20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
13-04-2023, 16:48
İşgəncə verilən əsgərimizlə bağlı cinayət işi açıldı


İşgəncə verilən əsgərimizlə bağlı cinayət işi açıldı

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, bəzi media və sosial şəbəkə səhifələrində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülər yayılıb. Yayılmış həmin videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb. Qeyd olunan videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hərbi qulluqçumuza qarşı işgəncə verən, qəddar və qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Bəyan edilir ki, Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.
13-04-2023, 16:43
Ermənilər əsgəri döyməklə beynəlxalq hüququ pozdu


Ermənilər əsgəri döyməklə beynəlxalq hüququ pozdu

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən əsgər Hüseyn Axundov bu gün Ermənistanda saxlanılıb. Ermənilərə məxsus sosial şəbəkə hesablarında azərbaycanlı əsgərin fotoları yayılıb. Görüntülərdən əsgər H.Axundovun amansız işgəncələrə məruz qaldığını, qeyri-insani rəftarla üzləşdiyini görmək olar. Ermənistan tərəfinin bu addımı beynəlxalq hüquq normalarına ziddir. Belə ki, beynəlxalq sənədlər əsir götürülən şəxslərin hüquqlarının qorunmasında vacib mexanizm rolunda çıxış edir və bütün ölkələr buna riayət etməsi vacib hesab olunur. Beynəlxalq humanitar hüquqda bununla bağlı 3 sənəd mövcuddur:
1. 1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında Haaqa konvensiyası
2. 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları
3. 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol və insan hüquqlarına hörmət prinsipinin əks olunduğu beynəlxalq hüquq sənədləri
İnsan hüquqlarına hörmət prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində ümumi formada təsbit olunub, sonralar bir sıra beynəlxalq sənədlərdə, o cümlədən 1948-ci il 10 dekabr tarixli İnsan Hüquqları Haqqında Ümumi Bəyannamədə dəqiqləşdirilib. 1949-cu il avqustun 12-də Cenevrədə bağlanmış “Hərbi əsirlərlə rəftar haqqında” Konvensiyaya görə, əsir götürülən hərbçilərə qarşı zorakılıq yolverilməzdir. Konvensiyada əsirlərə insan həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə edilməsi, insan ləyaqətinə qarşı hücum, xüsusilə təhqiramiz və alçaldıcı davranış, sivil millətlər tərəfindən tanınan və zəmanət verilən məhkəmənin qüvvəyə minən qərarı olmadan kimisə məhkum etmək və ona cəzanı tətbiq etmək qadağan edilir. Hərbi əməliyyatlarda iştirak edən və rəqib əlinə düşən şəxslərin hansı kateqoriyaya aid edilməsinə dair şübhələr yarandıqda, bu şəxslərin statusu səlahiyyətli məhkəmə tərəfindən təyin olunana qədər onlar mövcud Konvensiya ilə qorunur. Sadalanan şərtlər mövcud olduqdan və ya təsdiqləndikdən sonra ələ keçən şəxslərə qarşı hərbi əsir rejimininin tətbiqi reallaşa bilər. Ermənistan qeyd olunan Cenevrə konvensiyalarını təsdiq edib. Lakin silahsız Azərbaycan əsgərinə qeyri-humanist münasibət göstərmək və onun vəhşicəsinə döyülməsi Ermənistanın beynəlxalq konvensiyalara əməl etmədiyini göstərir. Qeyd edək ki, bu, Ermənistanın Azərbaycan əsirlərinə qarşı ilk işgəncə faktları deyil. Həm Birinci, həm İkinci Qarabağ müharibəsində, eləcə də müharibələrarası dövrdə Ermənistan tərəfi Azərbaycan hərbçilərinə və girov götürülən mülki şəxsləsə qarşı işgəncələr verib. Bu işgəncə faktları beynəlxalq təşkilatların hesabatlarında da əks olunub. Beynəlxalq konvensiyaların tələbi ondan ibarətdir ki, Ermənistan əsir götürdüyü Azərbaycan hərbçisinə qarşı işgəncələri dayandırmalı və onun hüquqlarını təmin etməlidir. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunduğunu bəyan edib.
13-04-2023, 16:38
Cənubi Koreyadan Ermənistan və Azərbaycana səyahətlə bağlı qadağa


