11-03-2023, 15:55
Nazir yeni silahlar və döyüş texnikasıyla bağlı tapşırıq verdiAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 11-də keçirilən xidməti müşavirədə silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, hərbi qulluqçuların peşəkarlığının və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub. Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib.
11-03-2023, 15:33
Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirildiMartın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri, həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdırıb. Azərbaycan-Ermənistan şərti dövlət sərhədi boyu və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti ətraflı təhlil edilib. Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını həyata keçirməsinin yolverilməz olduğu bildirilib. Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir. Ordumuz bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət yarandıqda adekvat cavab verməlidir. Bildirilib ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün qəti zəruri addımlar atacaq. General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib. Hərbi qulluqçuların peşəkarlığının və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub. Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib. Daha sonra Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstərişlər verilib. Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraiti, həmçinin tibbi təminatı ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb. Azərbaycan Ordusunda mənəvi-psixoloji vəziyyətin, eləcə də döyüş ruhunun daim yüksək səviyyədə saxlanılmasına dair göstərişlər verən nazir şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasının vacibliyini vurğulayıb. Sonda azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin intensivliyinin artırılması barədə aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
11-03-2023, 15:26
Çində yeni baş nazir müəyyənləşdiÇin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü Li Çian Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının Dövlət Şurasının sədri (Baş nazir) vəzifəsinə təyin olunub. Martın 11-də keçirilən plenar iclasda qanunvericilər ÇXR Sədri Si Cinpinin təklifi əsasında Li Çianın Baş nazir vəzifəsinə namizədliyini təsdiqləyiblər. Li Çian Baş nazir kimi and içib. 1983-cü ildə Çin Kommunist Partiyasına üzv qəbul olunan Li Çian partiyada müxtəlif vəzifələr tutduqdan sonra 2013-2016-cı illərdə Cıcian vilayətinin qubernatoru, 2016-2017-ci ildə Ciansu vilayətinin partiya katibi, 2017-ci ildə Şanxay şəhərinin partiya katibi təyin olunub. Ötən ilin oktyabrında Çin Kommunist Partiyasının 20-ci qurultayında partiyanın Mərkəzi Komitəsinin Siyasi Bürosunun 7 nəfərlik daimi üzvündən biri seçilib. Xalq Nümayəndələri Yığıncağının illik sessiyasının plenar iclasında silahlı qüvvələrin ali qanunverici orqanı olan Mərkəzi Hərbi Şuranın sədr müavinləri və üzvləri, baş prokuror, Al Xalq Məhkəməsinin sədri, Dövlət Nəzarət Komitəsinin sədri vəzifələrinə təyinatlar təsdiqlənib. Qeyd edək ki, martın 5-də işə başlayan 14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında bütün Çin üzrə 3 minə yaxın nümayəndə iştirak edir.
10-03-2023, 19:54
İran XİN başçısı Səudiyyə Ərəbistanı ilə münasibətlərdən danışdıİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normallaşmasını şərh edib. Abdullahian bu barədə twitter səhifəsində paylaşım edib. "İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin normallaşması iki ölkəyə, regiona və İslam dünyasına böyük töhfə vermiş olur. Diplomatiya aktiv olaraq daha çox regional addımların atılmasının arxasındadır", - deyə nazir yazıb. Qeyd edək ki, Çində aparılan danışıqlar nəticəsində İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək, səfirliklər açmaq barədə razılığa gəliblər.
10-03-2023, 19:50
XİN başçısı Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini qeyd etdi10 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib. Bu barədə XİN-dən məlumat verilib. Görüş zamanı, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Münxen təhlükəsizlik konfransı zamanı liderlər arasında keçirilmiş görüşdən irəli gələn məsələlər, Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi və delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Nazir eyni zamanda, erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
10-03-2023, 19:31
Türkiyədə seçkilərin ikinci turu bu tarixdə keçiriləcəkTürkiyədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcək birinci turu nəticəsiz qalarsa, ikinci tur mayın 28-də baş tutacaq. Bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçirilməsinə dair qərar imzalayıb.
10-03-2023, 16:54
Ərdoğan seçkilərin irəli çəkilməsi ilə bağlı qərara imza atdıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin tarixinin irəli çəkilməsi ilə bağlı qərara imza atıb. Seçkilər 18 iyundan 14 maya keçirilib. Ərdoğan deyib ki, qərar Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən qəbul edilib. Onun sözlərinə görə, qərar sabah "Resmi Gazete"də dərc ediləcək, daha sonra Ali Seçki Komissiyası seçkilərin tarixi ilə bağlı qərar verəcək. AKP lideri seçkilərin vaxtının əvvələ çəkilməsinin səbəbini izah edib: "Hər şeydən əvvəl 18 iyun milyonlarla gəncimizin gələcəyində ciddi əhəmiyyət kəsb edən universitet üçün imtahan tarixidir. Bu tarix yüz minlərlə vətəndaşımızın müqəddəs torpaqlara ziyarətə getməsi üçün qeydiyyatdan keçdiyi tarixlə üst-üstə düşür. Eyni zamanda, iyun ayı tətil müddətinə düşdüyü üçün əksər vətəndaşlarımız tətil edəcək". Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri eyni vaxtda keçiriləcək.
10-03-2023, 16:52
Mingəçevir Su Anbarına axan çayların suları azalıb
Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50% azalıb. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Mingəçevir Su Anbarına axan çayların suları azalıb: "Dövlət tənzimləyici işlərini görür, lakin vətəndaşlarımız da sudan qənaətlə istifadə etməlidirlər". V. Kərimov qeyd edib ki, son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir: "Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır".
10-03-2023, 16:49
Lavrov Gürcüstandakı aksiyalara münasibət bildirdiRusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci Kanal"da yayımlanan “Böyük oyun” verilişinin qonağı olub. Lavrov müsahibəsində diqqətçəkən fikirlər səsləndirib. "Gürcüstandakı hadisələr Kiyev “Maydanı”nı çox xatırladır", - deyə nazir bildirib. Lavrov Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borelin Gürcüstandakı vəziyyətlə bağlı açıqlamalarını ikiüzlü adlandırıb. Rusiya XİN başçısı Qərbin Gürcüstan və Moldovadakı müxalifət etirazlarına fərqli münasibətinə (Moldovada Rusiyayönümlü qüvvələrin etirazları nəzərdə tutulur - red.) diqqət çəkib. "Rusiyanın qonşuları ABŞ-ın maraq zonasına cəlb olunmaq kursunun nə qədər təhlükəli olmasından nəticə çıxarmalıdırlar", - deyə Lavrov əlavə edib.
10-03-2023, 16:44
Qəhrəman Juna zəlzələ bölgəsində üç nəfərin həyatını xilas edibAzərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici iti Kahramanmaraşda üç nəfərin dağıntılar altından sağ çıxarılmasına kömək edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. "Juna" adlı it "Cocker Spaniel" növündəndir, o, biri uşaq olmaqla 3 nəfərin yerini müəyyənləşdirib və onlar sağ xilas edilib. İtin təlimatçısı Ehtiram Baloğlanov “Anadolu”ya bildirib ki, "Juna" 2017-ci ildə doğulub: "Həmin vaxtdan bəri mənimlədir. Kahramanmaraşda 3 nəfəri sağ çıxarmağımıza kömək etdi. Burada ona “Qəhrəman Juna” deyirdilər”. Qeyd olunub ki, Azərbaycandan göndərilən 8 it ümumilikdə 15 nəfərin yerini müəyyənləşdirib.