''Kəlağayı əlvan qıyqacı''BAKI ŞƏHƏR XƏZƏR UNİVERSİTETİNDƏ KƏLAĞAYIDAN BƏHS EDƏN ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİBAzərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində 24 Oktyabr 2023-cü ildə, Bakı şəhər Xəzər Univesitetində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır. Tədbirdə vətənimizin bütövlüyü, azadlığı, suverinliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Bədii gecədə şair, publisist - Rəfail Tağızadə, tarixçi, araşdırmaçı Vaqif Osmanov, şairlərdən Brilyant Atəş, Fərzalı Abbasəli oğlu, Zərəngiz Dəmirçiyeva, Zaur Naqani, 225 saylı məktəbin direktor müavini, yazıçı Zenfira Nusalova , aşıqıardan Gözəl Kəlbəcərli, Əli Kəlbəcərli, Ramin Qarayev, Nərmin Gədəbəyli, Ləman Məhərrəmzadə , bəstəkar Almaz Yaqub, İsmət Qayıbov adına Sumqayıt şəhər 1 saylı məktəbin 2 - ci sinif şagirdi Fərman Əzizov və başqa söz adamları iştirak edib. Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı oxuculara təqdim olunub. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə, təşkilatı dəstəyə görə Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlıya təşəkkürünü bildirib.
Qeyd edək ki, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki şəhərlərində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkili və "Kəlağayı əlvan qıyqacı" kitabının təqdimatının keçirilməsi nəzərdə tutulub.