Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
13-03-2023, 14:23
İdmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq - Nazir


İdmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq - Nazir

Biz bir çox idmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib. "İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla da Azərbaycan bayrağının xaricdə yüksəldilməsinə daha çox nail ola bilərik. Bu gün artıq dünya standartlarında idman həvəskar istiqamət kimi yox, peşakar iş kimi görülür. Bizdə də belə olmaldır”,- deyə nazir çıxışında vurğulayıb.
12-03-2023, 23:47
Saakaşvili ölkəni hərbi əməliyyatlara cəlb etmək üçün göndərilib


Saakaşvili ölkəni hərbi əməliyyatlara cəlb etmək üçün göndərilib

Mixail Saakaşvili Gürcüstanda sabitliyi pozmaq və ölkəni hərbi əməliyyatlara cəlb etmək üçün göndərilib. Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində bildirib. "Ukraynada müharibənin başlaması hələ noyabrda (2021-ci ildə), maksimum dekabrda gözlənilirdi. Bu barədə məlumatımız var idi, o cümlədən mən həmkarlarımızdan, tərəfdaşlarımızdan bilirdim. Saakaşvili Gürcüstana nə vaxt gəlib? Saakaşvili oktyabrın 1-də göndərilib. Əsas məqsəd burada dövlət çevrilişi təşkil etmək və lazımi vaxtda ölkələri müharibəyə cəlb etmək idi. Bizim buna heç bir şübhəmiz yoxdur”, - Qaribaşvili deyib. Baş nazirin sözlərinə görə, Rusiya diqqətini Gürcüstana yönəltsə, Ukrayna üçün yəqin ki, bir növ rahatlıq ola bilər. Qaribaşvilinin fikrincə, Saakaşvilinin yaratdığı müxalif “Vahid Milli Hərəkat” partiyası hakimiyyətdə olsaydı, Gürcüstan “ikinci Mariupol” olardı.
12-03-2023, 23:22
Əsgərin ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb


Əsgərin ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar cinayət işi başlanılıb. Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
12-03-2023, 23:18
Muharrem İnce də prezidentliyə namizədliyini irəli sürüb


Muharrem İnce də prezidentliyə namizədliyini irəli sürüb

Məmləkət partiyasının sədri Muharrem İncenin Türkiyə prezidentliyinə namizədliyi irəli sürülüb. Bu barədə partiyanın sözçüsü İpek Özkal Sayan məlumat verib. Bildirilib ki, İncenin namizədliyinin irəli sürülməsinə partiya üzvləri qərar verib. Qeyd edək ki, indiyədək Türkiyə prezidenti postu uğrunda 3 nəfərin namizədliyi irəli sürülüb. Bunlar Rəcəb Tayyib Ərdoğan, Kemal Kılıçdaroğlu və Sinan Oğandır.
12-03-2023, 23:13
Moldovada hakimiyyətə qarşı etiraz aksiyası baş qaldırıb


Moldovada hakimiyyətə qarşı etiraz aksiyası baş qaldırıb

Bu gün Moldovada rusiyayönlü Şor partiyası hakimiyyətə qarşı etiraz aksiyası keçirib. Kişinyovda şəhər mərkəzinə əlavə polis qüvvələri cəlb edilib. Polislər etirazçıların parlament binasına daxil olmasının qarşısını ala biliblər. 50-dən çox nümayişçinin həbs edildiyi deyilir. Aksiya iştirakçıları qiymət artımına etiraz etdiklərini bildiriblər, onlar hökumətdən qış ayları üçün bütün vətəndaşların kommunal xərclərini ödəməyi tələb ediblər. Rusiyayönlü “Şor” partiyası son vaxtlar Moldova hökumətinin Qərblə yaxınlaşmasına qarşı intensiv etiraz aksiyası keçirir. Moldova prezident Maya Sandu Rusiyanı ölkənin daxili işlərinə qarışmaq cəhdində ittiham edib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti hökuməti devirməyə çalışır.
12-03-2023, 23:08
İran və Belarusiyanın XİN rəhbərləri görüşüb


