Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-04-2023, 16:48
Prezident xanımı və qızı ilə konsertdə iştirak etdi


Prezident xanımı və qızı ilə konsertdə iştirak etdi

Aprelin 28-də Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva konsertdə iştirak ediblər. Konsertdən əvvəl görkəmli alim, həkim, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, bütün işlərdə ona dayaq olan Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsert akademik Zərifə Əliyeva haqqında filmin nümayişi ilə başlayıb. Sonra isə səhnə əfsanəvi “Dan ulduzu” instrumental ansamblının ixtiyarına verilib. Konsertdə ansamblın repertuarından sevilən mahnılar ifa olunub. Konsertin proqramına Elza İbrahimova, Emin Sabitoğlu, Firəngiz Babayeva, İbrahim Topçubaşov, Oqtay Kazımi, Sevil Əliyeva və Tofiq Əhmədovun əsərləri, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əliyevanın “Şüştər” muğamı əsasında yazdığı “Şüştər” rapsodiyası daxil edilib. Zalda quraşdırılan ekranlarda akademik Zərifə Əliyeva haqqında, “Dan ulduzu” ansamblının çıxışlarını, ötən illərin və müasir dövrün Azərbaycanını əks etdirən kadrlar yayımlanıb. Konsert bəstəkar Emin Sabitoğlunun “Nə gözəldir Azərbaycan” mahnısının bütün müğənnilər tərəfindən birgə ifa olunması ilə yekunlaşıb.
28-04-2023, 16:45
Paris Laçın dəhlizi məsələsinin həllinə böyük maraq göstərir - Qriqorqan


Paris Laçın dəhlizi məsələsinin həllinə böyük maraq göstərir - Qriqorqan

"İrəvan Ermənistanda avropalı müşahidəçilərin imkanlarını genişləndirməyi təklif edir". Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib. O əlavə edib ki, hazırda Ermənistan hakimiyyəti Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir. "Ermənistan sərhədində hazırkı missiyanın iştirakçılarının sayı kifayət qədər deyil. Biz tərəfdaşlara müşahidəçilərin daha səmərəli işləməsi üçün digər imkanları genişləndirməyi təklif edirik. Paris Laçın dəhlizi məsələsinin həllinə böyük maraq göstərir", - deyə TŞ katibi söyləyib. Qriqoryan bəyan edib ki, Fransa Ermənistana ölkənin təhlükəsizliyi ilə bağlı problemlərin həllində və Qarabağ məsələsində kömək edə bilər.
28-04-2023, 16:42
Papikyan Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü


Papikyan Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Ermənistanın müdafiə naziri Suren Papikyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovla görüşüb. O, general-polkovniklə regiondakı əməliyyat vəziyyəti və problemləri müzakirə edib. Sülhməramlıların rolunun səmərəliliyinin artırılmasından da danışılıb. Papikyan üçtərəfli bəyanatların yerinə yetirilməsi və Laçın dəhlizinin vacibliyini vurğulayıb.
28-04-2023, 16:39
Ermənistandakı fransız səfirliyində hərbi nümayəndəlik yaradılıb


Ermənistandakı fransız səfirliyində hərbi nümayəndəlik yaradılıb

Fransa Ermənistandakı səfirliyində hərbi nümayəndəlik yaradıb. Bunu Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib. "Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verəcək", - deyə o qeyd edib.
28-04-2023, 16:30
Özbəkistanda referendum keçiriləcək


Özbəkistanda referendum keçiriləcək

İki gündən sonra, aprel ayının 30-da Özbəkistanda referendum keçiriləcək. Referendumda konstitusiyaya dəyişikliklər səsverməyə çıxarılacaq. Ölkə parlamenti dəyişikliklərlə bağlı qanun layihəsini mart ayının 15-də təsdiq edib. Özbəkistan Konstitusiyasının yenilənməsi zərurəti 2021-ci il oktyabrın 6-da ikinci müddətə seçilən prezident Şavkat Mirziyoyev tərəfindən bəyan edilib. O qeyd edib ki, konstitusiya dövrün tələblərinə uyğun təkmilləşdirilməlidir. Konstitusiyaya dəyişikliklərin önəmli hissəsi insanların hüquq və azadlıqları ilə bağlıdır. Dəyişiklik təklifində Özbəkistanın suveren, demokratik, hüquqi, sosial və dünyəvi dövlət olduğu bildirilir. Ölkə tarixində ilk dəfə olaraq konstitusiya əsas qanunun ölkənin ən yüksək hüquqi qüvvəsinə malik olduğunu və bütün ölkə ərazisində vahid hüquqi məkan yaratdığını təsbit edəcək. Dəyişikliyə əsasən, Özbəkistanda Prezidentinin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır. Həmçinin, prezidentin iki dəfədən artıq seçilə bilməməsi maddəsi ləğv edilir. Dəyişikliklərdə, həmçinin Qaraqalpaqıstan Respublikasının "suveren" statusundan imtina edilir.
28-04-2023, 16:00
Sabaha olan hava proqnozu


