Zelenskidən səfərbərliklə bağlı YENİ QƏRAR .....                        Pensiyaların neçə faiz artırılacağı AÇIQLANDI .....                        Xamənei üç mindən çox məhbusu sevindirdi .....                        Gürcüstan parlamenti Saakaşvili ilə bağlı komissiya yaratdı .....                        Bu kanalların yayımı dayandırıldı .....                        Metroda qatarın kamerasından su axdı - RƏSMİ .....                        İlham Əliyev naziri vəzifəsindən azad etdi: Yeni TƏYİNAT .....                        Müəllimlərin sertifikasiyası hələ də gecikir: suallara düzəlişlər edilir .....                        Elektron reseptin tətbiqinə başlanılır .....                       
21-03-2023, 23:45
Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır


Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır

Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Belə ki, Azərbaycan son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
21-03-2023, 23:42
İlham Əliyev ABŞ-ın dövlət katibi ilə telefon danışığı aparıb


İlham Əliyev ABŞ-ın dövlət katibi ilə telefon danışığı aparıb

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır. Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb. Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Dövlətimizin başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir. Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək. Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.
21-03-2023, 23:39
Laçın-Xankəndi yolunda bayram konserti qeyd edilib


Laçın-Xankəndi yolunda bayram konserti qeyd edilib

Laçın-Xankəndi yolunda ekoaksiyanın iştirakçıları üçün bayram konserti keçirilir. Konsertdə tanınmış müğənnilər səhnə alıblar. Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında quraşdırılan səhnədə müğənni Hissin ifasında onun repertuarından olan mahnılar səsləndirilib. Daha sonra Azərbaycanın Xalq artisti Röya Ayxan, Nuri Serinlendirici və Jane Shirokih çıxış ediblər. Onların ifaları aksiya iştirakçılarında və səhnə ətrafındakı insanlarda bayram əhvali-ruhiyyəsi yaradıb.






21-03-2023, 19:09
“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir


“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə “Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları haqqında məlumatlılığını təmin etmək, böyük qayıdış prosesində gənclərin rolunu daha da artırmaq, habelə dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyət arasında təbliğində fəal iştirak etməkdir.
Layihə çərçivəsində bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gənclər üçün məlumatlandırma sessiyalarının keçirilməsi nəzərdə tutulur. Sessiya müddətində iştirakçılar “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti və ölkəmizdə tədbiq olunan “Ağıllı kənd” konsepsiyası ilə yaxından tanış olaraq bu sahədə yeni biliklər əldə edəcəklər.
Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. “Ağıllı Qarabağı tanıyaq” layihəsində iştirak etmək istəyən 16-29 yaş aralığında, məsuliyyətli və təşəbbüskar gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/smartkarabakh
21-03-2023, 17:13
Ərdoğanın prezidentliyə namizədliyiylə bağlı rəsmi müraciət edildi


Ərdoğanın prezidentliyə namizədliyiylə bağlı rəsmi müraciət edildi

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) nümayəndələri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Komissiyasına müraciət edib. Ərdoğanın prezidentliyə namizədliyi üçün müraciəti AKP-dən parlament fraksiyasının rəhbəri İsmət Yılmaz, partiyanın sədr müavini Əli İhsan Yavuz, MHP-dən isə parlament fraksiyası rəhbərinin müavini Erkan Akçay və MHP sədrinin müavini Feti Yıldız təqdim ediblər. Qeyd edək ki, 16 martda hər iki partiyanın parlament fraksiyası Ərdoğanın namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etmişdi.
21-03-2023, 17:10
Zelenski bu şəxsi təhsil naziri təyin etdi


Zelenski bu şəxsi təhsil naziri təyin etdi

Oksen Lisoviy Ukraynanın yeni təhsil və elm naziri təyin edilib. Bu barədə ölkə prezidenti Volodimir Zelenski müvafiq qərar imzalayıb. Bundan əvvəl o, Elmlər Akademiyasının direktoru və hərbçi kimi fəaliyyət göstərib.

21-03-2023, 17:05
Çin lideri Putini Pekinə dəvət etdi


Çin lideri Putini Pekinə dəvət etdi

Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Pekinə səfərə dəvət edib. Bu barədə Cinpin Rusiya Baş naziri Mixail Mişustinlə görüşündə bildirib. O, Putini bu il Çinə dəvət etdiyini söyləyib. Qeyd edək ki, Moskvada səfərdə olan Çin lideri ötən gün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
21-03-2023, 17:03
Abdullahiandan Novruz mesajı - Nizamini “İran şairi” kimi təqdim etdi


Abdullahiandan Novruz mesajı - Nizamini “İran şairi” kimi təqdim etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Novruz bayramı münasibətilə təbrik mesajı yayımlayıb. Nazirin twitter səhifəsində paylaşılan təbrikdə növbəti dəfə Nizami Gəncəvi "İran şairi" kimi təqdim olunub. "Novruz ümid müjdəsi və qələbə anıdır. İran şairi Nizaminin təbirincə desək, yaz fəslində ağacların çiçəklənməsindən öyrənirik ki: "Gəlin, bir seçim edək və ağacda bahar çiçəklənənə qədər çox çalışaq". Yaxşı günlər qabaqdadır. 1402-ci ildə Novruz bayramınız mübarək. Ən xoş arzularla", - deyə Abdullahian yazıb. Qeyd edək ki, bundan əvvəl İran XİN-in sözçüsü Nasir Kənani də oxşar iddia ilə çıxış etmişdi. Azərbaycanlı nizamişünas alim Əzizağa Nəcəfov isə rəsmi Tehranın bu iddialarına cavab vermiş və yalan adlandırmışdı: "Nizami fars olmayıb, bunu faktlar təsdiqləyir".

21-03-2023, 16:32
Qaribaşvili azərbaycanlıları Novruz münasibətilə təbrik etdi


Qaribaşvili azərbaycanlıları Novruz münasibətilə təbrik etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu ölkədə kompakt yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. O, Marneuliyə səfəri zamanı bu barədə danışıb. "Hər kəsi bu gün münasibətilə təbrik edir, sülh, firavanlıq, daha çox bərəkət, sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş və ziyalı insanlara böyük hörmət və məhəbbətimi bəyan edirəm", - deyə Gürcüstan baş naziri vurğulayıb.
21-03-2023, 16:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidməti qarşıdakı günlərdə bölgələrdə gözlənilən hava şəraitini açıqlayıb. Xidmətdən bildirilib ki, Qəbələ rayonunda bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-19° isti olacaq. Şahdağda havanın arabir az yağıntılı olacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.İsmayıllı rayonunda arabir az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 15-18° isti olacaq. Lənkəran rayonunda arabir yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Şəki rayonunda arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-19° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!