Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
19-01-2024, 23:45
Türk Dövlətləri Təşkilatı Ümumxalq Hüzn Günüylə bağlı paylaşım etdi


Türk Dövlətləri Təşkilatı Ümumxalq Hüzn Günüylə bağlı paylaşım etdi

Türk Dövlətləri Təşkilatı 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Paylaşımda qeyd olunub:
“Tarixə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”.
19-01-2024, 23:00
Baş vermiş zəlzələylə bağlı daha bir açıqlama


Baş vermiş zəlzələylə bağlı daha bir açıqlama

19 yanvar tarixində axşam saat 22:05 radələrində ölkə ərazisində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. Bu barədə Qurumdan bildirilib.
Qeyd olunur ki, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.
19-01-2024, 22:54
XİN-dən Ümumxalq Hüzn Günü ilə bağlı BƏYANAT


XİN-dən Ümumxalq Hüzn Günü ilə bağlı BƏYANAT

Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“20 yanvar 2024-cü il Bu gün, keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür.
Keçmiş SSRİ-nin ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın ölkəmizə qarşı qanunsuz ərazi iddialarına, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından deportasiyasına, Azərbaycanın Qarabağ bölgəsində aparılan separatçılıq fəaliyyətinə dəstək vermək məqsədilə etnik zəmində törədilən ixtişaşlara göz yumması Azərbaycanda sovet hakimiyyətinə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi.
Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.
Qətliamdan dərhal sonra 21 yanvar 1990-cı il tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində xalqımıza qarşı törədilmiş bu qanlı cinayəti ifşa edərək Sovet hökuməti tərəfindən yaradılmış informasiya blokadasını qırmağa, dünya ictimaiyyətini baş verən hadisələr barədə həqiqətləri çatdırmağa müvəffəq oldu.
Ümumiyyətlə, 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 34 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.
Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə gəlməsindən sonra, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu.
Xalqımıza qarşı törədilən dəhşətli cinayətlərə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı qəsdlərə, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzün, ötən ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları suverenliyimizin tam bərpası ilə nəticələndi. Milli azadlıq hərəkatının zirvəsinə çevrilməklə əks nəticə verən 20 Yanvar faciəsinin 34-cü ildönümü bu il ilk dəfə oğul və qızlarımızın uğrunda canlarından keçdiyi suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edir.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin daim qəlbimizdə yaşayan xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik".
19-01-2024, 22:48
Zəlzələ zamanı dağıntı və ya xəsarət alan olub? - FHN-dən AÇIQLAMA


Zəlzələ zamanı dağıntı və ya xəsarət alan olub? - FHN-dən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.
Bu barədə FHN Mətbuat xidmətindən bildirilib.
Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
19-01-2024, 22:40
Pakistan İranla diplomatik münasibətləri bərpa etmək qərarındadır


Pakistan İranla diplomatik münasibətləri bərpa etmək qərarındadır

Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.
Bu barədə "Reuters" agentliyi mənbəyə istinadən yazıb.
Məlumata görə, diplomatik münasibətlərin bərpası çərçivəsində səfirlər Reza Amiri Moghaddam və Muhammad Mudasir Tipu İslamabada və Tehrana qayıdacaqlar.
Qeyd edək ki, bir qədər əvvəl Pakistan və İranın xarici işlər nazirləri Cəlil Abbas Cilani və Hüseyn Əmir-Abdollahian telefonla danışıb və təhlükəsizlik tədbirlərini müzakirə ediblər.
Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, söhbət zamanı Cəlil Abbas Cilani və Hüseyn Əmir-Abdollahian terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistana raket zərbələri endirib. Pakistan Xarici İşlər Nazirliyi hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və səfiri Tehrandan geri çağırıb.
Yanvarın 18-də Pakistan İranın Sistan və Bəlucistan əyalətində yerləşən Seravan rayonunda “terrorçuların sığınacaqlarına” raket və pilotsuz təyyarələrlə hücum edib. Nəticədə ən azı 9 nəfər ölüb .
19-01-2024, 22:09
Azərbaycanda 5.1 bal gücündə zəlzələ baş verdi


Azərbaycanda 5.1 bal gücündə zəlzələ baş verdi

Azərbaycanda zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, zəlzələ Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.
Zəlzələnin 5.1 bal gücündə olduğu bildirilir.
Seysmohadisənin Mil-Muğan bölgəsində baş verdiyi qeyd olunur.
Yeraltı təkanlar bəzi rayonlarda hiss olunub.
Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.
19-01-2024, 22:06
İsrail xalqı hər gün Azərbaycan xalqının yanındadır - Səfir


İsrail xalqı hər gün Azərbaycan xalqının yanındadır - Səfir

İsrailin Azərbaycandakı səfiri Corc Dik Şəhidlər Xiyabanını ziyarət edib. Bu barədə Səfirliyin rəsmi instaqram hesabında paylaşım edilib. Paylaşımda deyilir:
“Yanvarın 20-də Azərbaycan xalqı onun milli azadlıq ruhunu darmadağın etməyə çalışan təcavüzkarların zorakılığı nəticəsində 147 günahsız insanın faciəli şəkildə həlak olmasını yad edir. Kədərinə baxmayaraq, mətanətli Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyin etmək uğrunda mübarizəni inadla davam etdirdi.
İsrail xalqı bu gündə və hər gün Azərbaycan xalqının yanındadır.
Bunun necə bir hiss olduğunu bilirik. Oktyabrın 7-də HƏMAS İsraili işğal etdi, israilliləri evlərində öldürdü, zorladı, işgəncə verdi və qaçırdı. HƏMAS bizi və milli azadlıq ruhumuzu məhv etmək istəyirdi. Onlar uğursuz oldu. Biz birləşmişik, güclüyük və qərarlıyıq. Qələbəmiz həyatın, azadlığın və insan ləyaqətinin qələbəsi olacaq”.
19-01-2024, 21:39
XİN Başçısı hindistanlı həmkarıyla bir sıra məsələləri müzakirə etdi


XİN Başçısı hindistanlı həmkarıyla bir sıra məsələləri müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Hindistan arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub.
Tərəflər iki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, turizm, mədəniyyət, təhsil, nəqliyyat və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərinin mövcud olduğunu, bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi üçün siyasi məsləhətləşmələrin və ikitərəfli iqtisafi komissiya mexanizminin əhəmiyyətini qeyd ediblər.
Son bir-neçə il ərzində artan siyasi təmasların münasibətlərə müsbət töhfə baxımından vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə regionda cari vəziyyət, mövcud çağırışlar və imkanlar barədə məlumatlandırıb. Beynəlxalq ictimaiyyət tərəfindən sülh quruculuğu tədbirlərinin dəstəklənməsinin, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirilməsindən çəkindirilməsinin hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb.
Nazirlər iki ölkə arasında münasibətlərdə çətinlik yaradan məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı şəkildə mövqeləri diqqətə çatdırıb, bu məsələlərin həlli istiqamətində dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
19-01-2024, 21:12
Prezident 20 Yanvar qırğını ilə bağlı paylaşım etdi


Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Butov.az dövlət başçısının paylaşımını təqdim edir:

19-01-2024, 20:51
Ceyhun Bayramov fələstinli həmkarıyla görüşdü


Ceyhun Bayramov fələstinli həmkarıyla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib.
Görüş Azərbaycan nazirinin Uqandaya işgüzar səfəri çərçivəsində baş tutub.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik sahəsində son hadisələri, Azərbaycan və Fələstin arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, Əl-Maliki ilə görüşündə Qəzzada atəşkəsin vacibliyini və Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun ədalətli həllinə dəstəyini təsdiqləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!