HIMARS raket qurğuları, 155 mm çaplı mərmilər və zirehli maşınlar daxil ola bilər.
10-12-2022, 16:07
ABŞ müdafiə nazirindən Rusiyayla bağlı açıqlamaRusiya nüvə arsenalını genişləndirir və modernləşdirir. Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. O, Rusiya prezidenti Vladimir Putinin dünyanı nüvə silahı ilə təhdid etdiyini bildirib. "Kreml Ukraynaya qarşı qəddar və əsassız müharibəsini davam etdirir. Bütün dünya Putinin çox məsuliyyətsiz nüvə müharibəsi ilə təhdid etdiyini görüb”, - Ostin qeyd edib.
10-12-2022, 16:03
Ölkə rəhbərlərindən İrana xəbərdarlıqƏr-Riyadda rəsmi səfərdə olan Çin lideri Si Cinpin və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz İranı dövlətlərin daxili işlərinə qarışmamağa çağırıblar. Bu barədə Saudi Press agentliyi məlumat yayıb. Bildirilib ki, iki ölkənin liderləri İranın nüvə proqramının dinc xarakter daşımasını təmin etmək üçün əməkdaşlığın gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Bundan əlavə, Ər-Riyad və Pekin Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa, “nüvə silahlarının yayılmaması rejimini qorumağa və mehriban qonşuluq və dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinə hörmətlə yanaşmağa” çağırıblar. Bəyanatda o da qeyd olunub ki, tərəflər İranın dəstəklədiyi hutsilərin sülhə gətirilməsini təmin etmək məqsədilə BMT-nin Yəmən üzrə xüsusi elçisinin fəaliyyətini və Yəmən Prezident Şurasının səylərini müdafiə etdiklərini bəyan ediblər.
9-12-2022, 18:00
İranda qardaşlar eyni vaxtda edam edildiİranın Sistan-Bəlucistan əyalətində Ömər, Nasir və Nuşirəvan adlı üç qardaş eyni vaxtda edam edilib. İran hakimiyətindən narazı etnik bəluclar ölkənin bayrağı rəngində parçanın üzərinə “Ədalət, Azadlıq, ərəb, kürd, bəluç, türk, azəri, bəxtiyari, fars, bir olaq, bir olaq!” şüarı yazaraq rejimdən narazılıqlarını bildiriblər.
9-12-2022, 17:42
İranda qardaşlar eyni vaxtda edam edildiİranın Sistan-Bəlucistan əyalətində Ömər, Nasir və Nuşirəvan adlı üç qardaş eyni vaxtda edam edilib. İran hakimiyətindən narazı etnik bəluclar ölkənin bayrağı rəngində parçanın üzərinə “Ədalət, Azadlıq, ərəb, kürd, bəluç, türk, azəri, bəxtiyari, fars, bir olaq, bir olaq!” şüarı yazaraq rejimdən narazılıqlarını bildiriblər.
9-12-2022, 17:36
Xameneinin bacısı qızı həbs cəzasına məhkum edildiİranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunub. İranın hakim rejiminə qarşı çıxaran Fəridə Muradxani 15 il müddətinə həbs cəzasına məhkum edilib. Onun vəkili Məhəmməd Hüseyn Ağassi məlumatı təsdiqləyib. Bildirib ki, məhkəmə Fəridə Muradxanini ruhani olmamaqda ittiham edib. Xatırladaq ki, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də saxlanılıb. Onun mətbuata açıqlamalarında hakimiyyət əleyhinə sərt fikirlər səsləndirməsi, molla rejimini tənqid etməsi xüsusilə diqqət çəkib.
9-12-2022, 17:33
Yanvar ayının qeyri-iş günləri açıqlandıGələn ay Azərbaycanda 5 gün iş olmayacaq. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Bununla da yanvar ayında ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq hüzn günü olduğundan həmin gün qeyri-iş günüdür. Beləliklə, yanvar ayında, ümumilikdə 5 gün iş olmayacaq.
9-12-2022, 17:30
UEFA-dan Azərbaycan klublarına dəstəkUEFA Azərbaycanın dörd klubuna ödəniş edib.
Butov.az-ın məlumatına görə, bu, 2021/2022 mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edənlərə şamil olunub. "Şamaxı" və "Sumqayıt"a 25 000, "Neftçi"yə 79 000, "Qarabağ"a isə 17 000 avro ödənilib. Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
9-12-2022, 17:22
Zelenski: “Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Zelenski Türkiyədə keçirilən “TRT World Forum” tədbirinin iştirakçılarına video müraciəti zamanı Türkiyənin Ukrayna məsələsindəki rolunu yüksək qiymətləndirib. O, Ukrayna və Rusiya arasında əsirlərin qarşılıqlı dəyişdirilməsinə kömək etdiyinə görə Ərdoğana minnətdar olduqlarını söyləyib. “Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”, - Zelenski deyib.