Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
24-08-2023, 17:51
Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermir


Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermir

Təbii ki, biz post-münaqişə mövzusunda danışarkən digər istiqamətlərdə aparılan layihələr və danışıqlar barədə də fikir mübadiləsi apardıq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistanın bir sıra öhdəlikləri diqqətə çatdırıldı. Hansı ki bunlardan nəqliyyat-kommunikasiyaların açılması, Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması əsas məqamlardan biridir. Bu istiqamətdə iki il yarım gedən danışıqlarda bəlli bir irəliləyiş olsa da, Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermir”, - nazir əlavə edib.
24-08-2023, 17:43
Belçika XİN: “Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”


Belçika XİN: “Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”

Qarabağla bağlı narahatlığımızı bildirdik.
Bunu Belçika xarici işlər naziri Hadja Labib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Təşəkkür edirəm ki, bizimlə bu məsələləri müzakirə etdiniz. Mən Ararat Mirzoyana bildirdim ki, indi dayanıqlı sülh əldə olunsması üçün tarixi fürsətdir. Biz bu məsələdən dialoqla çıxa bilərik. Səmimi şəkildə bildirirəm ki, əla fürsətdir. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Sülh təşəkkül tapmalıdır. Budur səfərimizin məqsədi", - o deyib.
24-08-2023, 17:36
Qarabağdakı ermənilərin idarəçilər kimi qələmə verilməsi qınanılmalıdır - XİN Başçısı


Qarabağdakı ermənilərin idarəçilər kimi qələmə verilməsi qınanılmalıdır - XİN Başçısı

Laçın dəhlizi ətrafındakı prosesləri müzakirə etdik.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması erməniləri qıcıqlandırıb:
"Bunu həzm etməyən ermənilər təxribatlara əl atıb. Ancaq Azərbaycan konstruktiv yol tutub. Bu gün də yoldan ermənilər keçirlər. Humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etdik. Ermənistanın bunu bloklamağa çalışması qəbuledilməzdir. Humanitar yardımın siyasiləşdirilməsi qəbuledilməzdir. Əgər bir tərəf bir yolu qəbul edib, digərini qəbul etmirsə, bu hadisənin siyasiləşdirilməsi cəhdini göstərir. Azərbaycan bunun üçün addımlar atıb. Lakin Qarabağdakı ermənilərin idarəçilər kimi qələmə verilməsi beynəlxalq aləm tərəfindən qınanılmalıdır"
24-08-2023, 17:29
Seperatçılığın təbliğatını aparan erməni axtarışa verildi


Seperatçılığın təbliğatını aparan erməni axtarışa verildi

1970-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan Matevosyan Karen Eduardi avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
24-08-2023, 17:22
Ceyhun Bayramov belçikalı həmkarıyla Zəngəzur dəhlizini müzakirə etdi


Ceyhun Bayramov belçikalı həmkarıyla Zəngəzur dəhlizini müzakirə etdi

Görüş zamanı ikitərəfli iqtisadi əlaqələrdən söhbət aparmışıq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir. 2022-ci ildə ticarət dövriyyəsi 80 milyon ABŞ dolları olub. Biz Belçikaya 250 milyon dollar investisiya qoymuşuq. Belçika isə ölkəmizə 120 milyon ABŞ dollar investisiya yatırıb", - nazir bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Hadja Lahbib ilə Zəngəzur dəhlizinin açılması məsələsini də müzakirə edib. Görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar. C.Bayramov Zəngəzur dəhlizinin də Şərq qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.
24-08-2023, 16:54
XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etdi


XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin X-dəki rəsmi səhifəsində paylaşım edilib.
“Müstəqillik Günü münasibətilə dost Ukrayna hökuməti və xalqını təbrik edirik. Biz strateji əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik.
Milli bayramınız mübarək!”, - paylaşımda deyilir.
24-08-2023, 16:50
Laçının 98 yaşlı sakini doğma yurduna qayıtdı


Laçının 98 yaşlı sakini doğma yurduna qayıtdı

Laçın şəhərinin 98 yaşlı sakini Nərgiz Xəlil qızı Əsədova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Artıq bir aydan çoxdur ki, o, şəhərdəki bərpa olunmuş evində yaşayır. Laçını daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Nərgiz nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirir...
Dövlət Komitəsi Ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanmasını davam etdirir.

24-08-2023, 15:56
Priqojinlə birlikdə təyyarədə ölənlərin siyahısı müəyyənləşdi


Priqojinlə birlikdə təyyarədə ölənlərin siyahısı müəyyənləşdi

Xəbər verdiyimiz kimi, Rusiyada "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin də göyərtəsində olduğu təyyarənin qəzaya uğraması nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri həyatını itiriblər.

