Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
10-08-2023, 18:21
FHN Lənkəran çimərlikləriylə bağlı xəbərdarlıq etdi


FHN Lənkəran çimərlikləriylə bağlı xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də qeyri-çimərlik ərazilərdən istifadəyə rast gəlinir ki, bu da bir sıra hallarda faciələrin yaşanmasına səbəb olur.
Nazirlikdən verilən məlumata görə, Lənkəran rayonunun Sütəmurdov kəndində ən yaxın xilasetmə məntəqəsindən 6 kilometr aralıdakı qeyri-çimərlik ərazidən istifadənin təhlükəli sualtı relyefə, sürətli sualtı axına və digər təhlükəli xüsusiyyətlərə görə həyat və sağlamlıq üçün birbaşa risk yaratması barədə yerli vətəndaşlar arasında təşkil olunan təbliğat xarakterli tədbirlərə baxmayaraq, təəssüflə bildirməliyik ki, son günlər ərzində həmin ərazidə 4 nəfər batıb. FHN-in dalğıc-xilasediciləri batan şəxslərin cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bununla əlaqədar, FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilsediciləri Lənkəran rayonunun Sütəmurdov kəndində qeyri-çimərlik ərazidə son günlər yaşanan faciələr səbəbindən müvafiq təhlükəsizlik tədbirləri görüb, ərazinin təhlükəsi barədə məlumatlandırıcı lövhələr quraşdırılıb və girişi qadağa edən lentləmə işləri aparılıb.
Bundan əlavə, ərazidə istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib.
10-08-2023, 18:21

Türk coğrafiyasının genişlənməsi strateji maraqlarımıza uyğundur


Türk coğrafiyasının genişlənməsi strateji maraqlarımıza uyğundur

Rusiyada mövcud olan Muxtar Respublikaların hədəflərində nə durur?
Freedom televiziya kanalında Rusiyada mövcud olan Muxtar Respublikaların gələcək taleyi ilə bağlı maraqlı müzakirələr aparılırdı.
Regionun, dünyanın siyasi gündəmini diqqətlə izləyən və aktual məsələləri hər zaman gündəmə gətirən bu televiziyanın ötən günkü müzakirəsi post-Putin dövrünə həsr olunmuşdu. İmperiya iddialarının girovuna çevrilən, keçmiş SSRİ məkanında hər zaman separatizmi qızışdıran Rusiyanın tərkibində yaşayan xalqların kifayət qədər problemləri olduğu məlumdur. Təbii resurslarına görə, çox zəngin ərazilərdə yaşayan bu xalqların güzəranının yaxşı olmadığı Freedom TV müzakirəsində bir daha bəlli oldu.
Hətta Buryatiya Respublikasının nümayəndəsi Rusiya ərazisindəki bütün muxtar respublikaların müstəqil dövlət qurmaq üçün çox dəqiq və aydın planlarının olduğunu detalllı şəkildə izah etdi.
Məlum məsələdir ki, Rusiya öz ərazisində olan bütün muxtar respublikarın o cümlədən nəhəng Tatarısanın hüquqlarını məhdudlaşdırmışdı. Hətta Tatarısatının prezidentlik institutunu ləgv edərək adı çəkilən muxtar respublikanın rəhbərini rəis adlandırmışdı. Şimal qonşumuzun bütün bu cəhdləri görünür əbəsdir. Rusiyada yaşayan xalqlar, mövcud olan Muxtar Respublikalar yaranmış tarixi şəraitdən istifadə edib öz gələcəklərini müəyyən edəcəyi şübhəsizdir. Türk coğrafiyasının genişlənməsi millət olaraq bizim strateji maraqlarımıza uyğundur. Biz bu proseslərə ən azından hazırlıqlı olmalıyıq.

