Çiçək ananın çiçək açmayan arzuları .....                        AŞIQ HÜSEYN CAVANIN MILLI HÖKUMƏT DÖVRÜ YARADICILIĞI .....                        Münasibətlər dəyişərsə nə baş verə bilər? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Azərbaycan Avropa Şurasına üzvlük haqqı ödəməyi dayandırıb? .....                        Türkiyədə meşə yanır - Helikopter və təyyarələr cəlb olundu .....                        HƏMAS-ın yeni lideri öldürülüb? - İsrail ordusu araşdırır .....                        Sabiq deputat Paşinyana qarşı “intihar dəstələri” yaratmağa çağırdı .....                        Portuqaliya millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı .....                       
13-05-2023, 13:09
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.
13-05-2023, 12:40
Ukrayna prezidenti Romaya səfər etdi


Ukrayna prezidenti Romaya səfər etdi

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Romaya səfər edib. Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb. Bildirilir ki, Zelenski burada İtaliya prezidenti Sercio Mattarella, baş nazir George Meloni və Papa Fransisk ilə görüşəcək. "Ukraynanın qələbəsi üçün vacib səfər", - Zelenski qeyd edib.
13-05-2023, 12:31
Paşinyan Belçikada işgüzar səfərdədir


Paşinyan Belçikada işgüzar səfərdədir

Ermənistan Baş naziri Nikol Paşinyan Belçikaya işgüzar səfərə gedib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilir ki, o, Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə ikitərəfli görüş keçirəcək. Paşinyan Mişel və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşdə iştirak edəcək.
13-05-2023, 12:12
Xankəndində mitinqlər baş qaldırır


Xankəndində mitinqlər baş qaldırır

Qarabağdakı separatçıların "təhlükəsizlik şurasının keçmiş katibi" Samvel Babayan Xankəndidə mitinqlər keçirmək niyyətindədir. Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. Bildirilir ki, Babayan bazar ertəsi günündən qondarma qurumun “dövlət naziri” vəzifəsinə təyin olunana qədər mitinqlər keçirmək istəyir. Nəşr yazıb ki, Babayanın arxasında Ermənistanın baş naziri Nikol Paşinyan dayanır. Qeyd olunur ki, Paşinyanın “tələsməsinə” səbəb son günlər Xankəndində ermənilərin Kremlin himayədarı Vardanyanın təşkil etdiyi və Ermənistan hakimiyyətinə xoş gəlməyən aksiyalardır.“Qarabağda Paşinyanın “tabeliyində” işləyən qüvvələr Babayana yol açmaq və hakimiyyətə gəlmək istəyən insanları təqib etmək və nüfuzdan salmaq üçün hər şeyi edirlər”, - qəzet qeyd edir.
13-05-2023, 11:52
İsrail şirkətinin prezidenti İlham Əliyevə təbrik məktubu yolladı


İsrail şirkətinin prezidenti İlham Əliyevə təbrik məktubu yolladı

İsrailin “Israel Aerospace Industries” şirkətinin prezidenti və baş icraçı direktoru Boaz Levi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Zati-aliləri, Prezident İlham Heydər oğlu Əliyev! “Israel Aerospace Industries” şirkətinin kollektivi adından və şəxsən öz adımdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram. Heydər Əliyevin Azərbaycanın və regionun inkişafına verdiyi töhfələr ölçüyəgəlməzdir. Onun dövlətçilik irsi yeni nəsil liderləri və vətəndaşları ilhamlandırmaqda davam edir. Ulu Öndərin uzaqgörən liderliyi, xalqına olan davamlı sadiqliyi, eləcə də müxtəlif sahələrdəki müstəsna nailiyyətləri Azərbaycana və regiona çox əhəmiyyətli təsir göstərmişdir. “Israel Aerospace Industries” şirkəti olaraq biz ölkələrimiz arasında möhkəm dostluğu və əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edir və ölkələrimizin qarşılıqlı səmərəli mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə sadiq qaldığımızı bildiririk. Biz ölkələrimiz üçün daha parlaq və daha təhlükəsiz gələcək qurmaq məqsədilə birlikdə işləməyə davam etməyə ümidvar olduğumuzu bildiririk. Bu əlamətdar yubiley münasibətilə Sizə bir daha ən səmimi salamlarımızı və təbriklərimizi çatdırırıq. Biz Sizə, Azərbaycan xalqına qarşıdakı illərdə davamlı uğurlar və rifah arzulayırıq. Hörmətlə, Boaz Levi - İsrailin “Israel Aerospace Industries” şirkətinin prezidenti və baş icraçı direktoru".
13-05-2023, 10:40
Ukrayna ordusu 17 İran PUA-sını məhv etdi


Ukrayna ordusu 17 İran PUA-sını məhv etdi

Gecə saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İran istehsalı 21“Şahed” PUA-sından 17-ni məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb. Bildirilir ki, Rusiya şimal və cənubdan kamikadze PUA-larla hücuma keçiblər. Bundan başqa, dünən Rusiyanın “Orlan-10” və 4 "Lancet" pilotsuz uçuş aparatları zərərsizləşdirilib.
13-05-2023, 00:39
Təxribat nəticəsində həlak olan hərbiçimizin fotoları yayıldı


Təxribat nəticəsində həlak olan hərbiçimizin fotoları yayıldı

Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Şəhid Məhəmməd Qarayev Qəbələ rayonundandır. Müdafiə Nazirliyindən bildirilib ki, hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

13-05-2023, 00:26
Erməni təxribatı nəticəsində hərbiçimiz həlak oldu


Erməni təxribatı nəticəsində hərbiçimiz həlak oldu

Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!