Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
16-08-2023, 11:20
Ali təhsil müəssisələrinə ixtisas seçiminə start verildi


Ali təhsil müəssisələrinə ixtisas seçiminə start verildi

Dövlət İmtahan Mərkəzi Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.
İxtisas seçimi bütün ix­ti­sas qrupları üzrə avqustun 28-dək in­ter­­net vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.
Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz.
Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün avqustun 28-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.
İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunub.
Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Subbakalavrların qəbul imtahanlarında işti­rak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:
- Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar;
- “ADA” Universitetinin ixtisasları;
- Bakı Ali Neft Məktəbinin ixtisasları.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Bakıda yerləşən 6 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.
16-08-2023, 10:10
Əsir saxlanılan hərbiçimizin ömürlük həbsi tələb olunur


Əsir saxlanılan hərbiçimizin ömürlük həbsi tələb olunur

Ermənistanda 20 il həbs cəzasına məhkum edilən azərbaycanlı əsir Hüseyn Axundovun işi ilə bağlı apellyasiya şikayəti verilib.
Bu barədə "zərərçəkmiş tərəf"in vəkili Karen Alaverdyan "Pastinfo"ya məlumat verib.
H.Axundovun guya qətlə yetirdiyi iddia edilən Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin varisləri hərbçimizin ömürlük həbs olunmasını tələb edir.
“Yalnız ömürlük həbs cəzanın məqsədini, xüsusən də qabaqlayıcı cəzanı təmin edə bilər”, - vəkil iddia edib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.
15-08-2023, 23:08
Aşıq Əkbər -90