Əkrəm Bəydəmirli
10-08-2023, 18:13
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi növbəti layihəsinin icrasına başladı


“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi növbəti layihəsinin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2023-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Kəlağayı əlvan qıyqacı” mövzusunda ədəbi-bədii gecələrin təşkili layihəsinə start verildi.
Layihə üç ay (01.08.2023 – 01.11.2023) müddətinə icra olunacaq. Layihənin icrasında əsas məqsəd Azərbaycan kəlağayısının əvvəlki şan-şöhrətini özünə qaytarmaq üçün onu xalq arasında, xüsusilə də yeniyetmə və gənclər arasında təbliğ etməkdir.
10-08-2023, 18:09
Bu gün Yusif Bəhramoğlunun dünyasını dəyişməsindən 12 il ötür


Yusif Bəhramoğlunun dünyasını dəyişməsindən 12 il ötür

Yusif Bəhramoğlu mənim qardaşımdır. Yaşca məndən kiçik olduğundan elə bilirdim məni son mənzilə Yusif yola salacaq, haqqımda xatirələri Yusif yazacaq...
7 günlük mərasim başa catdı. Gedib-gələnlərin sayı azaldı. Ümid qaldı xatirələrə… Darıxdırıcı gecələrin birində ciyərparası (sözün həqiqi mənasında) Aytənindən şeirlərinin qalıb-qalmadığını soruşdum. "Necə qalmayıb? Özü də bir sandıq" deyəndə elə pərt oldum ki... Elə bilirdim, yalnız dəvət olunduğu məclislər üçün yazır. Hər bir istedadlı gəncin üzünə açıq olan "Söz" jurnalında cəmi dörd dəfə, hər dəfə bir şeir olmaqla şəkilsiz-filansız dərc olunmuşdu. Şeirləri Aytən vermişdi. Sergey Yesenindən "Mənim bir sonuncu əyləncəm qalıb" başlıqlı tərcüməsini isə özü. Elə-belə oxumağım üçün. Bitkin tərcümə olduğu üçün "Söz"də dərc elədim.
Oxunası güclə mümkün olan saralmış vərəqlər. Bəziləri səliqəli, bəziləri səliqəsiz. Bitmiş şeirlər də var, bitməmişlər də. Həyatda ömrü bitib. Bu vərəqlərdə, dəftərçələrdə isə diridir, üzüntülü gecələri davam edir. Lap səsini də eşidirəm:
Gəlib gördüm yamanlığın,
Yamanlığın şeytanlığın,
Gəlişimin peşmanlşğın
Bildim ağlaya-ağlaya.
Ürəyimdə var hövsələ,
Mən gəlmişəm gülə-gülə.
Bu dünyaya gəldim belə
Gəldim ağlaya-ağlaya.
Ürəyimi açdım yelə,
İstəyir dünya sökülə.
Məni basdır gülə-gülə,
Öldür ağlaya-ağlaya

Yəqin ki bu şeirləri oxuysnlar istedadlı bir insanın ömrünün qısalığına, itkisinə təəssüflənəcək, onu qocalda bilməyəcək qoca dünyada həmişə cavan - 43 yaşında qalacağına heyfslənəcəklər.
Şeirlərində sevincdən çox, məruz qaldıqları sıralanıb. Ona məhz bu sarsıntılar, bu göynərtilər, bu yaşantılar doğma olub. Ürəyinin vadar etdiyi ağrı-acılı duyğular onu belə yazmağa məcbur edib:
Ümid elədim sabaha,
Şeytan çəkir hey günaha.
Əlimi açdım Allaha
O da əlimdən gizlənir.

