Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
8-03-2023, 20:04
Sazişin əksər hissəsi artıq razılaşdırılıb - İlham Əliyev


Sazişin əksər hissəsi artıq razılaşdırılıb - İlham Əliyev

"Avropa İttifaqı ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib. "Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının doqquz üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
8-03-2023, 20:00
Latviya ilə münasibətlərimiz uğurla inkişaf edir - İlham Əliyev


Latviya ilə münasibətlərimiz uğurla inkişaf edir - İlham Əliyev

Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında deyib. Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq”.
8-03-2023, 19:52
Prezident latviyalı həmkarıyla mətbuata bəyanatla çıxış edib


Prezident latviyalı həmkarıyla mətbuata bəyanatla çıxış edib

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı
- Cənab Prezident.
Əziz qonaqlar. Xanımlar və cənablar. Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Prezidentini qəbul etməkdən çox məmnunam. Biz bu yaxınlarda Davosda görüşdük. Mənim dəvətimi qəbul edib, ölkəmizə səfərə gəldiyinə görə cənab Prezidentə minnətdaram. Sabah biz X Bakı Qlobal Forumunda bir yerdə olacağıq. Həmçinin mən bu fürsətdən istifadə edərək belə mühüm beynəlxalq tədbirdə iştirak etdiyinə görə cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür. Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub. Hesab edirəm ki, siyasi dialoq və iqtisadi əməkdaşlıq aramızda sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir. Həmçinin Latviya Avropa İttifaqı və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır. Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma Avropa İttifaqı Komissiyasının xanım sədrinin iştirakı ilə ötən ilin dekabr ayında Buxarestdə imzalandı. Bir sözlə, bu, Cənub Qaz Dəhlizi kimi meqalayihənin başa çatmasından dərhal sonra sözün əsl mənasında digər qlobal meqa layihədir. Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq. Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin əlbəttə, təkcə enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələn illərdə Avropa İttifaqı ilə ticarət həcmi artacaq. Çünki artıq söylədiyim kimi, biz qaz təchizatımızı artıracağıq, yaşıl enerji mənbələrindən elektrik enerjisinin ixracına bu yaxınlarda başlayacağıq. Bir sözlə, Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynamışdır. Bu, o cümlədən Azərbaycan və NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurla inkişaf edir. Biz latviyalı dostlarımıza belə davamlı dəstəyə görə çox minnətdarıq. İkitərəfli münasibətlərə gəldikdə, nəzərdən keçirəcəyimiz bir çox məsələlər var. Bu vaxta qədər gündəlik kifayət qədər genişdir. Bu gün mən, həmçinin cənab Prezidentə Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumat verdim. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək. Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir. Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik və onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə, Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki, Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik. Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq. Cənab Prezident, bizimlə olduğunuza görə sizə bir daha minnətdarıq. Dəvətimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizə Azərbaycanda xoş səfər arzulayırıq. Sonra Latviya Prezidenti bəyanatla çıxış etdi. Prezident Egils Levitsin bəyanatı
- Prezident Əliyev. Məni Azərbaycana səfərə dəvət etdiyinizə görə minnətdaram. Biz iki ay öncə Davosda görüşdük. Biz diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi planlaşdırırıq. Otuz il ərzində ikitərəfli münasibətlərimiz çox yaxşı və uğurla inkişaf edib. Aramızda təşviq edə biləcəyimiz bir çox ikitərəfli məsələlər var, o cümlədən biz qlobal, beynəlxalq səviyyədə əməkdaşlıq etməliyik. İqtisadi münasibətlərimizə gəldikdə, ötən il tendensiya müsbət olub. Bu gün Latviya və Azərbaycanın iş adamları arasında, həmçinin biznes-forum olacaq. Biz İKT, ağıllı enerji, yaşıl texnologiyalar və artıq qeyd etdiyiniz kimi, nəqliyyat və daşımalar sahəsində imkanların nəzərdən keçirilməsində