Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
2-10-2023, 16:12
Qarabağda yaşayan erməni sakinləri bu vergilərdən azad ediləcək


Qarabağda yaşayan erməni sakinləri bu vergilərdən azad ediləcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni sakinlərin nümayəndələri ilə Yevlax və Xocalı şəhərlərində baş tutan görüşlər barədə açıqlama yayıb.
Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.
Bildirilir ki, Qarabağın erməni sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.
Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
2-10-2023, 16:04
Xankəndidə ictimai təhlükəsizliyə nəzarəti Azərbaycan polisi həyata keçirir -DİN


Xankəndidə ictimai təhlükəsizliyə nəzarəti Azərbaycan polisi həyata keçirir -DİN

Hazırda Xankəndidə ictimai təhlükəsizliyə nəzarəti Azərbaycan polisi həyata keçirir”.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bazar ertəsi BBC Azərbaycancaya bildirib.
Onun sözlərinə görə, 19-20 sentyabr antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda ictimai qaydalara və ictimai təhlükəsizliyə nəzarət Daxili İşlər Nazirliyinin əməkdaşlarının səlahiyyətlətinə daxildir.
Azərbaycan Prezident Adminstrasiyası bazar günü açıqlayıb ki, Dövlət Miqrasiya xidməti Xankəndidə əhalinin reinteqrasiya prosesinə başlayıb. "Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır", - məlumatda deyilir.
2-10-2023, 15:56
“Qarabağ” rekordu yenilədi


“Qarabağ” rekordu yenilədi

Azərbaycan Premyer Liqasının VIII turu “Qarabağ” üçün əlamətdar olub.
Ağdam klubu VIII turda “Sumqayıt”a 5:0 hesabı ilə qalib gələrək, Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsinə imza atıb.
Bölgə təmsilçisi həm də öz meydanında qazanılan belə qələbələrin sayında rekordçu olan “Neftçi”yə çatıb. Bakılılar da eyni sayda matçda böyük hesaba seviniblər. Hər iki komanda evdə 89 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.
Qeyd edək ki, “köhlən atlar” ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə edib – 6:0.
2-10-2023, 15:27
Türkiyədə terror aktı törədənlərdən birinin kimliyi bəlli oldu


Türkiyədə terror aktı törədənlərdən birinin kimliyi bəlli oldu

Ötən gün Türkiyə DİN-in Baş Təhlükəsizlik İdarəsi qarşısında terror aktı törədən PKK-çılarla bağlı yeni məlumat ortalığa çıxıb.
Nazirlik araşdırma və DNT analizi nəticəsində terrorçulardan birinin bölücü terror təşkilatı PKK/KCK üzvü, "Kanivar Erdal" kod adlı Hasan Oğuz olduğunu müəyyən edib.
Açıqlamada qeyd olunub ki, digər terrorçunun şəxsiyyətinin müəyyən edilməsi üçün səylər davam edir.
Qeyd edək ki, hadisə zamanı terrorçulardan biri özünü partlatmış, digəri isə zərərsizləşdirilmişdi. Terror aktı nəticəsində 2 polis nəfəri yaralanıb.
2-10-2023, 14:42
Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması müzakirə olunur - Kənani


Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması müzakirə olunur - Kənani

"Azərbaycanın nümayəndə heyəti yaxın vaxtlarda İrana səfər edəcək".
Bunu İran XİN-in sözçüsü Nasir Kənani keçirdiyi mətbuat konfransında deyib.
"İki ölkə arasında müzakirələr çərçivəsində Azərbaycandan səlahiyyətli şəxslərin Tehrana səfəri planlaşdırılır, lakin dəqiq tarixi bilmirəm. Ölkələr arasında danışıqlar və məsləhətləşmələr davam edir. Bu danışıqlarda regiondakı son hadisələrlə yanaşı, İrandakı Azərbaycan səfirliyinin yenidən fəaliyyətə başlaması da müzakirə olunur", - o qeyd edib.
2-10-2023, 14:19
Xocavənddə 4 körpüdə mina aşkarlandı


Xocavənddə 4 körpüdə mina aşkarlandı

Xocavənd rayonu ərazisində 4 ədəd körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Xəbərə görə, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.
Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
Aşkar edilən partlayıcı qurğular ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.


