Bakıda körpünün üzərində iki maşın yanır .....                        Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir .....                        Rusiya bazarında ən populyar HİBRİD AVTOMOBİLLƏR .....                        3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX .....                        Şuşada Bayraq Meydanı açıldı .....                        Sürücülərin nəzərinə - Paytaxtda bu küçə bağlanır .....                        Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışında .....                        Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə maraqlanıb .....                        Fars tədqiqatçıdan sərsəm iddia .....                       
13-08-2023, 17:12
Türkmənistandan qaz tədarükü 2 dəfə artıb


Türkmənistandan qaz tədarükü 2 dəfə artıb

Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün günlük həcmini 4,5 milyon kubmetrdən 7,-7,5 milyon kubmetrə qədər artırıb.
Bunu İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Hales “TASS”a deyib.
“Türkmənistan qazının İran ərazisindən nəqlinə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Amma razılaşmalara görə, biz gündəlik 4,5-5 milyon kubmetr Azərbaycana svop çatdırılması həyata keçiririk.
Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə əsasən indi svop tədarükü 7-7,5 milyon kubmetrə qədər artıb. Serah xəttində svop tədarük potensialı gündəlik 20 milyon kubmetrə qədərdir” - deyə, o bildirib.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.
13-08-2023, 16:59
İranda qum fırtınası 733 nəfərin xəsarət almasıyla nəticələndi


İranda qum fırtınası 733 nəfərin xəsarət almasıyla nəticələndi

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətlərini bürümüş qum fırtınası nəticəsində azı 733 nəfər xəsarət alıb.
Son dörd gündə ən azı 733 nəfər Sistan və Bəlucistanın şimalındakı tibb müəssisələrinə kömək üçün müraciət edib. Onlardan 58-i hələ də mütəxəssislərin nəzarəti altında qalmağa məcburdur.
Həkimlər deyib ki, zərərçəkənlərin tənəffüs, eləcə də ürək-damar və görmə sistemlərində problemlər var.
Bu gün səhər saatlarında əyalətdə küləyin sürətinin 94 km/saata çatıb, üfüqi görünmə isə üç min metrə qədər azalıb. Sistan və Bəlucistanın beş şəhərində bütün dövlət qurumları bağlanıb.
Fırtınanın İranın cənub-şərqində çərşənbə gününə qədər davam edəcəyi gözlənilir.
13-08-2023, 16:33
Əsgərlərimizin andiçmə mərasimi keçirildi


Əsgərlərimizin andiçmə mərasimi keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri, digər qoşun növləri və əlahiddə hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Mərasimlərdə şəhid ailələrinin üzvləri, hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.
Hərbi rituallara uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirildikdən və Dövlət Himni ifa edildikdən sonra tədbirlər açıq elan olunub.
Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Təntənəli mərasimlərdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Yekunda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilib və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olublar.

13-08-2023, 15:45
Qərbi Azərbaycan İcmasından bəyanat


Qərbi Azərbaycan İcmasından bəyanat

Qərbi Azərbaycan İcması Vətən müharibəsindən sonra bir ara Ermənistanın baş naziri olmaq niyyətinə düşən, 2021-ci ildə seçkilərdə cəmi 1 faiz səs toplamış, həmin il Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı bir nəfərdən ibarət “möhtəşəm” aksiya təşkil etmiş, daha sonra Xarici İşlər Nazirliyinin səfiri təyin edilmiş Edmon Marukyanın Azərbaycanla bağlı davamlı xarakter alan və son vaxtlar “aclıq”, “etnik təmizləmə”, “soyqırımı” kimi ifadələrin yer aldığı gülünc açıqlamaları ilə əlaqədar bəyanat yayıb.
İcmanın bəyanatında bildirilib ki, 30 il ərzində işğal, etnik təmizləmə, yüz minlərlə azərbaycanlının dədə-baba yurdlarından qovulması, “məğlubedilməz erməni ordusu” ilə qürrələnən erməni siyasətçilərin, diplomatların Vətən müharibəsindən sonra “timsah göz yaşları” axıtması istehza doğurur.
“E.Marukyana xatırladırıq ki, məhz onun ölkəsi 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayıb, hətta sanki “belə qətnamələr mövcud olmayıb” yanaşmasından çıxış edib. İndi Ermənistanın və E.Marukyanın Təhlükəsizlik Şurasının mərhəmətinə bel bağlaması riyakarlıqdan başqa bir şey deyildir.
Qərbi Azərbaycan İcması E.Marukyana xatırladır ki, o, başqa ölkənin suverenliyini, ərazi bütövlüyünü hədəf alan, danışıqlar prosesini dağıdan açıqlamalar verməməli, əksinə, öz ölkəsinə aid məsələlərlə məşğul olmalı və bu xüsusda, rəsmi İrəvanı qərbi azərbaycanlıların Ermənistana qayıdışı üçün İcma ilə dialoqa təşviq etməlidir”.
13-08-2023, 15:09
Neymara Səudiyyə Ərəbistanından yeni təklif