maraqlıyıq. Həmçinin bəyan edə bilərəm ki, milli aviaşirkətimiz “airBaltic” bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır. Beləliklə, Latviya turistlərinin Azərbaycana gəlməsi və Sizin vətəndaşların Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq. İkitərəfli səviyyədə əlaqələrlə bağlı demək istərdim ki, Avropa İttifaqının (Aİ) üzv dövləti kimi Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır. Latviya Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır. Hazırda Azərbaycan Avropa İttifaqına enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynayır. Biz, həmçinin bərpaolunan enerji sahəsində daha sıx əməkdaşlıq etmək arzusundayıq. Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə, Siz artıq NATO çərçivəsində əməkdaşlığa toxundunuz. Latviya səfirliyi NATO-nun Azərbaycanda əlaqələndiricisi funksiyasını yerinə yetirir və biz Bakıdakı səfirliyimizin həmin mandatını 2024-cü ilədək uzadacağıq. Görürəm ki, Azərbaycan və NATO arasında təhlükəsizlik məsələləri üzrə daha sıx əməkdaşlığa dair qarşılıqlı maraq var. Ukraynadakı vəziyyətə gəldikdə bildirmək istəyirəm ki, Latviyanın xarici siyasətinin təməlində beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır. Ona görə də biz Ukraynaya qarşı bu səbəbsiz və əsassız təcavüzü pisləyirik. Latviya Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəkləyir. Biz, həmçinin humanitar yardım da göstəririk. Göstərilən yardımın toplam həcmi bizim ÜDM-in 1 faizini təşkil edir. Ukraynadakı vəziyyətin hansı məcrada cərəyan edəcəyini gözləyirik. Ancaq onu deyə bilərəm ki, davamlı sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır. Biz beynəlxalq hüquqa müdaxiləyə və onun tapdalanması nəticəsində bu vəziyyətin uzunmüddətli dondurulmuş münaqişəyə çevrilməsinə imkan verə bilmərik. Cənab Prezident, biz BMT üzvlərinin əksəriyyətinin, yəni, 120-dən artıq üzvü olan platformanın - Qoşulmama Hərəkatının sədri kimi ölkənizin rolunu yüksək qiymətləndiririk. Bildiyiniz kimi, biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağıq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərindən çıxış edən ölkələrdən ibarət vacib qurumdur. Çünki bütün dövlətlər sülhdə maraqlı olmalıdır, sülh isə beynəlxalq hüquqa əsaslanır. Siz isə Hərəkatın hazırkı sədri kimi olduqca əhəmiyyətli rol oynayırsınız. Onu da deyə bilərəm ki, Latviya Avropa Şurasında sədrliyi öz üzərinə götürəcəkdir və bizim ölkələr Avropa Şurasının üzvüdür. Azərbaycan bizim ilk sədrliyimiz dövründə təşkilata üzv olmuşdur. Görürük ki, Avropa Şurasının genişləndirilməsi kifayət qədər uğurlu olmuşdur. Biz bütün üzv ölkələrin maraqları naminə Avropada demokratiyanın və qanunun aliliyinin gücləndirilməsinin müzakirəsini davam etdirəcəyik. Mən məmnuniyyətlə sabah “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda təşkil olunacaq X Bakı Qlobal Forumunda iştirak edəcəyəm. Bu gün həqiqətən həm çağırışlar, həm də ümidlər var. Hesab edirəm ki, sabahkı müzakirələrdə biz ümidlərin qalib gələcəyinin şahidi olacağıq. Cənab Prezident, bu Qlobal Forumu dəstəklədiyinizə görə sağ olun. Çünki həmin Forum çərçivəsində müxtəlif regionları və mədəniyyətləri təmsil edən hazırkı və sabiq liderlər toplaşaraq cari problemləri müzakirə edə bilirlər. Həmçinin Sizin tövsiyələrinizə ehtiyacımız var. Mən mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və Sizin rolunuza dərin hörmət bəsləyirəm. Çünki bu Forumda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik nümayəndələr iştirak edirlər. Ümumiyyətlə, bu vacib bir Forumdur. Cənubi Qafqazda sülh prosesinə, Azərbaycan və Ermənistana gəldikdə, artıq qeyd etdiyim kimi, biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Hesab edirəm ki, belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik. Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın. Beləliklə, cənab Prezident, dəvətinizə və çox səmimi, maraqlı müzakirələrə görə Sizə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ilk səfərimdir və mən onun sabit və firavan ölkə, Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu görürəm. Cənab Prezident, çox təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkürlər.






