Sülhməramlılar bu rayonlardakı postları tərk etdilər
Rusiya sülhməramlıları Qarabağın bir sıra bölgələrində yerləşən müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, sülhməramlılar Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı postları tərk ediblər Açıqlamada deyilir ki, sülhməramlılar bölgədə döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edirlər.
Paşinyan ərazi bütövlüyümüzü tanıyan Bəyanatı imzaladı
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşüb. Görüşdə Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb. Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatında qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda ABŞ təmsilçisi Cek Yonezukaya qalib gəlib. Bu gün tatamiyə çıxan Süleyman Əliyev (73) və Fidan Əlizadə (57 kq) əvvəlki raundlarda uduzublar. Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kq) gümüş medal əldə edib.
“Rusiya sülhməramlılarının hüquqi statusu yalnız 2020-ci il bəyanatına əsaslanırdı, onların missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi”. Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda deyib. Onun sözlərinə görə, Azərbaycan sülhməramlıların statusu ilə bağlı əlavə razılaşma imzalamağa ehtiyac görməyib və buna ehtiyac da yox idi. "Azərbaycan hesab edirdi ki, buna ehtiyac yoxdur, Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, - Rusiya prezidenti bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan İspaniyada Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts ilə görüşüb. Dördtərəfli görüş Qranadada keçirilən 3-cü Avropa Siyasi İcması sammiti çərçivəsində baş tutub. Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.
Vardanyan Rusiya vətəndaşlığından imtina edib - Putin
Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib. Bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib. Putin separatçıların keçmiş “lider”lərinin həbsi ilə bağlı suala cavabında bildirib ki, Azərbaycan rəhbərliyinin bu məsələdə humanitar mövqedən çıxış edəcəyinə ümid edir.
Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb - Putin
Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib. O, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və məsələnin bununla bitdiyini qeyd edib: “Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”. Putin deyib ki, Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb, lakin rəsmi İrəvan bundan imtina edib. O vurğulayıb ki, Azərbaycanın Qarabağda konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı an məsələsidir.
Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb - Putin
Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib. O, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və məsələnin bununla bitdiyini qeyd edib: “Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”. Putin deyib ki, Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb, lakin rəsmi İrəvan bundan imtina edib. O vurğulayıb ki, Azərbaycanın Qarabağda konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı an məsələsidir.
Qondarma rejimin seperatçı “lider”ləriylə bağlı məlumat yayıldı - VİDEO
Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi davam etdirilir. Bu barədə DTX məlumat yayıb. Araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsi, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Sahakyan və Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb edilmişlər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Əhaliyə SMS vasitəsilə atmosfer hadisələri ötürüləcək
Gələcəkdə əhalinin SMS vasitəsilə atmosfer hadisələri ilə bağlı məlumatlandırması nəzərdə tutulur. Bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. N.Mahmudov bildirib ki, son zamanlar Milli Hidrometeorologiya Xidmətində yeni proqram təminatının tətbiqinin həyata keçirilməsinə başlanılıb: "Bu, Situasiya Mərkəzinin fəaliyyəti ilə bağlıdır. Planlaşdırırıq ki, proqram təminatının yekununda yeni mobil aplikasiyaların tətbiqini həyata keçirək. Bundan sonra baş verən atmosfer dəyişikləri ilə bağlı mobil telefonlara, planşetlərə, smartfonlara məlumatların SMS vasitəsilə ötürülməsi mümkün olacaq".