Cənubi Koreyadan Ermənistan və Azərbaycana səyahətlə bağlı qadağa

Cənubi Koreya öz vətəndaşlarına Ermənistan və Azərbaycanın sərhədyanı rayonlarına səyahət etməyi qadağan edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 4-cü ən yüksək səyahət xəbərdarlığı səviyyəsi müəyyən edilib. Qadağa 15 apreldən qüvvəyə minəcək.
13-04-2023, 16:25
Peskov Putinin məqsədini açıqladı


Peskov Putinin məqsədini açıqladı

"Cəmiyyət Vladimir Putinin ətrafında birlik və konsolidasiya nümayiş etdirir, rusların əhval-ruhiyyəsində əsas olan budur". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "NATO-nun Ukraynadakı münaqişədə iştirak dərəcəsi artıb, lakin bu, Rusiya üçün əməliyyatın müsbət nəticəsinə təsir etməyəcək. Vladimir Putin özünün əsas məqsədini vətəndaşların həyatını yaxşılaşdırmaqda görür, bu onun əsas ideyasıdır. Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq. Qerşkoviçin həbsi prezidentin yox, xüsusi xidmət orqanlarının səlahiyyətindədir. Kreml Aleksey Navalnı ətrafında vəziyyətə nəzarət etmir. Hazırda Putinin qrafiki üzrə Çin lideri ilə yeni telefon əlaqəsi yoxdur", - deyə o bildirib.
13-04-2023, 16:00
Azərbaycanla Bosniya Herseqovina arasında bəyənnamə imzalandı


Azərbaycanla Bosniya Herseqovina arasında bəyənnamə imzalandı

Aprelin 13-də Sarayevoda “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzaladılar.
13-04-2023, 15:00
İtkin düşən əsgərimiz ermənilərin işgəncəsinə məruz qalıb


İtkin düşən əsgərimiz ermənilərin işgəncəsinə məruz qalıb

Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan göründüyü kimi H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki hərbçisi əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunduğunu bəyan edib.
13-04-2023, 14:12
Prezident Bosniya və Herseqovinaya səfərə getdi


Prezident Bosniya və Herseqovinaya səfərə getdi

Aprelin 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşılayıblar.
13-04-2023, 14:06
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
13-04-2023, 14:02
Minsk Qrupunun işi dondurulub, lakin.. - ATƏT sədri


Minsk Qrupunun işi dondurulub, lakin.. - ATƏT sədri

"Minsk Qrupunun işi dondurulub, lakin müvafiq şəraitdə format lazım ola bilər". Bunu Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT sədri Buyar Osmani İrəvanda Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib. "Amma ATƏT-in daxilində təkcə Minsk Qrupu deyil, ermənilərlə azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə oluna biləcək bir çox başqa alətlər və mexanizmlər var", - o əlavə edib.
13-04-2023, 13:58
Ermənistan qoşunlarının Azərbaycanla sərhəddən çıxarılmasına hazırdır


Ermənistan qoşunlarının Azərbaycanla sərhəddən çıxarılmasına hazırdır

"Ermənistan qoşunlarının Azərbaycanla sərhəddən güzgü effekti ilə çıxarılmasına hazırdır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "İrəvan Avropa İttifaqının qoşunların Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkilməsi ilə bağlı təklifi ilə razılaşır. Hakimiyyət bunu 2021-ci ildən deyir. Bu, Praqa bəyanatının və Soçi üçtərəfli bəyanatının əsasını təşkil edən məntiqdən irəli gəlir", - deyə Paşinyan qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!