Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
26-08-2023, 23:41
Laçında keçirilən atəşfəşanlıq maraqla qarşılandı


Laçında keçirilən atəşfəşanlıq maraqla qarşılandı

Avqustun 26-da ilk dəfə keçirilən Laçın şəhəri gününün yaddaqalan məqamlarından biri də axşam saatlarındakı atəşfəşanlıq olub.
Möhtəşəm atəşfəşanlığı şəhərin hər bir tərəfindən izləmək mümkün olub.
Atəşfəşanlıq böyük maraqla qarşılanıb.

26-08-2023, 22:39
Akşener müxalifəti sərt tənqid etdi


Akşener müxalifəti sərt tənqid etdi

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener may ayında keçirilən seçkilərdə məğlubiyyətə görə müxtəlifi sərt tənqid edib.
Bu barədə o, Afyon Kocatepedə çıxışı zamanı danışıb.
Akşener “məğlubiyyətin qarşısını ala bilmədiyinə görə" dəfələrlə xalqdan üzr istəyib.
O, ittifaq sistemini tənqid edib və qarşıdan gələn yerli seçkilərə təkbaşına qatılacaqlarını deyib.
"Biz dedik, etiraz etdik ki, millət olmayan yerdən, siyasi elitanın, sözdə fikir liderlərinin rəhbərliyi altında istehsal olunan siyasət uğurlu olmayacaq. Biz reaksiya verdik, xəbərdarlıq etdik. Çox təəssüf ki, biz təkcə hökumət üzvləri ilə deyil, həm də bu seçkinin uduzmasına çalışanlarla mübarizə apardıq”.
Akşener seçkidən sonra susqunluğunu tənqid edənlərə də cavab verib: “Mən susdum, amma “60 faizlə qalib gələcəyik” deyənlər susmadı”
26-08-2023, 22:20
Bakıda klassik avtomobillərin sərgisi keçirildi


Bakıda klassik avtomobillərin sərgisi keçirildi

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi keçirilib.
Sərgidə avqustun 27-də keçiriləcək yürüş üçün qeydiyyatdan keçmiş klassik avtomobillər, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən avtomobil sərgisinin eksponatları sırasında olan bəzi nəqliyyat vasitələri yer alıb. Ümumilikdə sərgidə 140-dan çox avtomobil nümayiş olunub.
Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə unikallığı ilə seçilən avtomobil də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz “Qaz-M21 Volqa” avtomobili üzərində yaradılıb. Bu, avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.
Sərgidə 1983-cü ilədək istehsal olunmuş retro nəqliyyat vasitələri nümayiş etdirilib. Ən qədim avtomobil isə 1931-ci il istehsalı olan “Ford Model A” markalı maşın olub.
Sərgidə iştirak edən “Mercedes-Benz C-Class 170” avtomobilinin sürücüsü Azər Abıyev AZƏRTAC-a açıqlamasında bildirib ki, bu avtomobil dünyada öz seriyasının birinci versiyasıdır. “2022-ci ildə Almaniyada keçirilən avtomobil sərgisindən almışam. Həftədə bir dəfə - yalnız bazar günləri istifadə edirəm. Bu avtomobildən Azərbaycanda bir dənədir”, - deyə o əlavə edib.
“Harley-Davidson” markalı motosikletin sahibi Vladislav Vologin nəqliyyat vasitəsinin 1938-ci ilə məxsus olduğunu söyləyərək bildirib: “Bu, mənə babamdan qalıb. Hazırda çox az adam bundan istifadə edir”.
Sərgiyə 1926-cı il istehsallı “Moskvich”i ilə qatılan Araz Kərimov isə nəqliyyat vasitəsini beş il əvvəl Polşadan gətirdiyini vurğulayıb. O deyib: “Avtomobili təxminən 1500 dollara almışam. Bu cür köhnə avtomobillərə uşaqlıqdan həvəsim var”.
Qeyd edək ki, klassik avtomobillər avqustun 27-də Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcəklər.
Əlli kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatacaq klassik avtomobillərin orada da sərgisi təşkil olunacaq. Tamaşaçılara, həmçinin tanınmış ifaçıların iştirakı ilə konsert proqramı təqdim ediləcək.
Əyləncə proqramına müsabiqələrin keçirilməsi, müxtəlif nominasiyalarda hədiyyələrin təqdimatı da daxildir.