Öz içində məni olan, lakin mənəm-mənəmliyi olmayan bir şəxsin qələmindən çıxan şeirlərdir yazdıqları. Fələk yazdıqlarının sevincini yaşamağı çox görüb ona. Şeirləri dəfə-dəfə oxuyuram. Bir qismi Füzuliyanə, bir qismi Sabiranə. Bir az böyük çıxsa da, deyərdim ki, bütövlükdə Yusifanə.
Qəmxarım qəm, qılma qəm kəm, qəm kifayətdir mənə,
Qəm mənim qəmsizlİyimdən qəmli qiymətdir mənə.
Açığı, bu beyti oxuyanda bi az şübhəli qaldım. Düşündüm, bəlkə Füzulidən götürüb təxmis yazacaq.
İstedadına və savadına inandığım şair Ağamir Cavada zəng vurdum. Dedi, arxayın ol, Yusifin öz fikirləridir.
Aparası deyiləm mən özümlə,
Acı-acı axar şirin sözümdən.
Damcı-damcı düşüb gedər gözümdən
Həyat belə, dövran belə, gün belə.
Şeirlərində ölüm haqqında düşüncələr özünə yer alsa da, dilində zarafatları əskik olmazdı. Zarafatları qəzəllərində özünə daha çox yer alıb.
Bizləri işlədərək pul yerinə vəd verilir,
Yığmışıq vəd yerinə xeyli qənimət, ay Hacı.
Yaxşı ki, verdiyiniz maaş badımcana çatır,
Görürük şükür ola hərdən yuxuda ət, ay Hacı.
•••
Çoxlar qocalanda demə ağsaqqal olurlar,
Yusif kimi bir kimsə cavankən pir olmadı.
Yusif hər zaman elə mövzulardan yazıb ki, onların " sandıq ədəbiyyatı" olmaq qorxusu yoxdur. Bütün şeirlərində sabaha inam var, işıqlı bir ümid var. Bu fikirləri şeirlərə baxandan sonra Xalq şairi Fikrət Qoca da söylədi, "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyeva da. Hər ikisinin ruhu şad olsun. Fikrət Qoca yazırdı ki, Yusif Bəhramoğlunun əlyazmaları qarşımdadır: qoşmalar, qəzəllər, sərbəst şeirlər.Bəzisi tam şeirlərdir, bəzisi də öz ömrü kimi yarımçıq qalıb. Ömür-gün yoldaşı Aytən xanıma deyirmiş ki, qocalanda yenidən bu şeirlərə qayıdacağam, işləyjib cap etdirəcəyəm. Amma sən saydığını say, gör fələk nə sayır. 43 yaşında eləcə cavan qaldı. Onun zamanı dayandı.
Fərqanə xanım yazır: "Yusif Bəhramoğlu gənc yaşlarından yaradıcılıqla məşğul olub. Amma şeirlərini heç yerə təqdim etməyib. Bunu özü istəməyib. "Özüm üçün yazıram. Qismət olsa, qocalanda dərc elətdirərəm", deyib. Şeirlərini oxudum. Hər misrasında yarımçıq qalmış bir taleyin izlərini gördüm:
Başım üstə bir azğın əjdahadı,
Bu torpaq da nə azğın iştahada.
Həyat mənə ölümdən də bahadı,
Ölüm kimi heç nə ucuz görünməz.
Və yaxud:
İncimə, bəlkə mən gedəsi oldum,
Mən gedim, sonra sən ağla dalımca.
Üzünə, gözünə təbəssüm çilə,
Nə qədər burdayam saxla doyunca.
Neyləyək ki, Yusif Bəhramoğlu qocala bilmədi. Cavan getsə də, həyatda iz qoydu”.
Ruhun şad, məzarın nurlu olsun, qsardaşım mənim, sirdaşım mənim.


Sevda Əlibəyli
10-08-2023, 17:40
Hakan Fidan Əfqanıstan rəsmisi ilə görüşdü


Hakan Fidan Əfqanıstan rəsmisi ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Əfqanıstan müvəqqəti hökumətinin iqtisadi məsələlər üzrə baş nazir müavininin səlahiyyətlərini icra edən Abdulqani Bəradərlə görüşüb.
Bu barədə Türkiyə XİN-in X platformasındakı (twitter) rəsmi səhifəsində məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub.

10-08-2023, 16:49
İrəvanla Tehran arasında enerji sazişinin müddəti uzadıldı


İrəvanla Tehran arasında enerji sazişinin müddəti uzadıldı

İrəvan və Tehran elektrik enerjisi müqabilində qaz sazişini həcmləri artırmaqla 2030-cu ilə qədər uzadıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Sənədi “Yerevan TES” QSC-nin direktoru Aram Qazaryan və İran Milli Qaz Şirkətinin rəhbəri Məcid Çegeni imzalayıblar.
Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişi sərfəli adlandırıb:
"Çünki bu, İran qazının idxalının və Ermənistanın elektrik enerjisi ixracının artması üçün imkanlar açır".
10-08-2023, 16:23
İrəvanda avtobusda insident baş verdi


