Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
12-08-2023, 16:40
İlham Əliyev dəmir yollarıyla bağlı Sərəncam imzaladı


İlham Əliyev dəmir yollarıyla bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2552 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2552 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 257; 2022, № 5, maddə 534) birinci hissəsində “Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri” sözləri “Cəfər Babayev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini” sözləri ilə əvəz edilib.
12-08-2023, 16:15
Mopedlərlə bağlı yeni qayda müəyyən edildi


Mopedlərlə bağlı yeni qayda müəyyən edildi

“Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 2023-cü ilin 1 avqust tarixindən mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, yaxud maksimal hərəkət sürəti saatda 50 kilometrdən artıq olan mopedlərin qeydiyyata alınması, habelə onların idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunur.
Bu haqda DYPİ-nin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib. Qeyd olunub ki, mopedlərin qeydiyyatı və onları idarə edənlərin sürücülük hüququnun olması məhz yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə xidmət edir: “Belə ki, həmin nəqliyyat vasitələrinin iştirakı ilə yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulması - faktiki olaraq həm onları idarə edən, həm də digər şəxslərin həyat və sağlamlığı üçün böyük təhlükə mənbəyinə çevrilmiş, eləcə də xəsarət, ölüm, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin dinamikasında ciddi artıma səbəb olmuşdu.
Eyni zamanda, moped sürücülərinin təkcə cari ildə törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan pozuntularla əlaqədar vətəndaşlardan daxil olmuş 3000-dən artıq şikayətin hər birində hərəkət iştirakçıları polisdən bu sahədə təsirli tədbirlərin görülməsini tələb edirdi”.
Mopedlərin alqı-satqısı və qeydiyyat məsələlərinə gəlincə, Araz Əsgərli qeyd edib ki, alqı-satqı müqaviləsi əsasında mopedlər DİN-in Baş Dövlət Yol Polis İdarəsində rəsmiləşdirilir: “Əgər moped hissə-hissə ödəmə (kredit) ilə alınıbsa, qeydiyyat məsələsi satışı həyata keçirən şirkətin nümayəndəsinin iştirakı ilə həll edilir. Heç bir sənədi olmayan moped sahibləri isə həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu yalnız məhkəmə qərarı əsasında rəsmiləşdirə bilərlər. Zəruri halda polis əməkdaşları öz səlahiyyətləri daxilində moped sürücülərinə bütün lazımi köməklikləri də göstərirlər”.
12-08-2023, 16:03
Energetika nazirlərinin üçtərəfli görüşü keçirildi


Energetika nazirlərinin üçtərəfli görüşü keçirildi

Azərbaycan, İran və Rusiya energetika nazirlərinin müavinlərinin görüşü olub.
Görüş Rusiyanın paytaxtı Moskvada baş tutub.
Görüş zamanı İran, Azərbaycan və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi müzakirə olunub.
Nazir müavinləri layihələrin həyata keçirilməsi üçün ən son texniki tədbirləri nəzərdən keçiriblər.
Bundan əvvəl iyulun 16-da İranın energetika naziri Əli Əkbər Mehrabyan bəyan etmişdi ki, İran və Rusiya Azərbaycan Respublikası vasitəsilə elektrik enerjisi mübadiləsi aparacaqlar.
12-08-2023, 15:42
ABŞ-a casusluq edən Çin vətəndaşı saxlanıldı