Neymara Səudiyyə Ərəbistanından yeni təklif

Fransanın “PSJ” futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan təklif alıb.
“Əl-Hilal” Fransa komandasına böyük məbləğ təklif edib.
Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilib.
Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan “PSJ”yə keçib. Fransa komandasının tərkibində forvard 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.
13-08-2023, 13:56
Rezidenturaya qəbulun 2-ci mərhələsi keçirildi


Rezidenturaya qəbulun 2-ci mərhələsi keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 13-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
Bu barədə DİM-dən bildirilib.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 88 zal nəzarətçisi, 14 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Məlumat üçün bildiririk ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün 934 namizəd qeydiyyatdan keçib. Bakı şəhərində 898, Naxçıvan şəhərində isə 36 namizədin imtahan verəcəyi gözlənilirdi.
Avqustun 14-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
13-08-2023, 13:16
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-29° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacaq.
13-08-2023, 12:38
Suriya ABŞ-ın üç hərbi obyektinə raket zərbələri endirdi


Suriya ABŞ-ın üç hərbi obyektinə raket zərbələri endirdi

Suriyanın şərqindəki Deyr əz-Zor və Həsəkə əyalətlərində ABŞ-nin üç hərbi obyektinə raket zərbələri endirib.
Mümkün tələfat və ya obyektlərə dəyən ziyan barədə məlumat verilməyib.
Bundan əvvəl Suriyanın Həsəkə əyalətində ABŞ hərbi bazasında partlayışlar baş verib.
Həmçinin bildirilib ki, avqustun 10-da ABŞ koalisiyasının təyyarələri və pilotsuz təyyarələri sutka ərzində 18 dəfə Suriyanın hava məkanını pozub.
13-08-2023, 11:58
Hakim Trampa xüsusi xəbərdarlıq etdi


Hakim Trampa xüsusi xəbərdarlıq etdi

2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etdiyi iddiası ilə mühakimə olunan keçmiş ABŞ prezidenti Donald Trampın məhkəməsində Federal Hakim Tanya Çutkan Trampa ifrata varmadan prokurorların vəkillərdən ibarət komandasına təqdim etdiyi bəzi sübutları açıq şəkildə paylaşmasına icazə verib.
Bununla da hakim ittiham tərəfinin tələb etdiyindən daha məhdud müdafiə qərarı verib. Prokurorun sübutları qorumaq tələbinin arxasında Trampın sosial mediadan istifadəsinin məxfi məlumatları ifşa edəcəyi və şahidləri çəkindirəcəyi ilə bağlı narahatlığı dayanırdı.
Donald Trampın vəkillərsiz şahidlərlə ünsiyyət qurmasının qanuni olmadığını və bu şərtlə mühakimə olunduğunu xatırladan hakim Çutkan, Trampın sosial media da daxil olmaqla, işlə bağlı açıqlamalarını diqqətlə izləyəcəyi barədə xəbərdarlıq edib.
13-08-2023, 10:51
Qobuda avtomobil sexi yandı


Qobuda avtomobil sexi yandı

Abşeron rayonunun Qobu qəsəbəsində içərisində avtomobil olan təmir sexi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!