Aşıq Əkbər -90

İllərin səltənətindən adlayıb bugünümüzə gəlib çatmış Aşıq poeziyasından söhbət açarkən ilk olaraq Aşıq Qurbani yada düşür, sonra da bu sırada Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Molla Cuma, Aşıq Valeh, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Aşıq Əmrah Gülməmmədov, Aşıq Hüseyn Saraçlı, Aşıq Kamandar Əfəndiyev, Aşıq Şakir, Aşıq Pənah, Aşıq Bəylər, Aşıq Mikayıl Azaflı, Aşıq İmran Həsənov və Aşıq Əkbər Cəfərov da yer tutr. Bu ustad aşıqlar uzaq-yaxın tariximizin sənət fədailəridir – hər birinin özünəməxsus sənət yolu, öz yaradıcılıq dəsti-xətti olub...
Təbii ki, Aşıq sənətinin ucalıqlarından bəhs edərkən Tovuz Aşıq məktəbinin görkəmli davamçısı, saz-söz sənətinin ölməz dühası Aşıq Əkbər Cəfərovun zəngin yaradıcılığından söhbət açmaya bilmirsən. Əslində, məqsədimiz bu günlərdə 90 illik yubileyi olacaq, yaddaşımızda artıq bir məktəbə çevrilmiş Əkbər Cəfərov - böyük sənəti ilə daim diqqət mərkəzində olmuşdur. Məqsədimiz misilsiz ozan haqda söhbət açmaq, onun yaradıcılığı barədə yazı yazmaq, dəyərli sənətini bir daha Aşıq poeziyasını sevənlərə təqdim etməkdir.
Məlum olduğu kimi, görkəmli saz, söz ustası Aşıq Əkbər Cəfərovun 90 illik yubileyi ilə əlaqədar hazırlıq işləri gedir. Bu mövzuda bir neçə dəfə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə görüşüb söhbət etdik. Məhərrəm müəllim söhbət əsnasında bildirdi ki, Aşıq Əkbərin 90 illik yubileyi həm boya-başa çatdığı Tovuz rayonunda, həm də Bakı şəhərində çox yüksək səviyyədə qeyd olunacaq. Bu günlərdə Şəmkirdə yaşayan bir dostumdan eşitdim ki, Tovuzda Aşıq Əkbər Cəfərovun 90 illik yubileyi münasibətilə hazırlıq işləri görülür...
Aşıq Əkbər Cəfərov yaradıcı aşıqdır. Onun həm ifaçılıq bacarığı, həm də yaradıcı ruhu aşıq sənətinə misilsiz töhfədir. Onun kimi bir ozan haqqında istəkli oxucularımıza məlumat verməyi özümə borc bilirəm.
Aşıq Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində Zərbəli kişinin ocağında dünyaya gəlmişdi. Erkən yaşlarından el-obanın toy şənliklərində aşıqlara qulaq asmış, məşhur zurnaçı Lələni, balabançı İbrahimi, dəfçi Mikayılı dinləmiş, onların ifaçılığına vurulmuş və onlardan çox şey əxz etmişdir. Beləliklə, balaca Əkbər ilk sənət ruhunu yastı balaban çalmaqla başlamışdır. Balabanın qəlbinə yatan sehrli sədaları onu Aşıq sənətinin ecazkar dünyasına yaxınlaşdırmışdır. Sonra ustad aşıqların yanında şəyirdliyə başlamışdır. Aşıq Əkbərin ilk ustadı Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olmuşdur.
Əkbəri el şənliklərində aşıq formasında görən insanlar - Ayə, bu, bizim balabançı Əkbərdi ki... - deyirmişlər. Aşıq Mirzə Bayramov, Aşıq Yusif Yusifov, Aşıq Mikayıl Azaflı kimi ustadlar gənc Əkbərə öz xeyir-dualarını veriblər. Ustadı Aşıq Qədir İsmayılov isə ömürünün sonuna qədər Aşıq Əkbər Cəfərovdan ayrılmayıb.
Mən Azərbaycan aşıq sənətinə kifayət qədər bələd olan bir insan kimi, Aşıq Əkbərin sənətə gəlib, bu meydanda necə “at oynatdığına”, hörmət-izzətlə qarşılanıb, hər ifasından sonra sürəkli alqışlarla qarşılanmasına dəfələrlə şahid olmuşam. Aşıq Əkbərin el şənliklərində, toyda-nişanda ifa zamanı vurduğu zəngulələr, oxuduğu müxtəlif havacatları yerli-yerində ifa etməsi hələ də onun pərəstişkarlarının yaddaşından silinməyib.
Aşıq Əkbərin anası Gədəbəy rayonunun Şınıx mahalının Hacılar kəndindəndir. Əkbərin Şınıx mahalına olan sevgisi "Şınıxa gəlsin" qoşmasında da özünü aşkar büruzə verir:

...Əkbər də çox görüb cavan yaşında,
Kəklik ötür hər xınalı daşında.
Kimin meyli varsa, bulaq başında
Çiyələk dərməyə Şınıxa gəlsin.


