Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
10-03-2023, 16:41
Messi “Barcelona”ya qayıtmağa açıq olduğunu bildirib


Messi “Barcelona”ya qayıtmağa açıq olduğunu bildirib

Fransa çempionu PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi cari ilin yayında "Barcelona"ya qayıtmaq istəyir. Argentina millisinin hücumçusunun Paris klubu ilə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər hələlik əməkdaşlığın uzadılması ilə bağlı qərar verməyiblər. Kataloniya komandasının baş məşqçisi Xavi bir neçə dəfə klubun qapılarının Messi üçün hər zaman açıq olduğunu bildirsə də, "Barselona" keçmiş liderini geri qaytarmaq üçün təşəbbüs göstərmir.
10-03-2023, 16:37
Bu rayonlarda bir neçə kəndin tikilməsi nəzərdə tutulur


Bu rayonlarda bir neçə kəndin tikilməsi nəzərdə tutulur

Bu il Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bir neçə kəndin tikintisinə başlamaq planlaşdırılır. Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. Onun sözlərinə görə, Zəngilan rayonu Ağalı kəndinin tikintisi artıq 90% tamamlanıb. V. Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində müxtəlif sosial və nəqliyyat obyektlərinin tikintisi, yol və kommunikasiya infrastrukturunun yaradılması aparılır.
10-03-2023, 16:32
Ermənistan Laçın yolundakı şəffaflıqda maraqlı deyil - XİN


Ermənistan Laçın yolundakı şəffaflıqda maraqlı deyil - XİN

"Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil". Bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibi Antoniu Quttereşə ünvanladığı məktubda öz əksini tapıb. Bildirilib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yoldan “azad istifadə” etmə tələbini dəyişdirməklə, əslində Laçın yolundan hərbi və iqtisadi məqsədlər üçün sui-istifadə edilməsinə qarşı olduğunu diqqətə çatdırıb. Məktubda Laçın yolundan sui-istifadə halları diqqətə çatdırılır və Azərbaycanın səlahiyyətləri çərçivəsində yoldan istifadənin təhlükəsizliyinə zəmanət verdiyi, nə Azərbaycan hökumətinin, nə də etirazçıların yolda hərəkətə maneçilik törətmədikləri vurğulanır. Sənədə, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin avtomobillərinin keçidi barədə məlumat təqdim olunur, 3000-dən yuxarı avtomobillərin yoldan istifadəsinin “blokada” və “gərgin humanitar” vəziyyət barədə iddiaların əsassız olduğunu sübut etdiyi bildirilir. Laçın yolundan istifadənin qanuni və şəffaf olması, yoldan sui-istifadə hallarına yol verilməməsi, bu səylərin tərkib hissəsi kimi, Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması təklifi məktubda xüsusi olaraq vurğulanır. Ermənistanın bu təklifdən heç bir əsas gətirmədən imtina etməsinin Ermənistanın Laçın yolunda şəffaflıqda maraqlı olmadığını və sui-istifadə hallarını davam etdirmək niyyətinin göstəricisi olduğu diqqətə çatdırılır.
10-03-2023, 16:26
Ermənistan KTMT-nin vəzifə kvotasından imtina etdi


Ermənistan KTMT-nin vəzifə kvotasından imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin müavini postuna ayrılan kvotadan imtina edib. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan faktı təsdiqləyib. Bildirilib ki, rəsmi İrəvan bu təyinat üçün heç bir kadrın namizədliyini təqdim etməyəcək.
10-03-2023, 16:21
Rus kanalının redaktoru Gürcüstanı təhdid etdi


Rus kanalının redaktoru Gürcüstanı təhdid etdi

Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyan Gürcüstanı təhdid edib. Bu barədə o, özünün "Telegram" kanalında yazıb. "2008-ci ilin avqustu təkrarlansa, Gürcüstanla bağlı heç kim təlaşa düşməyəcək və oraya heç kim qoşun yeritməyəcək. Sadəcə olaraq, seçim etmədən birbaşa Tbilisiyə zərbələr endiriləcək", - deyə Simonyan bildirib. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
10-03-2023, 16:16
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
10-03-2023, 16:14
Gürcüstanda “Xarici agentlər haqqında” qanun qəbul edilmədi


Gürcüstanda “Xarici agentlər haqqında” qanun qəbul edilmədi

Bu gün Gürcüstan parlamentində qalmaqallı "Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuş üzrə səsverməyə çıxarılıb. Qanun qəbul edilməyib. Belə ki, layihənin lehinə 1, əleyhinə 35 deputat səs verib. Buna baxmayaraq parlament binasının qarşısında etirazların davam etdiyi bildirilir. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
10-03-2023, 16:11
Ermənistanla Gürcüstan arasında əməkdaşlıq memorandumu imzalandı


Ermənistanla Gürcüstan arasında əməkdaşlıq memorandumu imzalandı

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Tbilisidə gürcüstanlı həmkarı Mixail Çxenkeli ilə görüşüb. Tərəflər əməkdaşlıq memorandumu imzalayıb. Bildirilib ki, Andreasyan həmçinin Gürcüstanın dövlət məktəbləri üçün erməni dilində tədris olunan 18 minə yaxın dərslik və metodiki vəsaiti həmkarına təhvil verib. Həmçinin Ermənistanın orta məktəblərində gürcü dilinin üçüncü xarici dil kimi tədrisi barədə müzakirələr aparılıb.
10-03-2023, 16:08
Su anbarından birgə istifadəyə dair müqavilə imzalandı


Su anbarından birgə istifadəyə dair müqavilə imzalandı

Azərbaycan və Gürcüstan arasında sərhəddə yerləşən Candargöl su anbarından birgə istifadəyə dair müqavilə imzalanıb. Sənədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə qurumun nümayəndələrinin Gürcüstana səfəri çərçivəsində imza atılıb. Səfər “Gürcüstan Meliorasiya” MMC-nin dəvəti ilə reallaşıb. Qeyd edək ki, səfər çərçivəsində su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb, həmçinin Qardabani suvarma sistemlərinə baxış olub.
10-03-2023, 15:55
Gürcüstan suverenlik şansını itirib - Volodin


Gürcüstan suverenlik şansını itirib - Volodin

"Xarici agentlər haqqında qanun layihəsinin geri götürülməsi ilə Gürcüstan suverenlik şansını itirib". Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb. Onun sözlərinə görə, qanun qəbul olunarsa, Gürcüstan hakimiyyəti müxalifətin, medianın, "anti-gürcü gündəmini" formalaşdıran ictimai təşkilatların maliyyələşdirilməsi üçün xaricdən ölkəyə köçürülən vəsaitlərə nəzarət etmək hüququna malik olacaq. "Xarici agentlər haqqında qanun layihəsi ABŞ üçün qəbuledilməz idi. Bu, Vaşinqtonun ölkənin daxili siyasi həyatına təsirini məhdudlaşdırdı. Gürcüstan hakimiyyəti xalqın iradəsinə deyil, ABŞ-a tabe olmağa məcbur oldu", - deyə Volodin iddia edib. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!