İrəvanda avtobusda insident baş verdi

İrəvanda marşrut avtobuslarından birində insident yaşanıb.
Avtobusda silah işə salınıb və atəş açılıb.
Faktla bağlı sürücü polisə müraciət edib. İlkin məlumata görə, pəncərələrə atəş açılıb və avtobusun şüşələri sınıb.
Hazırda araşdırmalar aparılır.
10-08-2023, 16:05
Ukrayna Putinə etibar etmədiyi üçün danışıqlara razı olmayacaq - Kuleba


Ukrayna Putinə etibar etmədiyi üçün danışıqlara razı olmayacaq - Kuleba

"Ukrayna tərəfi Rusiya prezidenti Vladimir Putinə etibar etmir və buna görə də onun iştirakı ilə danışıqlara razı olmayacaq".
Böunu 2Corriere della Sera" nəşrinə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
O, Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün üçüncü tərəfin danışıqlara cəlb oluna biləcəyini nəzərə çatdırıb.
“İşləri dolayı yolla etmək üçün başqa diplomatik yollar da var. Ancaq bizə aydındır ki, biz heç vaxt Putinlə Zelenskini bir masa arxasında görə bilməyəcəyik”, - deyə nazir bildirib.
Kuleba qeyd edib ki, Ukrayna Rusiya ilə sülh danışıqları aparmağa hazırdır, lakin Vladimir Putinlə deyil və yalnız Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılması şərti ilə. XİN başçısı BMT və Türkiyənin vasitəçi rolunu öz üzərinə götürdüyü vaxt taxıl sazişinin bağlanması prosesini xatırladıb.
“Ötən il taxıl sazişi BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə olub. Bizimlə və Moskva ilə iki ayrı razılaşma var idi, heç vaxt birbaşa əlaqə olmayıb”, - Dmitri Kuleba söyləyib.
10-08-2023, 15:51
Sumqayıtda 16 nəfər günvurmaya məruz qaldı


Sumqayıtda 16 nəfər günvurmaya məruz qaldı

Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş vüsət alıb.
Sumqayıt şəhərində iyul ayı ərzində 16 nəfər günvurma və istivurma ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.
Verilən məlumata görə, 15 nəfər Sumqayıt ərazisindən, 1 nəfər isə Novxanı kəndi ərazisindən müraciət daxil olub. Onlardan 8-i qadın, 8-i kişi, 10 nəfəri böyük, 6-sı uşaq olub. Xəstələrə lazımi tibbi yardım göstərilib.
Müraciət edən böyüklərdən 5 nəfəri Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Uşaqlardan biri Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına, digəri isə Novxanı bağlarındakı təcili yardım briqadası tərəfindən Bakı şəhər 2 saylı Uşaq xəstəxanasına hospitalizasiya olunub.
Son günlərdə isə 1 nəfər uşağı günvurması ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Lazımi tibbi yardım göstərilib.
Həkimlər şəhər əhalisinə məsləhət görür ki, günəş şüasının intensiv vaxtlarında, yəni 14:00-dan 16:00-dək gün altına çıxmasınlar, yüngül geyimlərdən istifadə etsinlər, bol meyvə-tərəvəz, sərin şirələr və maye qəbul etsinlər.
10-08-2023, 15:37
Zəlzələdən ziyan görən şəhərlər yenidən bərpa ediləcək - Ərdoğan


Zəlzələdən ziyan görən şəhərlər yenidən bərpa ediləcək - Ərdoğan

"Zəlzələdə ziyan görən vilayətlərimizdə şəhər meydanlarını hökumət olaraq yenidən quracağıq".
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
"Beləcə bütün şəhərlərimizə mərkəz qazandırılacaq. Nə zəlzələ bölgəsindəki qardaşlarımızı, nə də ölkəmizin digər vətəndaşlarını tək qoymayacağıq", - o deyib.
Ərdoğan əlavə edib ki, ümumilikdə Türkiyədə 6.5 milyon evi zəlzələyə davamlı hala gətirilməsi nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!