"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
5-08-2023, 12:57
Şuşada avtomat meteroloji stansiya quraşdırıldı


Şuşada avtomat meteroloji stansiya quraşdırıldı

Şuşa şəhərində avtomat meteoroloji stansiya quraşdırılıb.
Bu barədə Şuşa şəhərində keçirilən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında məlumat verilib.
Bildirilib ki, Şuşa şəhəri ərazisində hidrometeoroloji şəbəkənin bərpası istiqamətində bütün lazımi sensorlarla təchiz edilmiş avtomat meteoroloji stansiyanın quraşdırılması işləri yekunlaşdırılıb. Bu stansiyanın quraşdırılması ilə Şuşa rayonunun iqlim şəraitinin qiymətləndirilməsinə, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılmasına nail olunub. Regionda hidrometeoroloji xidmət səviyyəsinin artırılması rayon ərazisində fəaliyyəti nəzərdə tutulan istehsal və kənd təsərrüfatı sahələri üçün çox faydalıdır.
5-08-2023, 12:36
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 31-36° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.
5-08-2023, 12:22
Sabiq Baş nazir 3 il azadlıqdan məhrum edildi


Sabiq Baş nazir 3 il azadlıqdan məhrum edildi

Pakistanın sabiq Baş naziri İmran Xan barəsində məhkəmə tərəfindən 3 il həbs cəzası qərarı qəbul edilib.
Bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, sabiq hökumət başçısı dövlət xəzinəsindən dələduzluq yolu ilə qiymətli əşyalar satdığına görə barəsində 3 illik həbs qərarı qəbul edilib.
Qeyd edək ki, bu ilin 9 mayında İmran Xan barəsində irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı məhkəmə iclasında iştirak etmək üçün gələn zaman silahlı polislər tərəfindən saxlanılıb.
Həbs edilməsindən sonra İmran Xanın lideri olduğu Təhrik-i-İnsaf partiyası tərəfdarlarını etiraz etməyə çağırıb. Bundan bir neçə saat sonra Lahor, Kəraçi və Pişəvər də daxil olmaqla bir sıra şəhərlərdə zorakılıq halları baş qaldırıb.
Mayın 11-də Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın həbsini qanunsuz elan edib.
Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.
Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!