16-03-2023, 14:19
Türk dövlətlərinin XİN başçıları Ankarada toplandıTürk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. İclas TDT-nin “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək fövqəladə zirvə toplantısı çərçivəsində təşkil olunub. İclası Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu açıq elan edib. O, Türkiyədə zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.
16-03-2023, 14:14
Suriya işğal olunmuş Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıdıSuriya işğal olunan Ukrayna torpaqlarını Rusiya ərazisi kimi tanıyıb. Bunu Suriya prezidenti Bəşər Əsəd açıqlayıb. "Rəsmi Dəməşq Rusiyanı yeni sərhədinlərdə tanıyır", - deyə o bildirib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
15-03-2023, 23:53
İlham Əliyev türkiyəli həmkarıyla sülh müqaviləsini müzakirə etdiAzərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Ankarada Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıblar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezidentlər görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını da müzakirə ediblər.
15-03-2023, 23:51
Ərdoğan ölkəmizin qardaşlıq dəstəyini minnətdarlıqla xatırlayıbTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən dərhal sonra Azərbaycanın həmrəyliyini minnətdarlıqla xatırlayıb. Türkiyə lideri bunu Ankarada keçirilən ikitərəfli görüşdə bildirib. Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırlayıb. Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd edib.
15-03-2023, 23:47
Prezident Ərdoğanla görüşdüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyənin dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirib. Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb. Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırlayıb. Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd edib. Zəlzələ ilə bağlı bir daha başsağlığını çatdıran Prezident İlham Əliyev təbii fəlakətin Azərbaycan xalqını dərindən sarsıtdığını deyib. Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub. Həmçinin söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
15-03-2023, 23:44
Ərdoğanın namizədliyi üçün imza toplanılmağa başlanılıbTürkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sabah qapalı iclas keçirəcək. İclas zamanı Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə bağlı qərar veriləcək. Bildirilir ki, partiya artıq Ərdoğanın prezidentliyə namizədliyi üçün deputatlardan imza toplamağa başlayıb. MHP-nin də Ərdoğan üçün imza toplayacağı və qrup qərarı verəcəyi gözlənilir. Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
15-03-2023, 23:39
Finlandiyanın NATO-ya daxil olmasıyla bağlı qərar bu tarixdə açıqlanacaqTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 17-də Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Ankaranın mövqeyi barədə məlumat verəcək. Bu barədə Finlandiya prezidenti Sauli Niinistö bildirib. Onun sözlərinə görə, Türkiyə Finlandiyanın Alyansa üzvlüyünü təsdiqləməyə hazırdır. Qeyd edək ki, martın 17-də Finlandiya prezidenti İstanbulda Türkiyə prezidenti ilə görüşəcək. Niinistö deyib ki, Türkiyə Finlandiyanın NATO üzvlüyünü ratifikasiya etməyə hazırlaşır. Məlumata əsasən, Türkiyə rəsmiləri Ankaranın qərarını elan etmək üçün Finlandiya Prezidentinin İstanbulda olmasını tələb edib.
15-03-2023, 23:36
İlham Əliyev Türkiyəyə səfərə gedibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.
15-03-2023, 23:28
“Qarabağ” klubu liderliyini qoruyub saxlayırAzərbaycan Premyer Liqasında XXVII tur çərçivəsində "Qarabağ" klubu "Sumqayıt"ın qonağı olub. Matç "Kapital Bank Arena"da keçirilib. Oyun Ağdam klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xallarını 71-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 21 xalı olan "Sumqayıt" isə 7-ci pillədə qalıb.
15-03-2023, 23:25
Rusiyanın müdafiə naziri suriyalı həmkarı ilə görüşübRusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada suriyalı həmkarı Mahmud Abbasla görüşüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Şoyqu Suriyanın beynəlxalq terrorçulardan azad edilməsi istiqamətində görülən işlərdən danışıb. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlıq da müzakirə edilib.