ABŞ-a casusluq edən Çin vətəndaşı saxlanıldı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq etməkdə şübhəli bilinən Çin vətəndaşı saxlanılıb.
Bu barədə Çin Dövlət Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.
Nazirliyin "WeChat" kanalında hərbi sənaye sektorunda çalışan Zeng adlı Çin vətəndaşının İtaliyada ABŞ kəşfiyyatı tərəfindən agent kimi işə götürüldüyü bildirilib.
"Zeng, əlavə araşdırmalar üçün hərbi sənaye qrupu tərəfindən İtaliyaya göndərilmişdi. O, MKİ agenti ilə burada tanış olub. Orada ikisi arasında yaxın bir əlaqə yaranıb və Zeng psixoloji olaraq MKİ agentindən getdikcə daha çox asılı olub. Agent Zengdən Çin ordusu ilə bağlı həssas məlumatlar istəyib",- məlumda deyilir.
Hadisələrin nə zaman baş verdiyi barədə məlumat verilməsə də, MKİ agenti olduğu iddia edilən şəxsin 1971-ci il təvəllüdlü olduğu və adının "Seth" olduğu qeyd edilib.
Nazirlik Zengin ailəsinə "külli miqdarda pul" verildiyini, eləcə də onlara Amerikaya köçmək vəd edildiyini söyləyib.
12-08-2023, 14:33
Krım körpüsü raket hücumuna məruz qaldı


Krım körpüsü raket hücumuna məruz qaldı

Rusiya tərəfindən ilhaq edilən Kımın qondarma rəhbəri Sergey Aksyonov Ukrayna Silahlı Qüvvələrinə məxsus iki raketin Kerç boğazı ərazisində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.
Bu barədə o, özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Krım körpüsünə ziyan dəyməyib. Körpüdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Krımdakı qondarma qurumun nümayəndəüi Oleq Kryuçkov bildirib ki, xüsusi xidmət orqanları körpünün üzərinə tüstü pərdəsi qoyublar. Onun sözlərinə görə, yaxın vaxtlarda hərəkat bərpa olunacaq.
Rusiya hakimiyyətinə yaxın "Mash" kanalı yazır ki, körpü ərazisində hava hücumundan müdafiə sistemi ən azı dörd dəfə işləyib.
12-08-2023, 14:14
Kirpiləri kütləvi şəkildə öldürənlər saxlanıldı


Kirpiləri kütləvi şəkildə öldürənlər saxlanıldı

Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verib.
Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.
Onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
12-08-2023, 12:55
İçərişəhərdə ictimai qaydanı pozan şəxs cərimələndi


İçərişəhərdə ictimai qaydanı pozan şəxs cərimələndi

İçərişəhərdə bir nəfərin ictimai qaydanı pozaraq yüksək səslə söyüş söydüyü bildirilir.
İttihama əsasən, 52 yaşlı H.Rəhimov hər kəsin eşidəcəyi şəkildə nalayiq ifadələr işlədib, ətrafdakı insanların təpkisinə baxmayaraq səsini alçaltmayıb.
O, əməlinə görə polis əməkdaşı tərəfindən şöbəyə dəvət olunarkən tabesizlik göstərib, ictimai qaydanı pozmağa davam edib. H.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddəsi ilə protokol tərtib olunub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 manat cərimə cəzası kəsilib.
12-08-2023, 12:08
Ermənilərin “Laçın” sərhədindən sərbəst keçidinə şərait yaradıldı


Ermənilərin “Laçın” sərhədindən sərbəst keçidinə şərait yaradıldı

Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.
Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.
Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə BQXK-ya məxsus 9 nəqliyyat vasitəsi, 30 nəfər şəxsin (onlardan 3 nəfəri BQXK-nin üzvü, 9 sürücü, 10 xəstə, 7 müşayiətçi, 1 tibb işçisi) Laçın DSBM-dən keçidi təmin olunub.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.
12-08-2023, 11:48
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yagmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 18-23° isti, gündüz 29-34° isti olacaq.
12-08-2023, 00:27
Ermənistanda son sutkada ikinci hərbiçi öldürüldü


Ermənistanda son sutkada ikinci hərbiçi öldürüldü

Avqustun 11-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Qranik Vardanoviç Xnkoyan ölüb.
Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Hərbçinin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Qeyd edək ki, bu, Ermənistanda son sutkada öldürülən ikinci hərbçidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!