Şınıx camaatını, bu mahalı yaxından tanıdığı üçün sakinlər Aşıq Əkbər Cəfərova xüsusi rəğbət bəsləyir və onun əvəzsiz səsinin vurğununa çevrilirlər. Beləliklə, Aşıq Əkbər, Aşıq Əlxan və balabançı Müseyib üçlüyü bu mahalda düzənlənən toyların yaraşığı olur.
Aşıq Əkbər həm respublika daxilində, həm də kənarda keçirilən müxtəlif festivallarda fəal iştirak etmiş, Azərbaycanın Aşıq sənətinə uğurlar qazandırmışdır. O, 1956-cı ildə Azərbaycanda keçirilən I Ümumittifaq Xalq Yaradıcılığı Festivalında qızıl medala və I dərəcəli laureat adına layiq görülür. 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya festivalına dəvət alır və qızıl medalla təltif olunur. Festivalda qazandığı uğura görə 1967-ci ildə ona Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Azərbaycan SSR-in Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilir.
Aşıq Əkbər Cəfərov 1975-ci ildə I Ümumittifaq Folklor Festivalının laureatı, 1977-1979-cu illərdə gənc aşıqlar festivalının laureatı, 1984-cü ildə Polşada keçirilən XI Beynəlxalq Folklor Festivalının laureatı, 1987-ci ildə Almaniyada keçirilən Aşıqlar Festivalının qalibi olur. Qazandığı dörd qızıl medalı da bu uğurların sırasına daxil etmək olar.
Bir neçə gün əvvəl Azərbaycan televiziyasının "Mədəniyyət" kanalında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının növbəti verilişi Aşıq Əkbər Cəfərovun 90 illik yubileyinə həsr edilmişdi. Verilişə Əkbərsayağı oxuyan orta və gənc nəslin aşıqları dəvət olunmuşdu. Tamaşa etdikcə bəlli oldu ki, onlar çox yüksək səviyyədə Aşıq Əkbərin yolunu mənimsəyiblər və təbliğ edirlər. Həmin verilişdə Məhərrəm müəllim çox doğru olaraq qeyd etdi ki, Aşıq Əkbərə el arasında "Zilxan" təxəllüsü verilmişdi, o, nadir aşıqlardan idi ki, hər üç (zil, bəm, orta) köklərdə həm çalır, həm də oxuyurdu...
Aşıq Əkbər Cəfərov dediyimiz kimi, həm də yaradıcı aşıq idi. O, Aşıq şeirinin bütün janrlarında qələmini sınamışdır. Onun yazdığı qoşma, gəraylı, təcnis, divani, müxəmməs aşıqların dilinin əzbəridir. Bu da Aşıq Əkbər Cəfərovun Aşıq sənətinin bütün incəliklərinə bələd olduğunu təsdiqləyir.

Gözümü açanda, ağlım kəsəndə,
Yurdumuz uçurdu qəmi, - dedilər.
Doğuldum Kür üstə, seyr etdim Kürü,
- Suyun üzündədir gəmi, - dedilər.

Sancıldım yurduma, göstərdim, bitdim,
Boy atdım, böyüdüm, məclisə getdim.
Mən sazı özümə havadar etdim,
- Asıq, bizə çal "Kərəmi", - dedilər.

Qarşıladım neçə-neçə yazları,
Yaş ötdükcə təzələdim sazları.
Dünən əmi dediyimin qızları,
Bu gün mənə - "Əkbər əmi", - dedilər.


Və yaxud başqa bir qoşmasında ustad Aşıq yazır:

Saz sənəti eşqim təki təmizdi,
Hərbə-zorba qıfılbəndlə əkizdi,
Deyən olsa "Misri", "Cəngi" qəlizdi,
Bu meydanda sən Əkbəri nişan ver.


Aşıq Əkbərin zəngin yaradıcılığı onun ərsəyə gətirdiyi "İşıqlı tellər" və "Saz danışanda" kitabları öz əksini tapmışdır.
Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 24 avqust 1990-cı ildə - 57 yaşında bu fani dünyaya “əlvida” deyib ulu Tanrının dərgahına qovuşdu. Yaradıcılığının coşub-daşan, bulaq kimi çağlayan vədəsində dünyadan köç etdi. Amma böyük bir irs qoyub getdi. O, öz səsinin sədaları altında - "Laylamı sən çalarsan, ay Mirzə dayı" avazının müşayiəti ilə Bozalqanlı kənd qəbiristanlığında ustadı Aşıq Qədir İsmayılovun yanında torpağa tapşırıldı.
Allah rəhmət etsin, ruhu şad olsun!
Unutmamalıyıq ki, Azərbaycan Aşıq sənətini zənginləşdirən ozan, yaradıcı – şair aşıqlardan idi Aşıq Əkbər. Onun bir neçə Azərbaycan filmində obrazlaşdırılması sənət üçün örnək addımdır və nə yaxşı ki, o filmlərdə Aşıq Əkbərin şaqraq-məftunedici səsi bu gün də pərvaz edir.
Dövlətimizə minnətdaram ki, görkəmli saz-söz fədaisi, ustad ozan Aşıq Əkbərin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Bu, olduqca təqdir olunası haldır və Aşıq Əkbərin fonunda bütün Aşıq sənətinə verilən misilsiz dəyərdir.
Bəli, hələ bundan neçə əsr sonra da Aşıq Əkbər yaradıcılığı, Aşıq Əkbər səsi könülləri fəth edəcək. Buna şübhəm yoxdur...

