"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
25-08-2023, 14:32
Peskov: "Putin son vaxtlar Kremldə Priqojinlə görüşməyib"


Peskov: "Putin son vaxtlar Kremldə Priqojinlə görüşməyib"

"Putin son vaxtlar Kremldə Priqojinlə görüşməyib".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Priqojinin təyyarə qəzasında Kremlin əli olması ilə bağlı iddiaları tamamilə yalandır. Onun ölümünü təsdiqləmək üçün genetik ekspertiza da daxil olmaqla ekspertizalar lazımdır, lakin rəsmi nəticələr yoxdur", - sözçü əlavə edib.
"Vaqner"in gələcəyi ilə bağlı heç nə deyə bilməyəcəyini bildirən Peskov de-yure belə bir strukturun olmadığını qeyd edib.
"İndi Putinin Priqojinin dəfnində iştirak edib-etməyəcəyini söyləmək mümkün deyil, prezidentin iş qrafiki sıxdır. Rusiya prezidenti sentyabrda Hindistanda keçiriləcək G20 sammitinə getməyəcək. Putinlə Ərdoğanın görüşü artıq hazırlanır, o, tezliklə baş tutacaq. Hava hücumundan müdafiə sistemləri Ukrayna PUA-larının Rusiya Federasiyasına hücumlarını dəf etmək üçün kifayət qədər effektiv işləyir", - Peskov söyləyib.
25-08-2023, 13:28
ANAMA-dan Cəbrayılda baş vermiş partlayışla bağlı açıqlama


ANAMA-dan Cəbrayılda baş vermiş partlayışla bağlı açıqlama

Cəbrayıl rayonu ərazisində partlayış hadisəsi baş verib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.
Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.
Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.
25-08-2023, 13:15
İlham Əliyev və xanımı Kəlbəcərə səfər etdi


İlham Əliyev və xanımı Kəlbəcərə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.
Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.
Dövlətimizin başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
25-08-2023, 12:21
Cəbrayılda mərmi partladı - Bir nəfər yaralandı


Cəbrayılda mərmi partladı - Bir nəfər yaralandı

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
25-08-2023, 11:17
Baş Prokurorluq Xəzərdə baş vermiş hadisəylə bağlı açıqlama verdi


Baş Prokurorluq Xəzərdə baş vermiş hadisəylə bağlı açıqlama verdi

Baş Prokurorluq aqvqust 24-də Xəzər dənizində baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər Dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
24-08-2023, 23:02
Müvəkkil Hüquq Mərkəzinin sədrinin İmirlidə araşdırmaları davam edir


Müvəkkil Hüquq Mərkəzinin sədrinin İmirlidə araşdırmaları davam edir - FOTOLAR

Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı kəndi, Vedibasar mahalının Hörtun kəndindən departasiya olunaraq Bərdə rayonunun İmirli kəndində məskunlaşmış şəxslərlə hüquqşünas Səməd Vəkilov araşdırmaları davam etdirir.
Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov QHT.az- a açıqlamasında bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir: “Dərləyəz mahalının Çivə kəndində doğulub kişik yaşlarında İmirli kəndinə köçmək məcburiyyətində qalmış şəxslər İmran Nürəliyev, Əhəd Vəkilov, İslam Məmmədov, Yunis Sadıqov, Nəsib Calalov, Göyçə mahalının Mollalı kəndində doğulub İmirli kəndinə köç etmiş Baxış Fətəliyev, Dətələyəz mahalının Sallı kəndində doğulub kiçik yaşlarında İmirli kəndinə köçmək məcburiyyətində qalmış Mehbalı (Möhüb) Həziyev və başqalarının şəxsi hekayəsini qeydə almışam. Şəxsi hekayələrdəki ağrı-acıları həyacansız dinləmək mükün deyil”.

Pərvanə Fərhadqızı
FOTOLAR






24-08-2023, 21:21
Türkiyə və ABŞ müşavirləri telefon danışığı apardı


Türkiyə və ABŞ müşavirləri telefon danışığı apardı

Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Telefon danışığı zamanı qlobal məsələlər, Ukrayna, İraq və Kipr kimi bir çox regional məsələlər müzakirə edilib və məsələlər haqqında fikir mübadiləsi aparılıb.
24-08-2023, 20:47
Baxmut istiqamətində gedən döyüşlərdə yaralanan soydaşımız vəfat etdi


Baxmut istiqamətində gedən döyüşlərdə yaralanan soydaşımız vəfat etdi

Bir neçə ay öncə Baxmut istiqamətində gedən döyüşlərdə yaralanan soydaşımız Zahir Rəhimov xəstəxanada vəfat edib.
Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
O, əslən Qazax rayonundan olub.
Qeyd edək ki, Zahir Rəhimov bir neçə gün öncə Ukrayna SQ tərəfindən təltif olunub.
24-08-2023, 20:12
Putin təyyarə qəzasında həlak olanlara başsağlığı verdi


Putin təyyarə qəzasında həlak olanlara başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin Tver vilayətində baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
Bu barədə Putin Donetsk separatçılarının "rəhbəri" ilə görüşdə danışıb.
O, Yevgeni Priqojinin istedadlı olduğunu bildirib.
Putin qeyd edib ki, o, Priqojini 1990-cı illərin əvvəllərindən tanıyır, o, çətin taleyi olan insan olub, lakin istədiyi nəticələrə nail olub.
Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var.
24-08-2023, 19:17
Hərbiçilərimiz Tbilisidə keçirilən beynəlxalq təşkilata qatıldılar


Hərbiçilərimiz Tbilisidə keçirilən beynəlxalq təşkilata qatıldılar

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində "Agile Spirit 2023" çoxmillətli hərbi təlimində iştirak edirlər.
MN-dən verilən xəbərə görə, taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edirlər.
Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edilib ki, çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!