8-03-2023, 19:43
İranın XİN başçısı türkiyəli həmkarı ilə görüşüb


İranın XİN başçısı türkiyəli həmkarı ilə görüşüb

Ankarada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Görüş zamanı enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət müzakirə olunub. Nazirlər Ukraynadakı vəziyyətə də toxunublar. Görüşdən sonra Abdullahian zəlzələnin baş verdiyi Adıyaman bölgəsinə baş çəkəcək.
8-03-2023, 19:41
Rusiya Ermənistanda hərbi təlimlər keçirir


Rusiya Ermənistanda hərbi təlimlər keçirir

Rusiya Ermənistan ərazisində hərbi təlimlər keçirir. Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Rusiya artilleriyaçıları Ermənistanın Alagöz yüksək dağ poliqonunda təlimlərdə iştirak edəcəklər. Məlumata görə, poliqonda təlim, səhra gəzintiləri və xüsusi taktiki hazırlıq dərsləri həyata keçiriləcək.
8-03-2023, 19:38
İlham Əliyev latviyalı həmkarını qarşılayıb


İlham Əliyev latviyalı həmkarını qarşılayıb

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib. Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.






8-03-2023, 19:32
Sabaha gözlənilən hava proqnozu


Sabaha gözlənilən hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.
8-03-2023, 19:30
Azərbaycan enerji təhlükəsizliyində vacib rol oynayır - Sabiq prezident


Azərbaycan enerji təhlükəsizliyində vacib rol oynayır - Sabiq prezident

Bu il Azərbaycan qlobal arenada, xüsusilə də enerji təhlükəsizliyi, geostrateji baxımdan çox vacib rol oynayır. Bunu Serbiyanın sabiq Prezidenti Boris Tadiç X Qlobal Bakı Forumu ilə əlaqədar martın 8-də keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, ötən illər ərzində Azərbaycan sürətlə inkişaf edib, bəzi çətinliklərin öhdəsindən gəlib və çox böyük işlər görüb. Xüsusilə də bu il Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynayıb. Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil.
8-03-2023, 19:26
İlham Əliyev BMT rəsmisini qəbul edib


İlham Əliyev BMT rəsmisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT-nin Baş katibinə çatdırmağı xahiş etdi. Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirdi, imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmasların həyata keçirildiyini vurğuladı. O, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini daim dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edərək, bu Mərkəzin artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir təsisat rolunda çıxış etdiyini dedi. Migel Anxel Moratinos Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda Zirvə görüşünün uğurla keçirildiyini qeyd etdi. O, BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini dedi və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğuladı. Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı bu ilin sonunda Azərbaycanın Hərəkata sədrliyinin başa çatacağını bildirdi və ölkəmizin sədrlik dövründə çox yaxşı bir irs qoyduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirdi. Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edildi.
8-03-2023, 19:23
Gürcüstanda aksiyalar zamanı 50 polis yaralanıb


Gürcüstanda aksiyalar zamanı 50 polis yaralanıb

Gürcüstandakı etirazlarda 66 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyi 50 polis əməkdaşının yaralandığını açıqlayıb. Bildirilib ki, aksiyaçılar dövlət əmlakına, parlamentin binasına və digər obyektlərə ziyan vurublar. Habelə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı zorakılıq faktları olub. Saxlanılan şəxslər xırda xuliqanlıq və polisə müqavimətdə ittiham olunur. Xatırladaq ki, martın 7-də axşam saatlarında Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma olub. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb. Qeyd edək ki, Gürcüstan parlamentində "xarici agentlər" qanunu ilk oxunuşda qəbul olunub. Burada xarici institutlardan maliyyə yardımı və qrantlar alan qurumların agent elan edilməsindən söhbət gedir. Sözügedən qanun layihəsi geniş etirazlara və iğtişaşlara səbəb olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!