Hüseyn İsaoğlu (Məmmədov),
AYB və AJB-nin üzvü.


15-08-2023, 19:55
Ermənilər Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu


Ermənilər Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutdu

Avqustun 15-də saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
15-08-2023, 19:23
44 günlük Vətən müharibəsində itkin düşən hərbiçimizin atası vəfat etdi


44 günlük Vətən müharibəsində itkin düşən hərbiçimizin atası vəfat etdi

44 günlük Vətən müharibəsində itkin düşən və bügünədək tapılmayan Asim Mehdiyevin atası Yaqub Mehdiyev vəfat edib.
Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Xatırladaq ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan MAXE Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb.
Prezident İlham Əliyevin Sərəncamına əsasən Asim Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
15-08-2023, 19:14
Xəzər dənizini çirkləndirən məkan sahibi cəzalandırıldı


Xəzər dənizini çirkləndirən məkan sahibi cəzalandırıldı

Xəzər dənizini çirkləndirən restoranın sahibi cəzalandırılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 12-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sumqayıt şəhəri ərazisində və Xəzər dənizinin sahil zolağında keçirdikləri tədbirlər zamanı Xəzər dənizinə tullantı sularının axıdılması faktı aşkar olunub.
Fakta görə Sumqayıt şəhəri, Novxanı yolu, Sahil küçəsində yerləşən restoranlardan birinin direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
15-08-2023, 18:53
Ceyhun Bayramov rusiyalı həmkarıyla telefon danışığı apardı


Ceyhun Bayramov rusiyalı həmkarıyla telefon danışığı apardı

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.
15-08-2023, 18:36
Ermənistan və Fransa XİN Başçıları Qarabağı müzakirə etdi


Ermənistan və Fransa XİN Başçıları Qarabağı müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığı aparıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mirzoyan Qarabağdakı vəziyyətlə bağlı Etmənistanın mövqeyini həmkarına təqdim edib.
Telefon danışığı zamanı BMT-nin Qarabağla bağlı iclasına da toxunulub.
15-08-2023, 18:07
“Wolt Azərbaycan” AQTA-nın iddialarına cavab verdi


“Wolt Azərbaycan” AQTA-nın iddialarına cavab verdi

"Wolt Azərbaycan" MMC Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iddialarına cavab verib.
Bu barədə "Wolt Azərbaycan" MMC məlumat yayıb.
“Dünən gün ərzində yayılmış xəbərlər ilə bağlı bildiririk ki, Wolt şirkəti öz fəaliyyətini davam etdirir. Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə, Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. AQTA tərəfindən VOLT AZƏRBAYCAN MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, - qeyd olunub.
Xatırladaq ki, ötən gün AQTA “Wolt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edildiyinə dair məlumat yayıb.
15-08-2023, 17:58
SSRİ liderinə heykəl qoyuldu


SSRİ liderinə heykəl qoyuldu

Rusiyanın Pskov vilayətinin Velikiye Luki yaşayış məntəqəsindəki zavodunun ərazisində SSRİ lideri İosif Stalinə heykəl qoyulub.
8 metrlik abidənin müəllifi heykəltəraş Mixail Krasilnikovdur.
Bildirilib ki, əvvəlcə Volqoqradda abidənin ucaldılması planlaşdırılırdı, lakin vilayət rəhbərliyinin mövqeyinə görə onu həyata keçirmək mümkün olmayıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!