Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
3-08-2023, 13:31
Xaçaturyanın həbsiylə bağlə fikirlərə cavab verildi


Xaçaturyanın həbsiylə bağlə fikirlərə cavab verildi

"İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçaturyanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur".
Bu, Azərbaycan XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
"Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir", - məlumatda qeyd edilib.
3-08-2023, 12:53
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-31° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
3-08-2023, 12:45
Su böhranı artıq Ermənistandadır - Paşinyan


Su böhranı artıq Ermənistandadır - Paşinyan

Ermənsitan su böhranı ilə üzləşib.
Bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Su böhranı artıq Ermənistandadır. Bildirim ki, Ermənistandakı su böhranı həm də infrastrukturun olmaması və köhnəlməsi ilə bağlıdır. Bizim bu cür yanaşmamız mövcud vəziyyəti daha da ağırlaşdırır”, - deyə Paşinyan əhalinin su təminatı ilə bağlı vəziyyətin ürəkaçan olmadığını bildirib.
3-08-2023, 12:10
İranın 13 əyalətində çörək bahalaşdı


İranın 13 əyalətində çörək bahalaşdı

Avqustun 2-dən İranın 13 əyalətində bütün növ çörəklərin qiyməti bahalaşıb.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Bildirilir ki, İran lideri İbrahim Rəisi bir neçə gün əvvəl çörəyin qiymətinin bahalaşmasının hökumətin qırmızı xətti olduğunu və buna yol verilməyəcəyini demişdi.
3-08-2023, 11:49
Ermənistan sülhün bərqərar olmasına dair razılaşmalara sadiqdir - Paşinyan


Ermənistan sülhün bərqərar olmasına dair razılaşmalara sadiqdir - Paşinyan

Uzunmüddətli, sabit və davamlı sülhün yaranması üçün imkanlar mövcuddur.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O qeyd edib ki, Ermənistan ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülhün bərqərar olmasına dair razılaşmalara sadiqdir.
3-08-2023, 11:38
Rusiya Norveçi dost olmayan ölkələr siyahısına daxil etdi


Rusiya Norveçi dost olmayan ölkələr siyahısına daxil etdi

Rusiya hökuməti Norveçi dost olmayan ölkələr siyahısına daxil edib.
Bu barədə Rusiya hökumətinin saytında məlumat yer alıb.
“Hökumət Norveç Krallığını Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil edib”, - hökumətdən bildirilib.
Qeyd edək ki, Rusiya mart ayında dost olmayan ölkələrin siyahısını tərtib edib. Siyahıya Avropa İttifaqı dövlətləri və daha 21 ölkə daxildir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!