2-10-2023, 13:55
Moldova ölkənin yeagnə limanını Rumıniyaya satır


Moldova ölkənin yeagnə limanını Rumıniyaya satır

Moldova hökuməti ölkənin yeganə limanı Qirqilestinin mümkün satışı ilə bağlı Rumıniya ilə danışıqlar aparır.
Bunu hökumətin mətbuat xidmətinin rəhbəri Daniel Voda bildirib.
Onun sözlərinə görə, sövdələşmə Moldovaya investisiya cəlb etməyə kömək edəcək. O, təxmini məbləği açıqlamayıb.
“Bu, bizim ikitərəfli gündəliyimizdə olan müzakirə olunmuş ideyadır. Baş nazir Dorin Rekan ölkəmizə investisiyaların cəlb edilməsinə, xüsusən də infrastruktur layihələrinə çox diqqət yetirir”, - Voda deyib.
Qirqilesti limanı Prut və Dunay çaylarının sahilində yerləşir. Bu, Moldovanın dənizə - Qara dənizə yeganə çıxışıdır. 2021-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) limanı idarə edən "Danube Logistics" şirkətinin kapitalının 100%-ni alıb.
2-10-2023, 13:00
Sabahın havası


Sabahın havası

Oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
1-10-2023, 17:15
Armen Qriqoryan iranlı həmkarıyla görüşmək üçün Tehrana getdi


Armen Qriqoryan iranlı həmkarıyla görüşmək üçün Tehrana getdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı ilə görüşmək üçün Tehrana gedib.
Bu barədə MiranPress yazır.
Məlumata görə, Armen Qriqoryan İranda digər yüksək rütbəli rəsmilərlə də görüşəcək.
1-10-2023, 17:01
Hikmət Hacıyev: "Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik“


Hikmət Hacıyev: "Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik”

Rəsmi Bakı Qarabağda erməni sakinlərin etnik təmizlənməsi və soyqırımı ittihamlarını rədd edir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "France 24"ə müsahibəsində Ermənistan hakimiyyətinin etnik təmizləmə və soyqırımı ilə bağlı ittihamlarına cavab olaraq bildirib.
Prezidentin köməkçisi erməni sakinlərin bölgəni tərk etmək və ya qalmaqda sərbəst olduğunu deyib.
"Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik. Etnik təmizləmə mülki şəxslərə qarşı zorakılıq aktıdır ki, bu da Ermənistanın 30 il əvvəl bizə qarşı istifadə etdiyi hərəkətdir. Amma bu, o demək deyil ki, biz eyni şeyi təkrarlayacağıq. Mülki əhaliyə qarşı bir dəfə də zorakılıq olmayıb. Onlar özləri də bunu təsdiqləyirlər", - H.Hacıyev vurğulayıb.
H.Hacıyev qeyd edib ki, Qarabağda erməni vətəndaşı olmayıb: "Biz onları həmişə Azərbaycan vətəndaşı hesab etmişik, lakin təəssüf ki, qanunsuz separatçı qurum onlarla birbaşa əlaqəmizə imkan vermədi”.
Onun sözlərinə görə, Qarabağdakı erməni azlıqların nümayəndələri ilə danışıqlar məhsuldar keçib və məqsəd yalnız qanunsuz erməni silahlı birləşmələrinin tərksilahına yönəlib.
Ermənistanın Azərbaycanı qanunsuz olaraq insanları həbs etməklə bağlı ittihamına gəldikdə, H.Haciyev müharibə cinayətlərində təqsirli bilinən bir neçə nəfərin saxlanıldığını əlavə edib:
“Biz bilirik ki, Ermənistanda və beynəlxalq mediada bütün hərbçiləri həbs edəcəyimizlə bağlı qorxu var idi. Əgər kimsə silahı yerə qoyarsa, o, azaddır və öz seçimi ilə Ermənistana getməyə qərar verib. Mülki şəxslərə gəlincə, biz qapıları açdıq və onların hərəkət azadlığına, seçim azadlığına hörmət etdik. Onların çoxu deyir: Mən Azərbaycan bayrağı altında yaşaya bilmərəm. Buna haqq qazandıra bilməsəm də, başa düşə və hörmət edə bilərəm. Əgər erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etsələr, biz onların hüquq və təhlükəsizliyini qoruyacaq, eləcə də bələdiyyə sistemi yaradacayıq ki, yerli-yerində öz işlərini idarə edə bilsinlər, həmçinin dini və mədəni hüquqları təmin olunsun”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!