Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
19-01-2023, 22:16
Avropa İttifaqından 20 yanvarla bağlı başsağlığı mesajı


Avropa İttifaqından 20 yanvarla bağlı başsağlığı mesajı

“Avropa İttifaqı (Aİ) sülhdolu, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır”. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko twitterdə yazıb. O, Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin məzarını ziyarət etdiyini bildirib. “Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - o vurğulayıb.
19-01-2023, 22:12
İlham Əliyev Monteneqronun baş naziri ilə görüşdü


İlham Əliyev Monteneqronun baş naziri ilə görüşdü

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq münasibətlərinin olduğu qeyd edilib. Ölkələrimiz arasında turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Dövlət başçısı Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumat verib, Ermənistanın müxtəlif yalan məlumatlar əsasında bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı təbliğat apardığını qeyd edib. Prezident İlham Əliyev həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolundakı vəziyyət barədə də Monteneqro Baş nazirinə məlumat verib. Dritan Abazoviç qeyd edib ki, Monteneqro hər zaman Azərbaycanı dost ölkə hesab edir. Baş nazir Monteneqronun Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
19-01-2023, 17:09
Aşkarlanan məxfi sənədlər Baydenin reytinqinə təsir edib


Aşkarlanan məxfi sənədlər Baydenin reytinqinə təsir edib

“Reuters” Agentliyi ABŞ prezidenti Co Baydenin buhəftəki reytinqi ilə bağlı sorğu keçirib. Sorğunun nəticəsi C.Baydenin ictimaiyyət arasındakı reytinqinin 40%-ə düşdüyünü göstərib. 13-15 yanvar tarixlərində keçirilən sorğuda 1035 nəfər iştirak edib. Agentliyin məlumatına görə, bu, ABŞ prezidentinin evində onun vitse-prezident olduğu dövrə (2008-2016) aid məxfi sənədlərin aşkarlanması ilə bağlıdır. CNN mənbələri bildiriblər ki, sənədlərdə Ukrayna, İran və Böyük Britaniya ilə bağlı kəşfiyyat məlumatları var.
19-01-2023, 17:05
20 Yanvar zamanı dənizçilərin şücaətinə həsr olunan filmin təqdimatı keçirildi


20 Yanvar zamanı dənizçilərin şücaətinə həsr olunan filmin təqdimatı keçirildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 20 Yanvar faciəsi zamanı dənizçilərin göstərdiyi şücaət və birliyə həsr olunmuş “20 yanvarda doğulanlar” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib. Mərasim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin rəhbəri, millət vəkilləri, veteran dənizçilər, kino xadimləri və media nümayəndələrinin iştirakı ilə baş tutub. ASCO-nun sədri Rauf Vəliyev çıxış edərək 1990-cı ildə SSRİ ordusunun Bakıda törətdiyi cinayətlərin yalnız Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı olduğunu bildirib. O, qeyd edib ki, o dövrdə nəinki hadisələrə siyasi qiymət verilməyib, əksinə, səbəbkarlar və günahkarların adları belə xalqa açıqlanmayıb. Yalnız Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. ASCO-nun sədri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun sayəsində həm 20 Yanvar, həm də Qarabağ müharibəsi Şəhidlərinin qisası alınıb: “44 günlük Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə başa çatdı, torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyuldu, 30 illik həsrət bitdi və biz doğma yurd yerlərimizə qovuşduq. Bu Zəfərlə biz sonsuz qürur yaşadıq, ən əsası isə Şəhidlərimizin qisası alınmış oldu”. 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu deyən R.Vəliyev həmin günlərdə dənizçilərin böyük fədakarlıq nümayiş etdirdiyini bildirib: “Hadisələrdən 30 ildən çox vaxt keçsə də, hələ də dənizçilərin qəhrəmanlığından danışılır. Məhz, təqdimatına toplaşdığımız “20 yanvarda doğulanlar” bədii-sənədli film faciəni ilk dünya ictimaiyyətinə çatdıran, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan dənizçilərimizə həsr olunub. Bədii-sənədli filmin məqsədi 20 Yanvarda dənizdə yaşanan hadisələri, dənizçilərin göstərdiyi qəhrəmanlıqları geniş auditoriyaya çatdırmaq, bu tarixi gələcək nəslə doğru-düzgün ötürməkdir”. Sədr çıxışının sonunda ekran işinin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən yaradıcı heyətə təşəkkürünü bildirib. Sonra 20 Yanvar hadisələrinin canlı şahidi, veteran dənizçi Ağalar İbrahimov həmkarlarının şücaətindən iftixarla danışıb. O, bildirib ki, 20 Yanvar hadisələri zamanı xalqımızla həmrəy olan dənizçilərin göstərdiyi qəhrəmanlıqlar daim yüksək qiymətləndirilib. O, ASCO-nun təşəbbüsü ilə çəkilən bədii-sənədli filmin buna bariz nümunə olduğunu deyib və filmin çəkilməsində rolu olan hər kəsə minnətdarlığını bildirib. Ekran işinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov filmin istehsalat prosesindən danışıb, bildirib ki, ssenari tarixi araşdırmalar nəticəsində üzə çıxan arxiv sənədlər, şahidlərin və ekspertlərin söylədiyi faktlar əsasında hazırlanıb, filmin ssenarisinin yazılmasına, çəkilişlərinə ölkəmizlə yanaşı, xaricdən dəvət olunmuş görkəmli kino işçiləri cəlb edilib. E.Cəfərov 20 Yanvar hadisələrinə işıq salmaq, tariximizi qorumaq, dənizçilərin qəhrəmanlıqlarını gələcək nəslə çatdırmaq məqsədilə çəkilən filmə dəstək göstərdiyi üçün ASCO rəhbərliyinə təşəkkürünü bildirib. Çıxışlardan sonra “20 yanvarda doğulanlar” bədii- sənədli film nümayiş edilib. Təqdimat mərasimindən sonra qonaqlar 20 Yanvar hadisələrini özündə əks etdirən nadir fotolardan ibarət sərgiylə tanış olublar.
19-01-2023, 16:52
Əmin deyiləm ki, bəzən televiziyalarda görünən şəxs Putindir - Zelenski