26-08-2023, 21:44
İdmançımız Avropa çempionu tituluna sahibləndi


İdmançımız Avropa çempionu tituluna sahibləndi

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionu tituluna sahib olub. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İlk mərhələdən azad olan 24 yaşlı taekvondçu mübarizəyə 1/8 finaldan qoşulub. O, ilk görüşdə danimarkalı Riski Farnesi məğlub edib. Maqomedov ardınca Xristiyan Giorgiyevə (Bolqarıstan) eyni aqibəti yaşadıb.
Taekvondoçumuz yarımfinalda Lev Korneyev (Serbiya) üzərində də inamlı qələbə qazanıb. Qaşım finalda niderlandlı Amyen Açnini sınağa çəkib. Gərgin keçən döyüşdə teakvondoçumuz rəqibinə heç bir şans verməyərək Avropa çempionatının qızıl medalına yiyələnib və Tallində Azərbaycan himnini səsləndirib.
Bununla da yığmamızın Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələnib.
Estoniyada eyni zamanda keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.
Beləliklə, 3 gün davam edən 2 Avropa çempionatında Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.
26-08-2023, 20:25
Fərmanımla növbəti tədbirlər Füzuli şəhərində olacaq - Prezident


Fərmanımla növbəti tədbirlər Füzuli şəhərində olacaq - Prezident

"Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonunun Zabux kənd sakinləri ilə görüşündə deyib.
"Bu gün Laçın Şəhəri Günüdür. Çünki 26 avqust - keçən ilin bu günündə ordumuz Laçın şəhərinə daxil oldu. Beləliklə, 26 avqust bundan sonra Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edildi. Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq", - deyə dövlət başçısı qeyd edib.
26-08-2023, 19:51
Selə görə təhlükədə olan insanlar təxliyə edildi


Selə görə təhlükədə olan insanlar təxliyə edildi

İsmayıllıda çaya sel gəlməsi səbəbindən təhlükəli vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Şirinov Raqif Elman oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Cəlil Ağasif oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Etiram Niyazi oğlu və 1980-ci il təvəllüdlü Şirinov Abuzər Qurban oğlunu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.
26-08-2023, 18:37
Təyyarələrin toqquşması üç pilotun ölümünə səbəb oldu


Təyyarələrin toqquşması üç pilotun ölümünə səbəb oldu

Avqustun 25-də Ukraynanın Jitomir vilayətində iki L-39 döyüş təlim təyyarəsi toqquşub.
Məlumatı Ukrayna Milli Təhqiqatlar Bürosu yayıb.
Qəza nəticəsində üç pilot həlak olub. İlkin məlumata görə, toqquşma uçuş təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib.
“Döyüş tapşırığı zamanı Jitomir yaxınlığında səmada iki L-39 döyüş təlim təyyarəsi toqquşub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin üç pilotu həlak olub”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, L-39 Çexoslovakiyanın "Aero Vodochody" şirkəti tərəfindən istehsal edilən təlim və yüngül döyüş təyyarəsidir.
26-08-2023, 18:14
Zabux kəndinə yola salınan ilk köç karvanı ünvana çatdı


Zabux kəndinə yola salınan ilk köç karvanı ünvana çatdı

Bakı şəhərinin Qaradağ rayonundakı «Qobu park 3» yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Milli Məclisin deputatı Mahir Abbaszadə iştirak ediblər.
Ailələrə avqustun 7-də Dövlət Komitəsində keçirilən püşkatma zamanı müəyyənləşdirdikləri mənzillərin açarları təqdim olunub.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 20 ailə — 88 nəfər köçürülüb. Yaxın günlərdə sakinlərin kəndə köçürülməsi davam edəcək.
26-08-2023, 16:56
Ermənilərin təxribatının qarşısı alındı


Ermənilərin təxribatının qarşısı alındı

Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.
26-08-2023, 16:19
Güclü yağış yol örtüyünü sıradan çıxardı


Güclü yağış yol örtüyünü sıradan çıxardı

Yardımlı rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Yardımlı-Deman-Arvana avtomobil yolunun 14-24-cü kilometrlik hissəsində yol örtüyünü yuyaraq sıradan çıxarıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, nəticədə yolun sözügedən kilometrliyində yol örtüyü tamamilə yararsız vəziyyətə düşüb.
Dərhal təbii fəlakət baş verən əraziyə Agentliyin canlı qüvvəsi və texnikası cəlb edilib. Avtomobil yolunun əsaslı şəkildə bərpa olunması istiqamətində hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən yolda yaranmış fəsadlar aradan qaldırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!