30-05-2023, 13:02
Sabahın havasıSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 20-25° isti olacaq.
30-05-2023, 12:03
Ermənistan prezidenti Paşinyanla görüşünün məmnunluğunu dilə gətirdi"Ermənistanın cari gündəmindəki çox müxtəlif mövzularda baş nazir Nikol Paşinyanla başqa bir müntəzəm müzakirə aparmaqdan məmnunam". Bunu Ermənistan prezidenti Vahaqn Xaçaturyan twitter səhifəsində yazıb. "Regionumuzda qalıcı sülh və sabitliyi təmin etmək siyasətinə, səylərinə və öhdəliklərinə tam dəstəyimi bir daha ifadə etdim", - deyə o qeyd edib. Bildirilib ki, görüşdə həmçinin iqtisadi məsələlər müzakirə edilib.
30-05-2023, 11:57
“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edildiMilli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini ratifikasiya edib. Layihəyə əsasən, Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT iştirakçı dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Fondun Nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paylara bölünüb. Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğz respublikalarıdır.
30-05-2023, 11:54
Türkiyədə 2 ildən sonra yenidən seçki keçiriləcək - Ümit Özdağ"Türkiyədə 2 ildən sonra yenidən seçki keçiriləcək". Bunu İYİ Partiyadan qopmuş ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ "Halk TV"nin efirində qonaq olarkən deyib. "Bu seçkilərin 2 il üçün olduğunu düşünürəm. Hökumət 5 il davam gətirməyəcək. Bələdiyyə seçkilərindən sonra yenidən ümumi seçkilər üçün təqvim başlayacaq", - o bildirib. Özdağ 2024-cü ilin əvvəllərində baş tutacaq bələdiyyə seçkilərindən də danışıb. "Milliyyətçi liqadan söhbət gedir. Məsələn, yerli seçkilərdə X bir namizədi biz, İYİ Partiya və MHP hansısa vilayətdə eyni namizədi dəstəkləyə bilərik. Bir az çətin olar, bilmirəm, amma ola bilər. Eyni şey MHP ilə də ola bilər", - Özdağ əlavə edib.
30-05-2023, 11:39
Prezident israilli həmkarını qarşıladıAzərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verdi. Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamladı. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İsrail Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail Prezidenti İsxak Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İsxak Hersoqun qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
30-05-2023, 11:03
Onlayn reseptlər pilot layihə kimi təqdim olunduAdətən həkimlərin yazdığı reseptləri oxumaq asan olmur. Sanki onların ayrıca əlifbaları var və bunu yalnız özləri və əczaçılar oxuya bilir. Amma bəzən onlar da belə reseptləri oxumaqda çətinlik çəkirlər. Əczaçılar da bəzən resepti oxuya bilmədiklərindən onu yazan həkimlə danışmaq məcburiyyətində qalırlar. Bu mümkün olmadıqda reseptin şəklini həmkarları ilə bölüşür, yazılan preparatların adlarını aydınlaşdırmağa çalışırlar. Bütün bu çətinlikləri aradan qaldırmaq üçün Səhiyyə Nazirliyi rəqəmsal resept layihəsini hazırlayır. Onlayn reseptlər artıq Bakı şəhər Narkoloji Dispanserində pilot layihə kimi təqdim olunub. İlin sonuna qədər onun bütün tibb müəssisələri və apteklərdə tətbiqi gözlənilir. Layihənin bir sıra digər üstünlükləri də var. Bu barədə Səhiyyə Nazirliyinin şöbə müdiri Kəbutər Mövsümlü bildirib. O qeyd edib ki, rəqəmsal resept kağız dövriyyəsini aradan qaldıracaq, həmçinin vətəndaşlara daha sürətli və elektronlaşdırlmış şəkildə xidmət göstəriləcək: "Reseptsiz satışına icazə verilməyən dərman preparatlarının qanunsuz satışının qarşısını alacaq. Yəni bu sahədə şəffaflığı təmin edəcək”. Bəzən pasiyentlər əl ilə yazılmış kağız resepti itirdiklərinə və ya həmin resept yarasız hala düşdüyünə görə həkimləri ilə yenidən görüş təyin etməli olurlar. Layihə bu cür halların aradan qaldırlmasında müsbət rol oynayacaq. Şöbə müdiri işi xeyli asanlaşdıracaq elektron reseptlərin istifadə qaydası barədə belə deyib: “Sistem həm fərdi kompüter, həm də mobil cihazlarda istifadə üçün nəzərdə tutulub. Belə ki, vətəndaşlar sistemə asan login vasitəsilə daxil ola biləcəklər. Eləcə də tibb müəssisəsində vətəndaşların fərdi identifikasiya nömrəsinə əsasən onlara elektron resept tərtib olunaraq mərkəzi uçot sistemi bazasına ötürüləcək. Vətəndaşlar onlara təqdim olunmuş elektron reseptin və ya fərdi identifikasiya nömrəsini, eləcə də QR kodunu əczaçılıq müəssisəsinə təqdim edərək lazım olan dərman preparatlarını ala biləcəklər”. Elektron reseptə yazılacaq preparatlar Taarif Şurasının qərarı ilə dövlət qeydiyyatına alınmış dərman vasitələri bazası əsasında həyata keçiriləcək.