Əmin deyiləm ki, bəzən televiziyalarda görünən şəxs Putindir - Zelenski

Prezident Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin sağ olduğuna əmin deyil. Ukrayna prezidenti bu gün Davosda keçirilən səhər toplantısında deyib ki, o, kiminlə, nə haqda danışacağını tam başa düşmür. "... Mən əmin deyiləm ki, hərdən televiziyalarda görünən şəxs Rusiya prezidentidir... Mən bunu tam başa düşə bilmirəm ki, o, sağdır və qərar verir, ya da kim qərar verirsə, bu hansı dairədir”, - Zelenski bildirib. Ukrayna rəhbəri belə bir məlumata malik olmadığını vurğulayıb. "... Mən başa düşə bilmirəm ki, necə ola bilər ki, sən Avropa liderlərinə bir şey vəd edəsən, ertəsi gün isə bir dövlətə qarşı genişmiqyaslı işğal hücumuna başlayasan? Mən sadəcə, kiminlə məşğul olduğumuzu başa düşə bilmirəm..." , - deyə prezident vurğulayıb. Qeyd edək ki, yanvarın 16-da Davosda 2023-cü il Dünya İqtisadi Forumu açılıb, toplantı ayın 20-dək davam edəcək. Tədbirdə Rusiya nümayəndə heyəti yoxdur.
19-01-2023, 16:44
Təqaüd qaydalarına qəzəblənən fransalı işçilər küçələrə axışdı


Təqaüd qaydalarına qəzəblənən fransalı işçilər küçələrə axışdı

Fransada təqaüd qaydalarına təklif edilən dəyişikliklərdən qəzəblənən fransalı işçilər küçələrə axışıb. Etirazçılar sürət qatarlarının hərəkətini və elektrik təchizatını dayandırıblar. Bu gün Fransada ümumilikdə 200-dən çox mitinqin təşkili gözlənilir. Eləcə də, Parisdə bütün Fransa həmkarlar ittifaqlarının iştirak edəcəyi böyük mitinq keçiriləcək. Qeyd edək ki, Emmanuel Makron hökumətinin islahat adlandırdığı dəyişikliklərə əsasən fransız işçiləri pensiya almaq üçün daha 2 il əlavə işləməli olacaqlar. Bununla pensiya yaşı 62-dən 64-ə yüksələcək. Sorğular göstərir ki, fransızların əksəriyyəti islahatın qəti əleyhinədir.
19-01-2023, 16:36
İsrail XİN nümayəndələri Şəhidlər xiyabanını ziyarət etdi


İsrail XİN nümayəndələri Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycanda səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nounun rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik twitter hesabında yazıb. “Qara Yanvarı anmaq üçün Bakıdakı Şəhidlər xiyabanını ziyarət etdik”, - diplomat bildirib.

19-01-2023, 16:20
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Yanvarın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
19-01-2023, 16:17
20 Yanvar əlillərinə və ailələrinə ayrılan məbləğ açıqlandı


20 Yanvar əlillərinə və ailələrinə ayrılan məbləğ açıqlandı

1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin, hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, “20 Yanvar şəhidi” fəxri adı təsis olunub, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosial təminatla əhatə olunması üçün mühüm tədbirlərə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 139 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. Onlara yönələn sosial ödənişlərinin davamlı olaraq artırılması təmin edilir. 2023-cü ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində də Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidinin ailəsi üçün 600 manata çatdırılıb ki, bu da son beş ildə həmin təqaüdün məbləğinin 2,5 dəfə artdığını göstərir. Eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü bu ilin əvvəlindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq bu ilin 1 yanvarından 100 manat müəyyən olunub. Beləliklə, son beş ildə Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə həmin dövrdə 3 dəfədən çox artıb. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin pensiyalarının orta aylıq məbləği də son üç ildə 80 faiz artıb. Həmin şəxslərin reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailə üzvlərindən yaşa görə əmək pensiyası təyin olunanların pensiyası üzərinə əlavə də hesablanıb. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.
19-01-2023, 16:06
Rusiyada ABŞ vətəndaşına qarşı cinayət işi açıldı


Rusiyada ABŞ vətəndaşına qarşı cinayət işi açıldı

Rusiyada ABŞ vətəndaşına qarşı cinayət işi açılıb. Bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. “Federal Təhlükəsizlik Xidməti ABŞ vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (“Casusluq”) ilə cinayət işi açıb”, - məlumatda deyilir. Məlumata görə, o, Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş bioloji mövzular üzrə kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinir. Federal Təhlükəsizlik Xidməti hadisə ilə bağlı detalları açıqlamayıb. Qeyd olunub ki, ABŞ vətəndaşını 20 ilə qədər həbs gözləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!