Səməd Vəkilovun kitabının təqdimatı keçirilib .....                        19 yaşlı erməni hərbçinin meyiti tapıldı .....                        Tramp Ağ Evdə Baydenlə görüşdü .....                        İlham Əliyev daha bir görüş keçirdi .....                        İrana yağan qar yolları bağladı: ərazidən son görüntülər .....                        Biz özümüz də Minsk Qrupunun işindən narazı qaldıq .....                        Paşinyan Kazan görüşündən danışdı .....                        İlham Əliyev Mitsotakislə bir araya gəldi .....                        Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar .....                       
4-10-2023, 19:53
Ermənistanla dərhal sülh danışıqları bərpa edilməlidir - Elçin Əmirbəyov


Ermənistanla dərhal sülh danışıqları bərpa edilməlidir - Elçin Əmirbəyov

“Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir”.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib.
“Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri bərpa etməliyik və əlbəttə ki, kommunikasiyaların bərpasını müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”, - o bildirib.
E.Əmirbəyovun sözlərinə görə, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb.
O, Azərbaycanın bu yolda daha bir maneəni – öz suveren ərazisində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğunu aradan qaldırdığını da vurğulayıb.
Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir.
4-10-2023, 19:41
Fransa azərbaycanlılara qarşı kütləvi cinayətləri diqqətə almayıb - XİN


Fransa azərbaycanlılara qarşı kütləvi cinayətləri diqqətə almayıb - XİN

“Fransanın erməni sakinlərinin məcburi köçürülməsi ilə bağlı iddiaları BMT, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatları ilə ziddiyyət təşkil edir”.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" səhifəsində Fransanın xarici işlər naziri Ketrin Kolonnanın iddialarına cavabında bildirib.
"Fransa azərbaycanlılara qarşı kütləvi deportasiyalar, hərbi cinayətlər və qırğınları heç vaxt diqqətə almayıb", - o deyib.
4-10-2023, 18:55
Ukrayna Prezidenti İlham Əliyevə zəng vurdu


Ukrayna Prezidenti İlham Əliyevə zəng vurdu

Oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib.
Telefon söhbəti əsnasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatlarına dair fikir mübadiləsi aparılıb.
4-10-2023, 18:33
Vətəndaşlığı qəbul edən ermənilərin sayı açıqlandı


Vətəndaşlığı qəbul edən ermənilərin sayı açıqlandı

Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı birgə məlumat yayıb.
Məlumatda Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgədə müvafiq işlərin davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegration.gov.az vasitəsilə elektron qaydada 2 nəfər olmaqla, ümumilikdə 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Sakinlərin hər birinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib. Müraciət edənlər Qarabağ iqtisadi rayonunda yaşamaq və Ermənistan vətəndaşlığından çıxaraq Azərbaycan Respublikası vətəndaşlığını əldə etməklə Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini çatdırıblar. Bundan başqa, Dövlət Miqrasiya Xidməti tərəfindən bölgədə səyyar qəbul zamanı sakinlərlə hüquqi maarifləndirmə işləri aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib.
Həmçinin reinteqrasiya ilə bağlı müraciətlərin qəbulu, icrası və maarifləndirmə işinin aparılması reintegration.gov.az (Çağrı Mərkəzi, WhatsApp, Çat və elektron poçt da daxil olmaqla) portalı vasitəsilə həyata keçirilir. Bu günədək portal vasitəsilə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 98 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti reinteqrasiya prosesinə marağını ifadə edən şəxslər tərəfindən sorğu, həmçinin ilkin qeydiyyatdan keçmək üçün məlumat və dəstək xarakterli olub və hər biri müvafiq qaydada cavablandırılıb.
Həmçinin bölgəyə ezam olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə və maarifləndirmə işi aparıb, ehtiyacları müəyyənləşdirib, həmçinin əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər veriblər.
4-10-2023, 18:10
Tehranda səfərdə olan Xələf Xələfov Rəisiylə görüşdü


Tehranda səfərdə olan Xələf Xələfov Rəisiylə görüşdü

Tehranda səfərdə olan Azərbaycan Prezidentinin
xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Bu barədə İrna agentliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
Tərəflər, regiondakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
4-10-2023, 17:39
Paşinyan hansı halda istefa verəcəyini açıqladı


Paşinyan hansı halda istefa verəcəyini açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb.
Bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
Baş nazir ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğu təqdirdə istefa verə biləcəyini vurğulayıb.
"Analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq”, - Paşinyan bildirib.
4-10-2023, 17:12
Paşinyan: “Mən bu sazişi imzalamağa razıyam”


Paşinyan: “Mən bu sazişi imzalamağa razıyam”

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək sammitində iştirak edəcək.
Bu barədə o, mətbuata açıqlamasında deyib.
Paşinyan qeyd edib ki, Ermənistan nümayəndə heyəti sammitdə öz mövqeyini daha ətraflı təqdim etməyə çalışacaq.
Baş nazir vurğulayıb ki, İrəvan “konseptual sənəd”in imzalanmayacağına görə təəssüflənir. “Mən bu sazişi imzalamağa razıyam”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, Azərbaycan Qranada görüşündə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.
4-10-2023, 17:01
Paşinyan Qarabağ hadisələrinə görə müxalifəti ittiham etdi


Paşinyan Qarabağ hadisələrinə görə müxalifəti ittiham etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə müxalifətini Qarabağ hadisələrinə görə ittiham edib.
Paşinyan parlamentin bugünkü iclasında deyib ki, Qarabağ separatçılarının rəhbərliyindəki son dəyişikliyə sevinən müxalifət Ermənistanın da müharibəyə cəlb olunmasını istəyirdi. O bildirib ki, müxalifət Qarabağın erməni sakinlərini hücuma məruz qoyub.
“Sizin planınız Ermənistanın dövlət müharibəsinə cəlb olunması idi”, - Paşinyan deyib.
O, müxalifəti “marionet” olmaqda da günahlandırıb.
“Siz Ermənistanda uzun illərdir nə nəfəs alan, nə öskürən, nə də asqıran kukla hökumət qurmuşdunuz”, - Nikol Paşinyan bəyan edib.
O qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyinə müxalifət qərar verə bilməz.
“Buna Ermənistan xalqı qərar verə bilər. Xalq qərar verərsə, bu gün və ya sabah hakimiyyət dəyişikliyi ola bilər”, - Nikol Paşinyan bildirib.
4-10-2023, 16:53
Dövlət Komissiyasının tərkibi dəyişdirildi - Sərəncam


Dövlət Komissiyasının tərkibi dəyişdirildi - Sərəncam

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Dəyişikliklə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibində “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini” sözləri “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini” sözləri ilə əvəz edilib.
4-10-2023, 16:38
Ermənistanla sərhəddə olan bağça 30 ildən sonra yenidən istifadəyə verildi


Ermənistanla sərhəddə olan bağça 30 ildən sonra yenidən istifadəyə verildi

Ermənistanla sərhəd kənddə fəaliyyəti dayandırılan bağça 30 ildən sonra istifadəyə verilib
Ermənistanla sərhəd xəttinə ən yaxın məsafədə yerləşən Qazax rayonunun Məzəm kəndində fəaliyyəti dayandırılan uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verilib.
Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.
Məlumat üçün bildirək ki, Məzəm kəndi Qazax rayonunun Ermənistanla sərhədə ən yaxın məsafədə yerləşir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılmışdı.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 26.07.2023-cü il tarixli əmrinə əsasən Məzəm kənd uşaq bağçası Təhsil İdarəsinin tabeliyində yaradılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!