Sabaha olan hava proqnozu

Aprelin 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
28-04-2023, 15:30
Əli Əsədov taxılla bağlı qanuna edilən dəyişikliyi təsdiqlədi


Əli Əsədov taxılla bağlı qanuna edilən dəyişikliyi təsdiqlədi

Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən Fonda taxılın tədarükü və Fondda taxılın yeniləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla Dövlət Sifarişçisinin qərarı, Fonddan taxılın istifadəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Fondda saxlanılan taxılın saxlanma müddəti taxılın məhsul ilindən etibarən 24 aydan artıq ola bilməz. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula və təmizlənə) bilər. Fonddan taxılın istifadəsi istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək, habelə ölkənin taxıl ilə təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda taxıl məhsulları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə həyata keçirilir. Fonddan taxılın istifadə üçün buraxılması (satılması) taxılın bazar qiymətinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturası nəzərə alınmaqla saxlanılmasına cəhd edilir.
28-04-2023, 15:00
Fransa Ermənistana hərbi dəstəyini gücləndirir


Fransa Ermənistana hərbi dəstəyini gücləndirir

Fransa Ermənistana silah ixracı sisteminin qurulmasına hazırlıq üçün tədbirlər görməyə başlayıb. Bu barədə Fransanın nüfuzlu "Intelligence online" portalı məlumat yayıb. Bildirilib ki, rəsmi Paris bu istiqamətdə praktiki addımlar atmağa hazırlaşır. Belə ki, Fransa tezliklə İrəvana daimi hərbi attaşe təyin edəcək. Hazırda bu funksiyanı Fransanın Tbilisidəki səfirliyinin hərbi attaşesi Frederik Kampos həyata keçirir. Bununla yanaşı, aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun (Direction générale de l'armement, DGA) nümayəndə heyəti İrəvana səfər edib. Eyni zamanda Fransa və Ermənistan arasındakı ikitərəfli silahlanma komitəsi öz işini bərpa edir. Komitəyə Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırılıb. Nəşr 2022-ci ilin yanvarında Armen Sarkisyanın Ermənistan prezidenti postunu tərk etməsindən təəssüfləndiyini bildirir. Çünki o, Ermənistanda Fransa hərbi sənayesinin əsas “kommersiya agenti” kimi çıxış edib. Sarkisyan "Thales", "Areva", "Alstom" kimi hərbi şirkətlərin maraqlarını təmsil edirdi.
28-04-2023, 14:30
Təhsil Nazirliyi öz funksiyasını tam yerinə yetirə bilmir - Deputat


Təhsil Nazirliyi öz funksiyasını tam yerinə yetirə bilmir - Deputat

Elm və Təhsil Nazirliyi ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib. “Bu gün təhsil sahəsində ciddi problemlər var. Yəqin ki, biz bu qanunlara yenidən baxmalı olacağıq. Proseslər də çox yavaş gedir. Elmlə bağlı faktiki ciddi iş görülmür, bunu qanunvericiliklə əsaslandırırlar. Sertifikasiya ilə bağlı ali təhsilin keyfiyyətində ciddi probemlər var. Həmçinin sertifikasiyada da problemlər var. Biz diplom veririk, sonra deyirik ki, sizin diploma güvənmirik və sertifikasiyaya cəlb edirik. Bununla da biz mütəxəssis müəllim yerləşdirə bilmirik”, - deyə deputat vurğulayıb.
28-04-2023, 14:00
Çavuşoğlu taxil sazişindən danışdı


Çavuşoğlu taxil sazişindən danışdı

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu taxıl sazişi barədə danışıb. O, ölkəsinin Rusiyanın taxıl sazişinin həyata keçirilməsi ilə bağlı iddialarını əsassız hesab etmədiyini bildirib. O əlavə edib ki, taxıl müqaviləsi çərçivəsində Rusiya Federasiyasından taxıla görə ödənişlərdə Türkiyə banklarının vasitəçiliyi məsələsi müzakirə olunur. Qeyd edək ki, rəsmi Moskvanın taxıl sazişi ilə bağlı müəyyən iradları var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!