Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
14-12-2023, 16:38
Putin: “Qarabağı tərk edən Rusiya deyil”


Putin: “Qarabağı tərk edən Rusiya deyil”

Rusiya prezidenti Vladimir Putin bildirib ki, o, Ermənistanın MDB və ya Aİİ, KTMT üzvlüyünə xitam verilməsini bu ölkənin maraqlarına uyğun hesab etmir.
Putin keçirdiyi illik mətbuat konfransında bu barədə danışıb.
O, həmçinin bəyan edib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistan olub:
"Qarabağı tərk edən Rusiya deyil. Erməni tərəfdaşlar “belə bir qərarın qəbulu ilə bağlı Rusiya tərəfinə xüsusi məlumat verməyiblər”.
"Ermənistanın baş nazirinin MDB və KTMT sammitlərində iştirak etməməsi müəyyən proseslərlə bağlıdır və bu birliklərdə işləmək istəyi və ya istəməməsi ilə bağlı deyil. Bu mürəkkəb geosiyasi prosesdir, lakin MDB, Aİİ və ya KTMT-dən çıxmaq Ermənistanın maraqlarına uyğun deyil”, - Rusiya prezidenti əlavə edib.
14-12-2023, 16:19
İntensiv yağışlar Xaçmazı su altında qoydu


İntensiv yağışlar Xaçmazı su altında qoydu

İntensiv yağışlar nəticəsində Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərini su basıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, əraziyə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
14-12-2023, 15:58
Laçın şəhəri bu dəfə daha 20 ailəyə qucaq açdı


Laçın şəhəri bu dəfə daha 20 ailəyə qucaq açdı

Dekabrın 14-də Böyük Qayıdış proqramı çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar.
Laçın şəhəri bu dəfə daha 20 ailəyə, 86 nəfərə qucaq açıb. Onlar şəhərdə Seyrəngah adlı ərazidə böyük coşqu ilə qarşılanıblar. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Bununla da Laçın şəhərində 383 ailə, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
14-12-2023, 15:37
İki ölkə arasında çox ciddi nailiyyətlər əldə olundu - XİN Başçısı


İki ölkə arasında çox ciddi nailiyyətlər əldə olundu - XİN Başçısı

Ötən həftə iki ölkə arasında çox ciddi nailiyyətlər əldə olundu. Burada əsas məqam tərəflərin nəticələr əldə etməsidir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
“İki ölkə arasında atılan addımlar vasitəsiz olduğunu da diqqətə yetirmək lazımdır. Bu istiqamətdə və sülh müqaviləsində atılan addımlarda bizim əsas hədəfimiz bəllidir.
70 gündən sonra sülh müqaviləsinə daxil olan sənədlər paketini biz Ermənistan tərəfindən almışıq. Bildirim ki, bu sənədlər əvvəlkilərin birə-bir təkrarlanması deyil, bəlli müsbət istiqamətlər var. Müsbət siqnallar var, onlar üzərində işlər görülür”, - o qeyd edib.
Ceyhun Bayramov deyib ki, bu razılaşma üçüncü tərəfin iştirakı olmadan əldə edilib.
14-12-2023, 15:20
Azərbaycanın qaytardığı 32 hərbçinin vəziyyəti açıqlandı


Azərbaycanın qaytardığı 32 hərbçinin vəziyyəti açıqlandı

Azərbaycanın Ermənistana qaytardığı 32 hərbçi "Muratsan" hərbi hospitalında ilkin tibbi müayinədən keçib.
Bunu jurnalistlərə açıqlamasında Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib.
“Bilirsiniz ki, ilkin tibbi müayinələr aparılıb. Hazırda mülki tibb müəssisələrinə köçürülən şəxslər yoxdur, buna ehtiyac yox idi. Muratsan hərbi hospitalında onların bütün ehtiyacları nəzərə alınıb və lazımi müayinələr aparılıb”, - deyə Avanesyan bildirib.
Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub. Mübadilə dünən reallaşıb.
14-12-2023, 15:00
Yaxın vaxtlarda üçtərəfli görüşlərin keçirilməsi də planlaşdırılır - XİN Başçısı


Yaxın vaxtlarda üçtərəfli görüşlərin keçirilməsi də planlaşdırılır - XİN Başçısı

Qısa müddət ərzində cənab Hakan Fidan ölkəmizə üçüncü dəfə səfər edir. Ümumilikdə ölkələr arasında münasibətlər müxtəlif istiqamətlərdə yüksək səviyyədə davam edir. 2021-ci ildə ölkələrimiz arasında münasibətlər “Şuşa Bəyannaməsi” ilə strateji müttəfiqlik səviyyəsinə çatıb.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
"Bildirim ki, iki ölkənin iştirakı ilə müxtəlif platformalarda əməkdaşlıqlar da davam edir. Region ölkələri ilə də müxtəlif platformalarda fikir mübadiləsi aparılır. Yaxın vaxtlarda region ölkələri ilə üçtərəfli görüşlərin keçirilməsi də planlaşdırılır", - o qeyd edib.
14-12-2023, 14:39
Xalq artisti dəfn olundu


Xalq artisti dəfn olundu

Xalq artisti Ramiz Məlik dəfn edilib.
Aktyor II Fəxri xiyabanda dəfn edilib.
Dəfn mərasimində sənətkarın ailə üzvləri, sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.
14-12-2023, 14:25
Paşinyanın istefa verəcəyi ilə bağlı məlumatlara rəsmi açıqlama verildi


Paşinyanın istefa verəcəyi ilə bağlı məlumatlara rəsmi açıqlama verildi

"Ermənistanın baş naziri Nikol Paşinyanın tezliklə istefası və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı məlumatlar yalandır".
Bunu Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan açıqlayıb.
"Bu, müxalifətin daha sonra növbədənkənar seçkilərə getməməkdə iqtidarı günahlandırmaq, küçələrdə yeni hərəkat yaratmağa çalışmaq üçün cəmiyyətin emosiyaları ilə oynamaq üçün növbəti uğursuz cəhdidir", - Çaxoyan əlavə edib.
Qeyd edək ki, Paşinyanın istefa verəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
14-12-2023, 14:17
Türkiyənin XİN Başçısı Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO


Türkiyənin XİN Başçısı Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, “Türk şəhidliyi” abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.
Əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.




14-12-2023, 14:14
Ermənistan Yerasx metallurgiya zavodunu köçürəcək


Ermənistan Yerasx metallurgiya zavodunu köçürəcək

Ermənistanın Azərbaycan Naxçıvan MR Sədərək rayonu ilə sərhədi yaxınlığında yerləşən Arazdəyəndəki Yerasx metallurgiya zavodu köçürüləcək.
Bu barədə Ermənistan hökuməti müvafiq qərar qəbul edib.
Sözügedən qərara əsasən, Yerasx metallurgiya zavodu Ermənistanın Ararat vilayətindəki Ararat kəndinə köçürüləcək.
Qeyd edək ki, Azərbaycan tərəfi sərhəddəki zavodun ekoloji problemlər yaratması ilə bağlı narazılığını bildirmişdi.
Amerika sərmayəsi ilə inşa olunan zavodun Arazdəyəndə tikilməsi Azərbaycanın etirazı ilə qarşılanmışdı Rəsmi Bakı dəfələrlə Ermənistandan tikintini dayandırmağı tələb etmişdi. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyi idi. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilərdi.
Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.
Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!