Valeri Çekalov Priqojinə ən yaxın "menecer"lərdən biri imiş. O, 2000-ci illərdən oliqarxın yanındadır. Priqojin Moskvada məktəblərin ərzaq bazarını ələ keçirəndə layihəyə Çekalov rəhbərlik edib. O, sonradan hərbçilər üçün ərzaq tədarükü müqavilələrinə də cavabdehlik daşıyıb. Çekalov Priqojinin xaricdəki bütün “mülki” layihələrinə, istər geoloji kəşfiyyat, istər neft hasilatı, istərsə də kənd təsərrüfatı kimi layihələrə nəzarət edib. O, həmçinin "Vaqner"in logistika və təminatına da cavabdeh olub. Suriya və Afrikadakı bütün layihələrinin bağlı olduğu özəl şirkətlərə də rəhbərlik edən Çekalov idi.

Dmitri Utkin "Vaqner"də Priqojinin sağ əli olub. Komanda və döyüş hazırlığına məsul şəxs Utkin idi. Məlumata görə, Priqojin, Utkin və Çekalov həmişə birlikdə uçurmuş. Çekalov bütün arxa cəbhəyə, Utkin isə döyüş bölməsinə cavabdeh olub.

Yevgeni Makaryan keçmiş polis, rütbəcə kiçik leytenant olub. O, 2016-cı ilin martında "Vaqner"ə qoşulub. Sambo ilə məşğul olub. O, 2017-ci ilin yanvarında ABŞ təyyarələrinin atəşinə məruz qalan Suriyadakı 4-cü "Vaqner" hücum dəstəsinin tərkibində olub. Hadisə zamanı sol bud nahiyəsindən yara alıb. Priqojinin cangüdəni olduğu deyilir.

Sergey Propustin hərbçi, rütbəcə praporşik olub. İkinci Çeçenistan müharibəsində vuruşub. 2015-ci ilin martında "Vaqner"ə qoşulub. Muzdluların ikinci kəşfiyyat və hücum dəstəsinin üzvü olub. Propustinin də Priqojinin cangüdəni olduğu bildirilir.

Aleksandr Totmin də Priqojinin cangüdənlərindən biri olub, onun haqqında məlumatlar məhduddur.
Nikolay Matuseyev 2017-ci ilin yanvarından "Vaqner"dədir. O, Suriyada 4-cü hücum dəstəsində atıcı kimi xidmət edib.

Aleksey Levşin təyyarə ekipajının komandiri olub. O, Voronejdəndir. Onun həyat yoldaşı Svetlana Levşina avqustun 23-də axşam sosial şəbəkələrdə ərinin öldüyünü təsdiqləyib.

Rüstəm Kərimov təyyarənin 29 yaşlı ikinci pilot idi. 2014-cü ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbini bitirib. Həyat yoldaşı Anastasiyanın "VKontakte"dəki şəxsi səhifəsində verdiyi məlumata görə, Rüstəmin ölümündən 5 gün əvvəl onlar evliliklərinin dördüncü4-cü ildönümünü qeyd ediblər.

Kristina Raspopova isə stüardessa olub. 38 yaşlı qadın əslən Çelyabinsk vilayətindəndir. Moskva Maliyyə və Hüquq Universitetini bitirib. Məlumata görə, o, Çelyabinsk vilayətinin Yemanjelinsk şəhər prokurorunun müavini Yevgeni Raspopovun bacısıdır. Bildirilir ki, yola düşməzdən bir neçə saat əvvəl ailəsinə bildirib ki, nədənsə onların uçuşu gecikib. İddialara görə, təyyarəni qısamüddətli təmirə aparıblar.

Qeyd olunub ki, Priqojinin həyat yoldaşı Lyubov hadisə zamanı Hindistanda tətil keçirirmiş.
24-08-2023, 15:40
Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı


Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
Bu barədə TASS agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfər sentyabrın 4-də baş tutacaq. Ərdoğan Soçidə rusiyalı həmmkarı Vladimir Putinlə görüşəcək.
Liderlərin “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.
24-08-2023, 15:34
31 il sonra nəşinin qalıqları tapılan hərbiçimiz dəfn olundu


31 il sonra nəşinin qalıqları tapılan hərbiçimiz dəfn olundu

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşən və 31 il sonra meyitinin qalıqları tapılan Niftəliyev Adil Kamal oğlu Xaçmaz rayonunda dəfn olunub.
Şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında ata və anasının dəfn olunduğu Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.
Qeyd edək ki, Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini, 1966-cı il təvəllüdlü Niftəliyev Adil Kamal oğlu birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Onun meyitinin qalıqları 31 il sonra Daşaltı kəndində aşkarlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!