13-03-2023, 23:36
Rusiya taxıl sazişinin uzadılmasına bu müddətlə razıdırRusiya Ukrayna ilə taxıl sazişinin imzalanmasının əleyhinə deyil, ancaq Moskva müqavilənin cəmi 60 gün uzadılmasını istəyir. Bunu Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. Onun sözlərinə görə, Rusiya sövdələşmədən təkcə Ukraynanın deyil, Rusiyanın da qazanc əldə etməsini arzulayır. Nazir müavini bildirib ki, sövdələşmə müddətinin uzadılması onun “sözdə deyil, əməldə” necə həyata keçiriləcəyindən asılıdır. Verşinin əlavə edib ki, Rusiya Tolyatti-Odessa ammonyak boru kəmərinin yenidən açılmasını və kənd təsərrüfatı məhsullarının ixracının “normallaşdırılmasını” istəyir. Məlumat üçün bildirək ki, taxıl müqaviləsi 2022-ci ilin iyununda bağlanıb və noyabrda müddəti uzadılıb. Ukrayna martın 18-də başa çatacaq müqavilənin daha bir il uzadılmasını təklif edib.
13-03-2023, 23:34
İlham Əliyev alman şirkət rəhbərləriylə görüşübMartın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Dövlətimizin başçısı görüşdə çıxış edib. Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
13-03-2023, 23:30
Qəbələdə baş qaldıran meşə yanğını söndürüldüFövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yanğın nəticəsində 2 hektar sahədə qurumuş ağaclar, kötük, kol-kos və xəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.
13-03-2023, 23:28
Rusiyada meşə sahələri azaldılaraq müdafiə sistemləri quraşdırılırMoskvanın bir sıra bölgələrində hava hücumundan müdafiə sistemlərinin quraşdırılması üçün meşələr qırılıb. Bu barədə "The Insider" nəşri yazıb. Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri yaşayış binalarının arasında yerləşdirilə bilər. Nəşrin məlumatına görə, Rusiyanın paytaxtında meşələrin qırılması bir neçə yerdə həyata keçirilib. Xüsusilə, Tymiryaz Akademiyasının tarlalarına hərbi texnika yerləşdirilib. Ərazidə zenit-raket komplekslərinin quraşdırıldığı deyilir.
13-03-2023, 23:24
Təşəbbüs birbaşa Moskvadan sifariş olunub - SaakaşviliGürcüstanda "xarici agentlər haqqında" qanun layihəsi Moskvanın göstərişi ilə irəli sürülüb. Bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib. “Mən 100 faiz əminəm ki, təşəbbüs birbaşa Moskvadan sifariş olunub... Aydındır ki, bütün bunları Kremlin PR mütəxəssisləri təşkil edib”, - Saakaşvili deyib. Onun fikrincə, bu qanun qəbul edilsəydi, Gürcüstan Avropa İttifaqı və NATO-nu itirə bilərdi. Saakaşvili Gürcüstandakı etiraz aksiyalarının iştirakçılarını yüksək qiymətləndirib. "Etiraz aksiyası Rusiyanın sərt gücünün xalqın iradəsini boğmağa qadir olmadığını göstərdi", - o bildirib. Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Etirazlardan sonra hakim partiya qanun layihəsini geri götürdüyünü elan edib. Daha sonra Gürcüstan parlamentində qanun layihəsi ikinci oxunuşda rədd edilib.
13-03-2023, 16:54
Qəbələdə meşə sahəsində yanğın baş verdiBu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, ilkin ehtimala görə yanğın sözügedən kənddə vətəndaşın bağ sahəsində xəzəllərin yandırılması nəticəsində başlayıb, sonradan meşə ərazisinə keçib. O qeyd edib ki, hazırda nazirliyin yerli qurumları, FHN -in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.
13-03-2023, 15:05
Səudiyyə Ərəbistanında İsrail rəsmilərinə giriş vizası verilmədiBMT-nin Dünya Turizm Təşkilatı konfransına ev sahibliyi edən Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə giriş vizası verməyib. Bununla bağlı "Bloomberg" nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində Dünya Turizm Təşkilatının 18 ölkədə 32 turistik kəndi əhatə edən iki günlük konfransı keçirilir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr yoxdur. Səudiyyə Ərəbistanı ilə İran arasında 7 illik fasilədən sonra martın 10-da diplomatik münasibətlərin bərpasına dair razılaşmanın İsraillə Səudiyyə Ərəbistanı arasında “normallaşma imkanlarına” mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.
13-03-2023, 15:00
Putin Paşinyanla telefon danışığı aparıbRusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli danışıqların icrası, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar və sülh müqaviləsinin hazırlanması müzakirə edilib. Putin bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini vurğulayıb.
13-03-2023, 14:58
Suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır - AzərsuBakıətrafı qəsəbələrə suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır. Bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov deyib. “Bizim su ehtiyatlarımız adətən mart-aprel aylarında qarların əriməsi ilə arta bilir. Normal su ehtiyatı olarsa, qrafikdə yumşaq rejimə keçilə bilər. Suyun sərt qrafik rejimində verilməsi təkcə Kür çayının suyunun azalması ilə bağlı deyil. Kürdən Bakıya gündəlik 900 litr su gəlir. Biz digər mənbələr hesabına - Oğuz-Qəbələ, Ceyranbatan və Şollar kəmərləri vasitəsilə Abşeron yarımadasını su ilə təmin edirik. Dünyanın bütün ölkələrində belə hallarda sərt rejimə keçirilir. Bu, fəaliyyətə deyil, təbiətə bağlı məsələdir”, - qurum rəsmisi bildirib. E.Məmmədov qeyd edib ki, qrafikin saatları sakinləri qane etmirsə, o zaman onun dəyişdirilməsinə baxıla bilər.
13-03-2023, 14:55
Ali təhsildə dövlət imtahanının ləğvi yeni məsələ deyil - NazirAli təhsil müəssisələrində dövlət imtahanının ləğvi yeni məsələ deyil. Bunu açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir xatırladıb ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. "Yeni təhsil standartına görə, gələn il imtahan olmayacaq. Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər", - deyə nazir vurğulayıb.