19 yaşlı erməni hərbçinin meyiti tapıldı .....                        Tramp Ağ Evdə Baydenlə görüşdü .....                        İlham Əliyev daha bir görüş keçirdi .....                        İrana yağan qar yolları bağladı: ərazidən son görüntülər .....                        Biz özümüz də Minsk Qrupunun işindən narazı qaldıq .....                        Paşinyan Kazan görüşündən danışdı .....                        İlham Əliyev Mitsotakislə bir araya gəldi .....                        Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar .....                        Prezident Baş nazirin müavini ilə görüşdü .....                       
6-10-2023, 19:57
Masallıda baş vermiş yanğında 7 nəfər yaralanıb


Masallıda baş vermiş yanğında 7 nəfər yaralanıb

06.10.2023-cü il tarixində Masallı şəhərində ticarət mərkəzində baş vermiş yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb edilib.
Yanğında xəsarət alan 7 nəfər (kişi) təcili tibbi yardım briqadası tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Xəsarət alan şəxslərdən 6 nəfəri yanğın tüstüsünün təsiri, 1 nəfər isə sol saidin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib, 1 nəfər müvafiq tibbi yardımdan sonra (sol saidin kəsilmiş yarası diaqnozu) ambulator müalicə üçün evə buraxılıb.
Digər 6 nəfərin müşahidədə saxlanılmaqla müalicəsi davam etdirilir.
6-10-2023, 19:20
Prezident: "Azərbaycan-İran dostluğu və əməkdaşlığı önəmlidir"


Prezident: "Azərbaycan-İran dostluğu və əməkdaşlığı önəmlidir"

"Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli amildir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edərkən deyib.
Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirərək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd edib, tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirib.
6-10-2023, 19:09
İlham Əliyev iranlı naziri qəbul etdi


İlham Əliyev iranlı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edib.
Dövlət başçısı bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında keçirilmiş avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edərək, bunun dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirdiyini bildirərək, bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlinin qoyulmasının bu yolların şaxələndirilməsi baxımından da önəmini qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimizi birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək.
Dövlət başçısı, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd edib.
İkitərəfli münasibətlərimizin gündəliyinin yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda, daha geniş sahələri əhatə etdiyini deyən Azərbaycan Prezidenti Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirib, bütün sahələr üzrə yaxşı nəticələrin əldə edildiyini qeyd edib. Dövlət başçısı Azərbaycan-İran dostluğunun və əməkdaşlığının bütün bölgə üçün önəmli amil olduğunu vurğulayıb.
Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirirək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd edib, tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirib.
Mehrdad Bəzrpaş ilk növbədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.
Qonaq Azərbaycanın Qarabağ bölgəsinin reinteqrasiyası ilə bağlı təbriklərini çatdırıb və bunu çox mühüm hadisə kimi dəyərləndirib. O, qeyd edib ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutub və ölkə suverenliyini bərpa edib.
Mehrdad Bəzrpaş region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirib.
6-10-2023, 18:33
Baş Prokurorluq Tərtərdəki hadisəylə bağlı açıqlama verdi


Baş Prokurorluq Tərtərdəki hadisəylə bağlı açıqlama verdi

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
6-10-2023, 17:34
Hərbi qulluqçumuz qəzada öldü


Hərbi qulluqçumuz qəzada öldü

Oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlu vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir", MN-dən bildirilib.

6-10-2023, 17:31
Tərtərdə mina partlayışı - 1 nəfər həlak oldu


Tərtərdə mina partlayışı - 1 nəfər həlak oldu

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Araşdırma aparılır.
6-10-2023, 17:21
Rusiya İrəvana benzin və dizel yanacağı göndərir


Rusiya İrəvana benzin və dizel yanacağı göndərir

"Ermənistan neft məhsulları qıtlığına görə çətin vəziyyətdədir".
Bu barədə Rusiya XİN məlumat yayıb.
"Rusiya İrəvanın xahişi ilə Ermənistana 5 min ton benzin və 20 min ton dizel yanacağı tədarük etməyə başlayıb. Ermənistandakı səfir Sergey Kopırkinin başçılığı ilə rusiyalı diplomatlar gələn həftə bölgənin hakimiyyət orqanları ilə birlikdə Qarabağdan gələnlərin ehtiyaclarını müəyyən etmək üçün sərhədyanı Sünik vilayətinə səfər edəcəklər", - məlumatda deyilir.
6-10-2023, 17:14
Paşinyan Aİ komissarı ilə görüşdü


Paşinyan Aİ komissarı ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının humanitar məsələlər üzrə komissarı ilə görüşüb.
Görüş komissarın İrəvana səfəri çərçivəsində baş tutub.
"İrəvanın beynəlxalq ictimaiyyətin, o cümlədən maliyyə yardımına ehtiyacı var", - Paşinyan deyib.
6-10-2023, 17:14
Paşinyan Aİ komissarı ilə görüşdü


Paşinyan Aİ komissarı ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının humanitar məsələlər üzrə komissarı ilə görüşüb.
Görüş komissarın İrəvana səfəri çərçivəsində baş tutub.
"İrəvanın beynəlxalq ictimaiyyətin, o cümlədən maliyyə yardımına ehtiyacı var", - Paşinyan deyib.
6-10-2023, 16:59
Rusiya Mehri şəhərində baş konsulluq açmağı planlaşdırır


Rusiya Mehri şəhərində baş konsulluq açmağı planlaşdırır

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Şanin və Mehri şəhərinin meri Baqrat Zakaryan arasında görüş keçirilib.
Tərəflər Rusiyanın Sünik vilayətində yeni baş konsulluğunun tezliklə açılması imkanını müzakirə ediblər.
"Bu, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə və regionda vəziyyətin sabitləşməsinə töhfə verəcək", - Rusiyanın Ermənistandakı səfirliyindən bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!