13-03-2023, 14:52
Sabahın hava proqnozuSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-8° isti, gündüz 11°-dək isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin 14-də gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə ara bir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə ara bir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
13-03-2023, 14:50
Nazir distant təhsillə bağlı açıqlama verdiBirdən-birə distant təhsilə keçmək narazılığa səbəb ola bilər. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib. Nazir qeyd edib ki, keyfiyyət cəhətdən distant təhsilə keçmək ciddi problemlər yarada bilər. “İşə qəbulda görürük ki, pedoqoji diplom almış məzun bizim müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik? Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməyilik", - deyə E.Əmrullayev vurğulayıb.
13-03-2023, 14:48
Türkiyədə seçkilərin başlanacağı tarix məlum olduTürkiyədə seçki prosesinin başlanacağı tarix məlum olub. Bu barədə ölkənin Ali Seçki Komissiyasının sədri Ahmet Yener açıqlama verib. Onun sözlərinə görə, prosesə 18 martdan start veriləcək: "Seçki təqviminin başlanğıc tarixi 18 mart 2023-cü il tarixidir". Qeyd edək ki, seçki 14 mayda keçiriləcək.
13-03-2023, 14:45
TƏBİB-ə bir sıra səlahiyyətlər verildiİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) bir sıra səlahiyyətləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilib. Bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nda edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını müəyyən edən qurumlar sırasına TƏBİB əlavə olunub, İTSDA siyahıdan çıxarılıb. Bundan sonra hava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təklifləri əsasında Nazirlər Kabineti müəyyən edəcək. “Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”na əsasən, indiyə qədər qol-nəqliyyat hadisələri nəticəsində dəymiş zərərin İqtisadiyyat Nazirliyi tərəfindən qiymətləndirilməsi və hesablanması üçün məlumatların təqdim edilməsi ilə bağlı verilən sorğuya əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, İcbari Sığorta Bürosu tələb olunan göstəriciləri aidiyyəti üzrə müvafiq formaya uyğun olaraq hər ilin noyabr ayı ərzində Nazirliyə təqdim etməli idilər. Bu siyahıda da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əvəzlənib. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nə dəyişiklik edilib. Həmin siyahıya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də əlavə edilib. Həmçinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi COVID sertifikatlarının və xarici sertifikatların etibarlılığını yoxlamaq üçün sertifikatlarda göstərilən məlumatlara, həmçinin müşayiətedici sənədlərdəki məlumatlara (təqdimatı lazım olduqda) daxil olmaq hüququna malik olacaq.
13-03-2023, 14:40
Nazirin idmançılarla bağlı təklifinə deputatdan narazılıqElm və təhsil naziri Emin Əmrullayev idmançıların müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi ilə bağlı təklif irəli sürüb. Amma bildirim ki, Azərbaycan reallığında bunu etsəniz, neqativ halların qarşısını ala bilməyəcəksiniz. Bu barədə deputat Ceyhun Məmmədov "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. “Azərbaycan reallığında bunu etmək düzgün olmayacaq. Bildirim ki, hər il onlarla şəxs övladlarının ali məktəblərə qəbul olması ilə bağlı rektorlarla görüşməyimi istəyir. Amma mən bunu etməmişəm, etmərəm də. İndi sizin təklifinizlə həmin şəxslər üçün daha da şərait yaradılacaq”,- deyə deputat bildirib.
13-03-2023, 14:37
Tanınmayan diplomlarla bağlı problemi həll etməliyik - DeputatBu gün biz sual verməliyik ki, təhsildən nə istəyirik? Amma ilk növbədə təhsilimizi sağlamlaşdırmalıyıq. Bu barədə deputat Musa Qasımlı "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. “Bu gün valideynlər tələbələrin xaricdə təhsil alması üçün sponsora çevrilir. Amma həmin tələbələr təhsillərini bitirdikdən sonra ölkəyə qayıdanda onların diplomları tanınmır. Beləliklə, nazirliyin işləri məhkəmələrdə qalır. Bu da yaxşı hal deyil. Bununla bağlı problemi həll etməliyik”, - deputat bildirib.
13-03-2023, 14:34
Səhiyyə Nazirliyinin səlahiyyəti genişləndirildiSəhiyyə Nazirliyinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti bununla bağlı “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nda dəyişiklik edib. İndiyə qədər təbii fəlakət, qəza və digər fövqəladə hallar baş verdikdə və bu zaman qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil edib. Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu sahədə səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.
13-03-2023, 14:32
Belarus prezidenti iranlı həmkarı ilə görüşdüİranda səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Tehranda bu ölkədən olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Bu barədə Belarusun rəsmi "BelTA" agentliyi məlumat yayıb.
13-03-2023, 14:29
Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər - Nazir“Ali təhsil müəssisələrinə qəbul sistemində problem var və bunun üzərində işlənilməlidir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. Onun sözlərinə görə, ilk problem ixtisas seçimi ilə bağlıdır: “Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər. Bu gün bəzi abituriyentlər ixtisası yazırlar, əgər birinə düşmürsə, o birinə düşür. Bu da ixtisaslaşmada problem yaradır. Bununla bağlı statistika yüksəkdir”.
13-03-2023, 14:27
Türk dövlətləri arasında gömrük dəhlizi yaradılacaqTürk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qanuna əsasən, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları həyata keçiriləcək.