İran və Belarusiyanın XİN rəhbərləri görüşüb

Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi səfəri ərəfəsində iki ölkənin xarici işlər nazirləri Sergey Aleynik və Hüseyn Əmir Abdullahian Tehranda görüşüblər. Bu barədə Belarusun rəsmi "BelTA" agentliyi məlumat yayıb. Bildirilib ki, Belarus və İran XİN rəhbərləri ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf dinamikasını müzakirə ediblər. Həmçinin Belarus-İran birgə layihələrinin praktiki həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Görüşdə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması çərçivəsində tədbirlər planına baxılıb.
12-03-2023, 23:03
Egey dənizində su nəqliyyatının hərəkəti məhdudlaşdırılıb


Egey dənizində su nəqliyyatının hərəkəti məhdudlaşdırılıb

Egey dənizində su nəqliyyatının hərəkəti məhdudlaşdırılıb. Buna səbəb ekstremal hava şəraiti olub. Belə ki, fırtına kiçik qayıqlar üçün dənizdə hərəkəti təhlükəli edib. Qeyd edilib ki, Geyikli və Bozcaada adaları arasında müntəzəm reyslə hərəkət edən qayıq marşrutları da ləğv olunub. Dənizdə bütün növ su nəqliyyatının hərəkətinin hava şəraitinin normallaşmasından sonra bərpa ediləcəyi vurğulanıb.
12-03-2023, 23:00
Hatayı yalnız buraxmayacağıq - Ərdoğan


Hatayı yalnız buraxmayacağıq - Ərdoğan

"Hatayı yalnız buraxmayacağıq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Bu gün 3 dəfədir ki, zəlzələ bölgəsinə gəlirik. Yarım milyondan çox insan burada vəzifəsinin başındadır. Əsgəri, jandarmı, digər qurumları - hamısı sahədədir. Hatay aeroportunu 1 həftəyə düzəltdik. Yeni binaları tikməyə davam edirik. 183 min mənzil və 15 min kənd evi inşa etməyi planlaşdırırıq. 426 min çadır qurmuşuq, 100 min konteyneri də qurmağı nəzərdə tutmuşuq. Hər dəfə gəlib şəxsən görülən işlərə nəzarət edəcəyik", - deyə Ərdoğan söyləyib.
12-03-2023, 22:57
Ərdoğan yenidən zəlzələ bölgəsinə yollanıb


Ərdoğan yenidən zəlzələ bölgəsinə yollanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində yerləşən Hatay vilayətinə gedib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, Ərdoğanı "Cünhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı da müşayiət edir. Səfər zamanı liderlər Hatayda zəlzələnin törətdiyi fəsadların aradan qaldırılılması prosesi çərçivəsində görülən işlərlə tanış olacaqlar.
12-03-2023, 17:06
50 mindən çox şagird buraxılış imtahanında iştirak etdi


50 mindən çox şagird buraxılış imtahanında iştirak etdi

Martın 12-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə, hərbi liseylərdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 215 imtahan binası, 3880 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 629 ümumi rəhbər və imtahan rəhbəri, 4832 nəzarətçi-müəllim, 689 buraxılışı rejimi əməkdaşı (mühafizə), 215 bina nümayəndəsi ayrılıb. Bu imtahanda 50 min 823 şagirdin iştirakı nəzərdə tutulurdu. İmtahanda 47 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Bu gün həmçinin Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahandır. İlkin məlumatlara əsasən, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır. Bundan əlavə, imtahanın gedişi zamanı imtahan binasında əvvəlcədən gizlədilən 1 ədəd mobil telefon aşkar edilib. Həmçinin Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd edib və həmin şəxslər saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır. Bir nəfər ümumiyyətlə buraxılış imtahanlarında iştirak etməyib, digər şəxs isə ötən il imtahanda iştirak edərək 20 bal toplayıb. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırılma aparılır. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə tövsiyə edirik ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar. Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!