"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
15-08-2023, 16:57
İspaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı


İspaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.
XİN-dən verilən xəbərə görə, İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin “X” sosial media platformasında Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimi dəstəkləyən təxribat xarakterli paylaşımı ilə əlaqədar, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Patrisia Serrano Sançez Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Ermənistanın Azərbaycanın suveren ərazisində qurduğu qanunsuz separatçı rejimi təbliğ edən X paylaşımının qəbuledilməz olduğu və öz ərazisində separatizmlə mübarizə aparan İspaniya kimi ölkə tərəfindən belə bir addımın atılmasının anlaşılmaz olduğu vurğulanıb. Bu qeyri-konstruktiv yanaşmanın Azərbaycan-İspaniya münasibətlərinin ruhuna uyğun gəlmədiyi və Azərbaycan tərəfindən qətiyyətlə pislənildiyi diqqətə çatdırılıb.
İspaniyanın müvəqqəti işlər vəkili ölkəsinin davamlı olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini bildirib. Sözügedən X paylaşımının texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən dərhal sonra həmin paylaşımın silindiyini diqqətə çatdırıb.
Azərbaycan tərəfi belə halların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu bildirib.
15-08-2023, 16:47
Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olundu


Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olundu

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.
İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 934 namizəddən 4 nəfər imtahana gəlməyib. Namizədlərdən 769 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 17-dən 22-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.
Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına 16 avqust saat 10:00-dan 17 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.
15-08-2023, 16:22
Hikmət Hacıyev kütləvi məzarlıqlarla bağlı paylaşım etdi


Hikmət Hacıyev kütləvi məzarlıqlarla bağlı paylaşım etdi

“Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev X platformasında paylaşım edib.
“Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, qeyri-insani rəftara və işgəncələrə məruz qaldığı, öldürüldüyü və kütləvi məzarlıqlarda basdırıldığı Şuşa həbsxanası yaxınlığında 4 000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı müəyyən edilib”, - deyə paylaşımda qeyd edilib.
15-08-2023, 15:43
Müharibədən sonra ilk dəfə Odessa çimərliyi yenidən fəaliyyətə başladı


Müharibədən sonra ilk dəfə Odessa çimərliyi yenidən fəaliyyətə başladı

Ukraynada müharibənin başlamasından sonra ilk dəfə Odessa çimərlikləri yenidən fəaliyyətə başlayıb.
Çimərliklərin minadan təmizlənən bir hissəsi insanların istifadəsinə verilib.
Odessa qubernatoru Oleq Kiper "Telegram" mesajlaşma proqramında bildirib ki, çimərliklərin açılması barədə qərar şəhərin mülki və hərbi idarələri tərəfindən birgə qəbul edilib.
Hava hücumları zamanı dənizdə üzmək qadağan edilib. Çimərliklər saat 8:00-dan 20:00-a kimi açıq olacaq.
Ukraynanın ən böyük limanı və dəniz bazası olan Odessa müharibənin başlamasında sonra dəfələrlə raket və PUA hücuma məruz qalıb. Dənizdə isə yüzlərlə mina "üzür".
15-08-2023, 15:24
Şuşada növbəti kütləvi məzarlıq aşkarlandı


Şuşada növbəti kütləvi məzarlıq aşkarlandı

Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.
Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və müvafiq qurumların əməkdaşları kütləvi məzarlığın aşkarlandığı ərazidədir.
Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl isə iyun ayında Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib.
İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.
15-08-2023, 14:54
Dağıstanda baş vermiş partlayışın səbəbi bəlli oldu


Dağıstanda baş vermiş partlayışın səbəbi bəlli oldu

RF Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışın səbəbi məlum olub.
Bu barədə özünü RİA Novosti-yə yanacaqdoldurma məntəqəsinin nümayəndəsi kimi təqdim edən hadisə şahidi Murad Muradov bildirib.
O bildirib ki, partlayışa qarşı tərəfdəki anqarlarda saxlanılan selitranın yanması səbəb olub.
Şahidin sözlərinə görə, hadisənin yanacaqdoldurma məntəqəsinin özü ilə heç bir əlaqəsi yoxdur, zərərçəkən tərəf onlardır.
Xatırladaq ki, faciədə 35 nəfər həyatını itirib, 100-dən çox yaralı var. Dağıstanda partlayışla əlaqədar matəm elan edilib.
15-08-2023, 14:51
“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edildi


“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edildi

“Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Yeni dəyişikliyə əsasən, dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısı hazırlanacaq.
Nazirlər Kabineti 4 ay müddətində dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Bundan başqa dərman vasitələrinin yeni dövlət qeydiyyatına alınması qaydası təsdiqlənəcək. Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Həmçinin, Nazirlər Kabineti 4 aya Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və yaradılacaq “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görməlidir.
Yeni dəyişikliyə görə, Tarif Şurası gələn aya kimi dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək. Şura “Dərman vasitələri haqqında” qanunda nəzərdə tutulmuş dərman vasitələrinin sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərini, o cümlədən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
15-08-2023, 14:20
Bloger Nicat Şakirlinin son vəziyyəti açıqlandı


Bloger Nicat Şakirlinin son vəziyyəti açıqlandı

15.08.2023-cü il tarixində saat 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.
Kliniki Tibbi Mərkəzdə müalicəsi aparılan Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Hazırda həkim nəzarəti altındadır.
Fəxri Rüstəmova Sabunçu Tibb Mərkəzində sağ əlin iki barmağının kəsilmiş yarası diaqnozu ilə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Daha sonra vətəndaş özünün və ailəsinin istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
15-08-2023, 13:55
Ekrem İmamoğlu mühüm açıqlama


Ekrem İmamoğlu mühüm açıqlama

Türkiyənin İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu mühüm açıqlama verib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
"İstanbul üçün bir dəfə də yola çıxıram. Özümü İstanbula möhürlənmiş olaraq qəbul edirəm. İstanbulu yenidən qazanmaq üçün bir araya gəlməliyik", - o qeyd edib.
"Namizəd olduğumu demədim, dedim ki, yola çıxıram", - İstanbul meri söyləyib.
15-08-2023, 13:37
İranın sabiq Prezidentinə cinayət işi açıldı


İranın sabiq Prezidentinə cinayət işi açıldı

İranın sabiq Prezidenti Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.
Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Satayşi məlumat verib.
“Həsən Ruhaniyə qarşı din xadimləri üçün xüsusi prokurorluqda müvafiq yurisdiksiya saxlanılmaqla cinayət işi qaldırılıb”, - o qeyd edib.
Ruhani valyuta bazarındakı pozuntulara və birjaya müdaxilələrdə ittiham olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!