22-03-2023, 21:57
İordaniya deputatlarından təklif: İsrail səfiri ölkədən qovulsunİordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib. Deputatlar İordaniya hökumətinə İsrail səfirini qovmağı tövsiyə ediblər. Qərarın qəbul edilməsinə səbəb İsrail maliyyə naziri Bezalel Smotriçin çıxışı zamanı nümayiş olunan İsrail xəritəsi olub. Xəritədə İordaniya və Fələstinin əraziləri İsrailin ərazisini kimi göstərilib. Bundan əvvəl İsrail səfiri İordaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
22-03-2023, 21:48
Rus ordusu Ukraynanın 11 bölgəsini atəşə tutduRusiya ordusu son sutka ərzində Ukraynanın 11 bölgəsini atəşə tutub. Bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb. Ruslar Ukrayna ərazisinə minaatan, tank, artilleriya, “Qrad” və “Smerç”, “S-300” hava hücumundan müdafiə sistemi ilə zərbələr endirib. Hücumda raket sistemləri və İran pilotsuz uçuş aparatlarından da istifadə edilib. Ümumilikdə 121 yaşayış məntəqəsi atəşə tutulub, 42 infrastruktur obyektinə ziyan dəyib. İlkin məlumatlara görə, zərbələr nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb. Rusiyanın Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində Kiyev vilayətində 4 nəfər ölüb. Vilayətin Milli Polis İdarəsinin rəisi Andrey Nebitovun sözlərinə görə, atılan raketlərdən biri beşmərtəbəli yataqxana binasına düşüb.
22-03-2023, 21:46
Rusiyanın Kiyevə PUA-larla hücumu 4 nəfərin ölümünə səbəb olduRusiya qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyevə PUA hücumu nəticəsində həyatını itirənlərin sayı 4 nəfərə çatıb. Bu barədə "Ukrinform" məlumat yayıb.
22-03-2023, 21:42
Sabahın hava proqnozuAzərbaycanda martın 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
22-03-2023, 21:40
HDP prezident seçkilərində namizədlik irəli sürməyəcəkTürkiyənin Xalqların Demokratik Partiyası (HDP) 14 mayda keçiriləcək prezident seçkilərində namizəd irəli sürməyəcək. Bunu partiyanın həmsədri Pervin Buldan açıqlayıb. Qeyd edək ki, HDP eyni tarixdə keçiriləcək parlament seçkilərinə qatılacaq "Əmək və Azadlıq İttifaqı"nın üzvüdür. Bu siyasi ittifaq da prezidentliyə namizəd çıxarmayacağını elan edib.
22-03-2023, 21:02
Çin ABŞ-a çağırış dolu mesaj göndərdi"Çin ABŞ-ı Ukrayna münaqişəsindəki roluna yenidən baxmağa və Pekini ittiham etməyi dayandırmağa çağırır". Bu, Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, Çinin Ukrayna məsələsində heç bir "eqoist məqsədləri" yoxdur. "Biz heç vaxt baş verənləri əli-qolu bağlı vəziyyətdə izləməmişik, amma vəziyyəti daha da gərginləşdirməyə də getməmişik və təkcə öz mənfəətimizi güdməmişik", - deyə Çin XİN-in açıqlamasında vurğulanıb.
22-03-2023, 20:59
Rusiya XİN müavinindən ABŞ-la bağlı açıqlama"ABŞ konqresmenləri kasetli sursatların Kiyevə çatdırılmasının təhlükəsindən bixəbərdirlər. ABŞ Kiyevi təchiz etmək üçün getdikcə ölümcül sistemləri nəzərdən keçirir. Moskva Vaşinqtonu eskalasiya yolu ilə getməməyə çağırır. Vaşinqton Ukrayna münaqişəsində iştirak edən tərəf statusunu bir daha ortaya qoyur". Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. "Rusiya Federasiyası və Çin liderləri ABŞ-ı deeskalasiya yolu ilə getməyə çağırırlar, lakin bunun əksi baş verir. Vaşinqton Qara dənizdə vurulan PUA məsələsində olduğu kimi, Rusiyanın əks tədbirlərinə qarşı çıxır. Rusiya Federasiyasının təhlükəsizliyi bütün mümkün vasitələrlə təmin ediləcək, heç bir ABŞ PUA-sı bu qətiyyəti sarsıda bilməyəcək".
21-03-2023, 23:56
Yaponiyadan Ukraynaya 30 milyon dollarlıq yardımYaponiya Ukraynaya müdafiə silahlarının alınması üçün 30 milyon dollar verəcək. Bu barədə Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib. Kişidanın sözlərinə görə, Yaponiya, həmçinin Ukraynanın enerji və digər sektorları üçün 470 milyon dollarlıq yeni qrant yardımı ayıracaq. Xatırladaq ki, martın 21-də Yaponiyanın baş naziri Fumio Kişida Ukraynaya səfər edib.
21-03-2023, 23:54
Ukrayna məsələsində sülh tərəfdarıyıq - Çin lideriÇin lideri Si Cinpin ölkəsinin Ukrayna məsələsində
sülh və dialoqun tərəfdarı olduğunu bildirib. Bu barədə o, Rusiya prezidenti Vladimir Putinlə mətbuat konfransı zamanı danışıb. O qeyd edib ki, keçən ay Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi dərc olunub. "Vurğulamaq istərdim ki, bu nizamlanmada biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini davamlı şəkildə rəhbər tutur, obyektiv və qərəzsiz mövqe tutur, barışığı fəal şəkildə təşviq edir. Bizim mövqeyimiz məsələnin mahiyyətinə və həqiqətə əsaslanır. Biz həmişə sülh və dialoqun tərəfdarıyıq”, - deyə Si vurğulayıb.
21-03-2023, 23:50
Çinin sülh planı Rusiyanın yanaşmalarıyla üst-üstə düşürÇinin sülh planı Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün əsas götürülə bilər. Bu barədə Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, Çinin irəli sürdüyü sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə üst-üstə düşür: "Qərb və Kiyev buna hazır olsa, sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər. Lakin indiyədək biz onların buna hazır olmasını müşahidə etməmişik”. Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Çinin təqdim etdiyi 12 maddəlik plan “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.